Ah eylədiyim sərvi-xuramanın üçündür
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Ah eylədiyim sərvi-xuramanın üçündür,
Qan ağladığım qönçeyi-xəndanın üçündür.
Sərgəştəliyim kakili-mişkinin ucundan
Aşüftəliyim zülfi-pərişanın üçündür.
Bimar tənim nərgisi-məstin ələmindən,
Xunin ciyərim ləli-dürəfşanın üçündür.
Yaxdım tənimi vəsl günü şəm tək, əmma
Bil kim, bu tədarük şəbi-hicranın üçündür.
Qurtarmağa yəğmayi-qəmindən dilü canı,
Səyim nəzəri-nərgisi-fəttanın üçündür.
Can ver, könül, ol qəmzəyə kim, bunca zamanlar,
Can içrə səni bəslədiyim anın üçündür.
Vaiz bizə dün duzəxi vəsf etdi, Füzuli,
Ol vəsf sənin külbeyi-əhzanın üçündür.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ah-eylediyim-servi-xuramanin-ucundur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ta ki, nə dərdin aça aşiq, nə o rüsva ola.
Başımda üzünün şəmi sevdası olmadıqcaSinəm yanıqlı, könlüm yüz tikə, gözüm yaş deyildi.
Lütf edir bəzən mənə, bəzən edir cövrü cəfaŞuxluğu ol mahin hər dəm eyləyir bir iqtiza.
Səba yeli o gülümdən neçün xəbər verməz?Olub təsəlli, yanan könlümə əsər verməz.
Başqa şairlərin şeirləri · Hicran
Çərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Adına bənzəyə bilərsənsəAdın ürəyimi bəzəyən arzu,Adına bənzəyə bilərsənsə, gəl.
ای دل بیا که مژده وصلی شنیدهامروز خوشی به طالع خود باز دیدهام
Qəzəl: Aləmin məmurəsin hər gündə bir sultan tuturAləmin məmurəsin hər gündə bir sultan tutur,Nikbəxt ol kəs ki, ol məmurəni viran tutur