Birinci hissə, beşinci fəsil
Səhifə 2 / 4 · 25%
– Yəni deyirsiniz ki, Gülmirənin dediklərinin hamısı həqiqətdir? — deyə Salman, maşını bağ yoluna salıb Nadirənin fikrini öyrənmək istədi.
Nadirə xanım ani sükutdan sonra:
– Salman mənim həyat yoldaşım olsa da, deməliyəm ki, Gülmirənin dediklərində həqiqət olmamış deyil. Mən inanmıram ki, əlində əsas olmayan bir adam belə ürəklə danışa bilsin. Yalan adamı qorxaq və cəsarətsiz eləyər, düz söz, həqiqət isə adama küc verir, qüdrət verir. O qızı yaxşı tanıyıram. Sən bəlkə də bilmirsən, o, bizim gözümüzün qabağında böyüyüb; Salmanın mərhum dostunun qızıdı. Salman özü gətirib onu bu instituta. Deyim ki, elə də sən deyən dərin savadlı adam deyil. Əvvəllər çox mütiydi, elm aləmində piyadaydı. Ancaq sonralar, bu son illərdə elə bil dəyişib tamam, inada düşüb sanki. Ona inanmayanlara elə bil öz gücünü, qabiliyyətini, savadını göstərmək üçün dəridən-qabıqdan çıxır. Görünür, geçə-gündüz öz üzərində çalışır, oxuyur, mütaliə eləyir. Elmi müzakirələrdə fəallaşıb—ağıllı, məntiqli mülahizələr söyləyir. Bu, mənim çox xoşuma gəlir. Bugünkü çıxışı isə—mənim üçün nə qədər ağır olsa da — etiraf etməliyəm ki, çox cəsarətli çıxış idi. — dedi.
– Mən inanmıram ki, Salman kimi bir alim elə çirkin işlər tuta bilsin. Əgər eləyibsə...
– Kaş sən deyən olaydı, Sakit. Mən də inanmaq istəməzdim, heç inanmaq istəməzdim. Ancaq səndən qabaq Gülmirə ilə görüşdüm, söhbət elədim, dedi təəssüf ki, həqiqətdi, Sakit — deyə Nadirə qarşıdan gələn maşınlardan gözünü çəkməyərək qüssəli-qüssəli cavab verdi.
Sonra araya sakitlik çökdü. Sakit bugünkü iclası və indi Nadirə xanımdan eşitdiklərini ürəyində götür-qoy eləyə-eləyə sürəti artırdı. O iclas hazır əsər idi. Qəhrəmanları, problemləri olan bir əsər. Gülmirəni xeyli vaxtdı tanıyırdı — bu sakit, taleyikəm qadının zahirindən, oturuşundan-duruşundan xoşu gəlirdi— ağır idi, şit-şit deyib-gülməyi yox idi; ancaq həmişə qayğılı-kədərli idi ki, bunun da səbəbini yoldaşları ona danışmışdı. Sakit Salmana böyük ehtiram bəsləyirdi və birdən-birə onun haqqında Gülmirənin söylədikləriki eşidəndə çox heyfsləndi. Nadirə xanım düz deyirdi — Sakit fikirləşdi — Gülmirə də, Salman da kağız üzərinə köçürülməli, yazılmalı adamlar idi. Ancaq öyrənmək, hadisələri, əhvalatları dəqiq, təfərrüatı ilə mənimsəmək, özününkü etmək lazımdı. Tələsmək olmaz. Və bunuda fikirləşdi ki, bundan qabaqkı romanı — «Palıd kölgəsi» kitabı çıxanda Sakiti oxucular, tənqidçilər çox tərifləsələr də, öz qəhrəmanları yaman incitmişdilər — məsələ burasında idi ki, onun köhnə direktoru da şöbə müdiri də kitabda özlərini əməlli-başlı tanımış, ancaq üzə vurmamışdılar; gülə-gülə, dostcasına rəftar edə-edə, müdafiə eləməsinə baxmayaraq, düz on bir il baş elmi işçi keçməyə qoymamışdılar. Prezidentə məktubla müraciət etdikdə isə o, ərizəsinin üstünü yazıb direktorun üstünə göndərmişdi. Direktor da, şöbə müdiri də ondan küsmüşdülər. «Sən bizdən şikayət eləyirsən. Biz sənin xətrini çox istəyirik, yazıçı kimi səni çox qiymətləndiririk. Ancaq neynəyək, hələlik maddi imkanımız yoxdur. Olan kimi... — demişdilər, — düzəldəcəyik». Aradan on bir il sovuşmuşdu.
