Xoşam kim, dəmbədəm giryan gözüm ol xaki-padəndir.Ziyanı olmaz ol göz yaşının kim, tutiyadəndir.

Dəmadəm mərdümi-çeşmim içər qan zülfü xalından,Bəli əksər mə’aşi əhli-dəryanın qəradəndir.

Demə Fərhad qanın tökmüş ancaq eşq şəmşiri,Mənim gör qanlı yaşım kim, bu həm ol macəradəndir.

Müənbər sünbülündən almadan bu, olmadım rüsva,Bu rüsvalıq mənə səndən degil, badi-səbadəndir.

Hübabi-əşk içində muyi-julidəmlə xoşhaləm,Başımda bu humayun sayə ol ali binadəndir.

Vəfa rəsmin unutmuşsan deyə, incinməzəm zira,Bu kim, məndən cəfa kəm eyləməzsən, həm vəfadəndir.

Kəmali-hüsni-məşrəb, ari olmaqdır təərrüzdən,Riya əhlinə həm çox e’tiraz etmək riyadəndir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, tökmə çox yaş, ehtiyat et getməsin nagəhGözündən sürmə kim, xaki-rəhi-əhli-səfadəndir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq