Gah gözdə, gəh könüldə xədəngin məkan tutar,Hər qanda olsa qanlını, əlbəttə, qan tutar.

Dil çəksə, nola, canü təni xaki-kuyinə,Xarü xəs iltər onda ki, quş aşiyan tutar.

Zikri-ləbinlə zülfünə can buldu dəstrəs,Onun kimi ki, oxuyub əfsun ilan tutar.

Dil tutdu qönçə ilə bərabər dəhanını,Bu əqli-naqis ilə özün xurdədan tutar.

Xurşid xirməninə ura şö’lə-şö’lə od,Ahım ki, ləhzə-ləhzə rəhi-asiman tutar.

Can eylədikdə meyli-təmaşayi-qamətin,Göz rövzənin sirişki-rəvanım rəvan tutar.

Məqtə — şairin təxəllüsü olan son beyt. Tutmaq dilər qapında Füzuli məqam, leykBu sirri kimsəyə aça bilməz, nihan tutar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq