Çağır bir gün gəlim sizə,Gəlim oturaq üz-üzə.Tutuşduraq sözü-sözə,Doğru budur, yalan budur.

Niyə durum gendən baxım,Sözün olub sinə dağım.Mən bağbanam, bu da bağım,Açılan bu, solan budur.

Ağır olub daşım, sözüm,Sən inanma canım-gözüm.Məndən soruş, deyim özüm,Olmayan bu, olan budur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri