Aftabi-təl’ətin tutduqca övci-irtifa’,Qətli-əhli-eşqə tiği-qəmzədir ondan şüa’.

Dəşt tutmaq adətin qoymuşdu Məcnun eşqdə,Şöhreyi-şəhr olmağın rəsmin mən etdim ixtira’.

Zərq dəryasında bir xaşakdır kim, cizginirSufiyi-şəyyad kim, dövran tutub eylər sima’.

Keçdigim dünyavü üqbadən səninçün oldu faş,Doğru derlər: "küllü sirrin cavəzəl-isneyni şa’".

Ol büti-sərkəş gəlir, salmış cəmalından niqab,Ey səlamət əl-firaq, ey əqlü iman, əlvida.

Canü dil bir ömrdür tiğinçün eylərlər cədəl,Girmədən tiğin sənin ortayə, qət’ olmaz niza’.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, axirət mülkünə lazımdır səfər,Böylə fariğ, təqvadən mühəyya qıl məta’.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq