Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi,
Çeşmi-ümmidim çiraği-vəsldən pürnur idi.
Qürb şövqi afiyətbəxşi-təni-bimar idi,
Vəsl zövqi rahətəfzayi-dili-məhcur idi.
İzzətim şəmi münəvvər, taleim əzmi qəvi,
Dövlətim hökmü rəvan, eyşim evi məmur idi.
Daməni-iqbalimə gərdi-təərrüz yetməyib,
Çeşmi-hasid çöhreyi-cəmiyyətimdən dur idi.
Adəm idim, qürbi-dərgahında bolmuşdum qəbul,
Mənzilim cənnət, meyim kovsər, ənisim hur idi.
Bəxt mətlubim müyəssər qılmağa məhkum olub,
Dəhr əsbabim mühəyya qılmağa məmur idi.
Hər dua qılsam təvəqqüfsüz olurdu müstəcab,
Hər təmənna eyləsəm, ehmalsız məqdur idi.
Hicr vəhmindən yetirməzdim küdurət könlümə,
Gərçi dövranın müxalif gəzməgi məşhur idi.
Nola gər salsa Füzulini qəmi-hicranə çərx,
Vəsl əyyamında ol qafil ikən məğrur idi.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ey-xos-ol-gunler-ki-ruxsarin-mene-menzur-idi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Heç nəyəm, bir kəs mənə qılmaz cahanda etibar.
Ləlində həyat suyu rəvandırEşqinlə həyat cavidandır.
Bu vəfasız dəhrdə biz dərdə olduq mübtəlaDərdə adət etmişik, axtarmarıq hərgiz dəva.
Mənəm ki, görməmişəm əhli-ruzigarda vəfaNəsib olub mənə min dürlü dərd, cövr, cəfa,
Başqa şairlərin şeirləri · Hicran
Ana, billah dura bilməm,Mən bağrı daş, halal eylə.
Nə etmişəm fələkə, boylə qıldı zar məniNə etmişəm fələkə, boylə qıldı zar məni?Diyari-hicr-ara zarü dilfikar məni.
ÇəkərSevda sitəmindən cismim səd parə,Qəm ləşkəri bu hicrana mil çəkər.
شب دوشینه خیالت به عیادت سحریبر بالین من آمد که فلان هان خبری