Bəli, Sakiti öz qəhrəmanları belə «sıxışdırmışdılar». Bir də o cür əsər yazmayacağına söz vermişdisə də, təbiəti ilə bacara bilməmişdi — yenə yazırdı. Hərdən deyirdi öz-özünə: «Bunun da ayrı ləzzəti var. Demək, gülləm hədəfə dəyir, demək, həyatdır yazdıqlarım. Bu mənim ən böyük müukafatımdır». Bu gün bu instituta gəlib düşməyinə yamanca sevinmişdi. Yazmalı, deməli mətləb çox idi. Neçə vaxtdan bəri düşündüyü, qəlbində, ürəyində dolandırığı, üç-dörd ay qabaq qələmə almağa başladığı əsərin yeni-yeni qəhrəmanları, yeni-yeni fəsilləri gözünün qabağında doğulur, yaranır, «gəl məni yaz!» — deyirdi. Daha burada quraşdırmaq, uydurmaq lazım deyildi — bu yüz əlli nəfərlik institutun divarları arasında qaynayan həyat öz gözəlliyi, ziddiyyətləri, ağı-qarası ilə Sakitin fikrini, xəyalını elə cəlb eləmişdi ki, saat beşdə hamı çıxıb gedəndən, institut bağlanandan, o, evinə qayıdandan sonra da, həmin aləmdən, adamlardan ayrıla bilmirdi, ürəyində, düşüncələrində onları öz iş ötağına gətirir, saf-çürük eləyib kağız üzərinə köçürürdü. Elə bayaq Nadirə xanım zəng çalanda da yazı masası arxasında əyləşib Gülmirənin, Salmanın barəsində fikirləşirdi, Mirzə Yanarın yarıda qırılmış həyatı, itib-batmış, onun-bunun adına çap olunmuş əsərləri haqqında fikirləşirdi. Xəyalında, təsəvvüründə çox-çox irəli gedərək bunu da gözünün qabağına gətirirdi ki, «gedər-gəlməzdən» xəstə, qoca, düşgün halda olsa da, sağ-salamat qayıdan bir çoxları kimi, birdən Mirzə Yanar özü də gəlib çıxaydı. Onda nə olardı? Salmanla onun görüşü necə dəhşətli bir dram ola bilərdi!! Salman öz müəlliminin, dostunun gözünün içinə necə baxardı! Mirzə Yanar Salmana—bu naxələf tələbəsinə, namərd dostuna nələr, nələr deyərdi?! Ya bəlkə heç nə deməzdi, onu mənən öldürmək vicdan əzabı vermək üçün eləcə, gözləri yaşara-yaşara susub durar, «həyatda hər şey olur!» — deyərək çıxıb gedərdi? Nadirənin onu çağırmağına da, o hardasa sevinirdi
– indi Salmanı bağda tapacaqlar—şübhəsiz o bağdadı—ya diridi, ya özünü asıb — və Sakit ər-arvadın söhbətinə şahid olacaq, Salmanın gözlərinin içinə baxa biləcək, sözlərini eşidəcək.
– Burdan sağa dön! — deyə Nadirə dilləndi, Sakitin düşüncələrinin düzümü pozuldu, sapı qırıldı. Yolun sağ tərəfində böyük, nəhəng dənizin çalxantısı duyulur, hənirtisi eşidilirdi. Xəzri əsirdi.
Maşın sağa dönüb daş hasarlar arasıyla uzanan qum yola düşdü, ağ darvazanın qabağına dirənib dayandı.
– Bizim bağ budur, — Nadirə tələsik maşından çıxdı. Darvazaya sarı cumdu. Sakit gəldi. Nadirə qoşa lay qapının arasından əlini içəri uzadıb cəftəni çəkdi, kiçik qapı açıldı. Maşın həyətdə yox idi. İşıqlar yanmırdı. Demək, Salman burda da deyildi. Nadirə elə həyətin ortasında donub qalmışdı. Qaranlıq idi deyə Sakit onun gözlərini, sifətini görə bilmirdi. Ancaq ona gün kimi aydın idi ki, indi Nadirə xanım nə haldadır. Qorxurdu ki, yıxıla birdən. Odur ki, lap yanında durmuşdu, nəfəsinin istisi üzünə vururdu.
Nadirə xanım irəli getmədi, ikinci mərtəbəyə çıxmadı, haraylamadı. Mənasız idi, «Gəlməyib!» —fikri üşütdü onu. «Bəs onda... necə oldu, hara getdi bu kişi!» — sualı ürəyini çəkib üzməyə başladı. Bu zaman Sakit sevincək dilləndi:
– Gəlib! — dedi.
– Hanı? — Nadirə səksəkə ilə ona sarı çevrildi. — Budur, bax — o, yerə əyildi — təzə maşın izidi. Lap təzə. Buradaymış. Yəqin bizdən bir az qabaq çıxıb...
Nadirə də azca əyilib torpağa baxdı — qumun üstündəki təkər izləri aydın seçilirdi.
