Heyrət, ey büt, surətin gördükdə lal eylər məni
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,Surəti-halım görən, surət xəyal eylər məni.
Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim,Sayə tək sevdayi-zülfün payimal eylər məni.
Zəfi-tale, manei-tovfiq olur hər necə kim,İltifatın arizməndi-visal eylər məni.
Mən gəda, sən şahə yar olmaq yox, əmma neyləyim,Arizi sərgəşteyi-fikri-məhal eylər məni.
Tiri-qəmzən atma kim, bağrım dələr, qanım tökər.İqdi-zülfün açma kim, aşüftəhal eylər məni.
Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə,Hər yetən məhvəş əsiri-xəttü-xal eylər məni.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,Bu fəzilət daxili-əhli-kəmal eylər məni.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-heyret-ey-but-suretin-gordukde-lal-eyler-meni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir qığılcım tək, yəqin bil, məhv edər hicran məni.
Gülüm, hər ləhzə dilindən tutar azar məniSancar ol bərgi-gülündən yetişən xar məni.
Ey könül qanı, sevgi onun kuyində məni rüsvay etdiBir paltar geydir ki, orada məni kimsə tanımasın.
Gəl alma qəlbimi məndən, nəsibim qəm olar, canan!Zəifdirsə vücudum, bil, ağırdır möhnətim dağdan.
Başqa şairlərin şeirləri · Eşq
Haqq işinə qarşı getmə,Məni oda atma, ana.
Ləbini açsa o gül məhfilə şəkkər tökülürLəbini açsa o gül məhfilə şəkkər tökülür,Ləfzi təkrar eləsə qəndi-mükərrər tökülür.
Yanağun bir gül durur ki sâye perverdür begüYanağun bir gül durur ki sâye perverdür begüLeblerün âb-ı hayâtı havz-ı kevserdür begüm
Mənə nəvazişlə dedin bu axşamMənə nəvazişlə dedin bu axşam:Bir az cavanlaşıb, yaxşılaşmışam.