Sallaqxanada bir ərkəc vardı,Ələ öyrəşmişdi;Yediyi kişmişdi.Dağ kəli kimiBuynuzları buruq-buruq,Özü də buruq,Zatıqırıqbir ərkəc vardı.Sallaqxanada tilsimli bir dünya idisağ qalan qoyunlar üçün.Neçə qoyun sürüsü girərdiora hər gün,Dəstə çəkəndə həmin ərkəc,Sürü qayıtmazdı, ərkəc qayıdardı.Deyərdi:təzə yol öyrənmişəm,Bu dəfə dağ yamacınaçıxdıq bəlkə.“Bəlkə” də bir zərrə ümid.“Bəlkə” altında ləkə,üstündə ləkə.“Bəlkə”nin əvvəlində buynuzuna,görkəminə sürü inandığıərkəc.Sürünü çəkdi sallaqxanayaQoyunlar elə bildi ki,birinci həlak oldu buruq.Sürü mələşdi:Ərkəc tək deyil, arxasında biz varıq.Qoyunlar nə qorxdu,nə də qayıdıb qaçdı,Ərkəc xəlvət qapıdan qaçıbSürüyə görəbir ovuc kişmiş almışdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri