Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər,Əsər ki var, xərab olmağa bəhanə yetər.
Cəfa oxun mənə yağıdırman ancaq, ey əflak,Demin ki, yeddi kəmandarə bir nişanə yetər.
Bəyanə yetməyə dərdü qəmim fəsanələri,Zəbanım atəşi-dildən çıxan zəbanə yetər.
Qopardı mərdümi-çeşmim könül binasın kim,Hübabi-əşk həva nəqdinə xəzanə yetər.
Ləbin xəyalı ilə parə-parə oldu cigər,Güvahi-hal mənə əşki-danə-danə yetər.
Hərifi-bəzmi-qəmim, xuni-dil şərabım olub,Təraneyi-tərəbim ahi-aşiqanə yetər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, istəməzəm məsnədi-Cəmü Cəmşid,Mənə nişiməni-dövlət şərabxanə yetər.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-sebuh-ucun-mene-durdi-meyi-sebane-yeter
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Oynadır torpağı da naləmin ahəngi mənim.
Var bu sinəmdə oxundan yüz yara hər dəm mənimSineyi-çakim olub sanki dəmirdən cövşənim.
Qanlı göz yaşım sübut eylər, ciyər pürxun olubBir deyən yoxdur nədən könlüm belə məhzun olub.
Gecə xatırlamayır dərdimi bəzmində nədənNecə xəlvətdi o yer, gəlməyirəm xatirə mən.
Başqa şairlərin şeirləri · Eşq
Yetişib müjdeyi-canbəxş ki, canan gəliriCanibi-gülşənə ol sərvi-xuraman gəliri.
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
Səni gördüm bir bayatı çağırdımBizim bağın barı mən,Arzularam yarı mən.
TutmuşKənar-ləbində daneyi-xaləm,Cayi-zövqü səfa tutmuş.