Nadirə xanım demək olar ki, qaça-qaça daş pillələri yuxarı çıxdı, həyəcanla:
– Salman! Ay Salman! — deyə çağırdı. Ancaq səsinə cavab verən olmadı: taxta qapının dəstəyindən tutub dartdı, açılmadı. «Yoxdu» — deyə pıçıldadı öz-özünə. Aşağıda dayanmış Sakit də dedi:
– Yoxdu, Nadirə xanım. — Nadirə süst addımlarla pillələri endi, hovuzun qırağına gəldi: ağzı açıq hovuzun suyu qatran kimi qara görünürdü. Nadirə ürəyində min fikir hovuza baxdıqdan sonra evin arxa tərəfinə keçdi və gözlərinə inanmadı. Yanıb öləzimiş tonqal sönmək üzrə idi. «Demək, gəlibmiş. Sakit düz deyir. Ancaq tonqalı niyə qalayıb? Hə, burda nə isə yandırıb.» Qayıtdı, Sakitə də heç nə demədən darvazaya sarı addımladı.
– Gedək. Gəlibmiş, gedib. — deyə Sakit yavaşca dilləndi.
– Hə... — səsini uzada-uzada dilləndi Nadirə.— Gəlibmiş.
– Azca sükutdan sonra əlavə elədi: — Gedək. Daha burada durmağın mənası yoxdu.
Sakit geri döndü. Darvazanın ağzında, maşının yanan işıqları altında da təkər izləri görünürdü. Nadirə xanım darvazanı bağlayıb maşına mindi. Qapını elə çırpdı ki, səsinə Sakit də, özü də səksəndi.
...Nadirə xanım içəri girəndə gözlərinə inanmadı. Salman ev paltarındaydı, mətbəxdə stol arxasında əyləşmişdi. Əməlli-başlı süfrə açmışdı, soyuducudan kotleti götürüb qızdırmışdı, səliqə ilə çörək doğramışdı, turşu, göy-göyərti düzmüşdü. Uzunboğaz qrafində qırmızı bağ çaxırı vardı. Qabağındakı tək fujer şərabla dolu idi. İştahla yeyirdi. Nadirəni görən kimi qızarmış sifətini ona tərəf çevirib gülümsər baxışlarını ona zillədi. Nadirə xanım elə qapının ağzındaca, heyrətdən donmuş təki dayanmışdı, deməyə danışmağa sanki sözü yox idi, matı-qutu qurumuşdu. Salman elə arxayın və həvəslə yeyirdi ki, Nadirə aclığını, səhər yediyinin üstündə olduğunu indi xatırladı. Yeməklərə, süfrəyə baxıb udqundu — ağzı sulandı. Aradan keçən bir neçə gərgin və təəccüb doğuran anın içində Nadirə xanım düşündü ki, ilahi, bu, necə insandır? Belə bir sarsıdıcı, dəhşətli hadisədən sonra, özünu öldürmək əvəzinə, gör nə səliqə ilə süfrə açıb necə də iştahla, acgözlüklə çörək yeyir? Elə bil heç nə olmayıb! Ya o, dəmir iradəli, polad əsəbli insandır, ya da heç ürəyi, vicdanı, heysiyyəti olmayan, adam paltarı keymiş qeyri-adi bir varlıqdır. Gördüyü bu mənzərə Nadirə xanımı elə çaşdırmışdı ki, bayaqdan Salmanı görərkən deyəcəyi ağır, acı sözlərin hamısı yadından çıxmışdı. Bir anlığa ona da elə gəldi ki, doğrudan deyəsən heç nə olmayıb. Yəqin onu qara basırmış. Ah, kaş ki, bütün bunlar yuxu, zarafat olaydı, həqiqət yox. Amma təəssüf ki, yuxu zarafat deyildi.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-besinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əfsanə pəncərənin qənşərində dayanıb həyətdə, miz arxasında oturan Şahinlə Elməddinə tamaşa eləyirdi. Şahin nə isə danışırdı, Elməddin lal-dinməz qulaq asırdı. Görəsən, söhbət nədən gedirdi? Əfsanənin ürəyinə dammışdı ki, Şahin bura, Elməddinin yanına onun üçün gəlib. Yəqin indi də elə bu barədə odlu-odlu danışır. İstəyirdi orda ola, onun sözlərinə qulaq asa. Görə nə deyir, necə deyir? Ancaq bu mümkün deyildi. Bu ara balaca Əfsanə gəlmiş:– Madərim səni çağırır, xala — demişdi. Əfsanə tələsik Siminin yanına cummuşdu.
Dördüncü hissə, on üçüncü fəsilVaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.
Dördüncü hissə, on birinci fəsilŞahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.
Dördüncü hissə, on ikinci fəsilZərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.
Başqa şairlərin şeirləri
Bu gün şərq elinin üfüqlərindəBir şəfəq çöhrəli ulduzu gördüm.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Nə bir ölüm olsun, nə bir qan olsunXəzər sahilində gəldim dünyaya,Daşıdım yükünü ağır illərin.
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları