Mətlə ül-etiqad
Məzmun
- Birinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- İkinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Üçüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- Səkkizinci bab
- Doqquzuncu bab
- Dördüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- BİLİYƏ AİDDİR
- Səkkizinci bab
Səhifə 11 / 17 · 59%
Altıncı bab
Tanrının işləri haqqındadır
Filosoflar demişlər ki, işlər hərəkətlərdən ibarətdir. Hərəkət isə kəmiyyət, keyfiyyət, məkan və s. ilə əlaqədardır ki, bunlar da cisim üçün zəruri olan şeylərdir. Beləliklə, cisimlikdən iraq olan (Tanrı) bunlardan da iraqdır. Buna görə filosoflar işləri tamamilə Tanrıdan inkar etmiş və demişlər ki, qüdrətin iş ilə əlaqədar olması işin özü deyildir. İş isə ancaq cisimdən nəşət edir. Bu fikir mötəzililərin fikrinə yaxındır.
Cəbrilər (fatalistlər) deyirlər ki, bəndələrin (insanların) bütün işləri Tanrının qüdrəti ilə yerinə yetirilir və Tanrı tərəfindən insanlar üçün yaradılır. Allahın təyinatı qarşısında insan qüdrətinin heç bir təsiri yoxdur. Bu fikir bəzi filosofların dediyi (sözə) uyğundur ki, cisimlər maddə (həyula) ilə surətin tərkibindən ibarətdir. Maddə (həyula) isə heç olan (yox ola bilən) təbiətdir. Əgər o (təbiət), yoxluğun iştirakı ilə təsir göstərərsə, lazım gələr ki, yoxluq varlığa təsir göstərsin. Bu isə qeyri-mümkündür. Bu (fikir) əşərilərin (fikrinə) yaxındır.
Əşərilərdən olan İmam-əl-Hərəmeyn demişdir ki, insanın qüdrəti və imkanını inkar etmək əqlin rədd etdiyi şeylərdəndir. Onun qüdrətini təsdiq etmək isə qüdrətini inkar etmək kimi təsirsiz (mənasız)dır. Müəyyən vəziyyətdə təsirin təsdiq edilməsi də təsirin inkar edilməsi kimi ağlabatan bir şey deyildir. Beləliklə, insanın etdiyi (iş) ilə onun qüdrəti arasında təsadüfi olaraq deyil, həqiqətən bir nisbətin olması şübhəsizdir. Deməli, o, insanla onun qüdrəti arasında bir səbəbin olmasını təsdiq edir. Belə ki, insan qüdrətinin həmin səbəbə olan nisbəti (o səbəbin) qüdrətə olan nisbətinə bərabər olur.
Mötəzililərdən olan Cübbai və onun oğlu Əbu-Haşim həm xeyri, həm də şəri bəndəyə (insana) isnad etmişdir.
Sümamə-əl-Məğribi isə demişdir ki, (insandan) baş verən işlər edəni olmayan işlərdir. Bəndədə (insanda) ancaq iradə vardır, işlər isə fitri olaraq insandan nəşət edir. Cahiz də ona (bu fikrə) tərəfdardır.
Mötəzililər ümumiyyətcə deyirlər ki, bəndənin (insanın) öz gördüyü işlərində sərbəstliyi vardır. Buna görə də səvab (mükafat) və ya cəzaya layiqdir.
Əşərilər ümumiyyətcə deyirlər ki, Tanrının iradəsi vahid və əzəlidir. Belə ki, həmin iradə Tanrının işlərinə və insanların istər xeyir, istərsə də şər işlərinə dair bütün nəzərdə tutulmuş şeylərə aiddir. (İnsanların istər xeyir, istərsə də şər işləri) insanların özünün əldə etdiyi işlər deyil, onlar üçün yaradılmış işlərdir.
Yeddinci bab
Yaxşılıq və pislik haqqındadır
Ümumiyyətlə, gözəllik (yaxşılıq) və çirkinlik (pislik) üç növdür. Kamal (bitkinlik) və nöqsan (çatışmazlıq); mülayim və qeyri-mülayim ki, onu əmələ gətirmək və ya tərk etmək lazım olur.
Bundan (yaxşılıq və pislik məfhumlarından) məqsəd (nədir)?
Əşərilərin dediyinə görə, əqlə əsasən çirkinlik və gözəllik qətiyyən yoxdur, bu ancaq şəriətdə belədir. Mötəzililər isə deyirlər ki, əql açıqcasına ədalətin gözəlliyini, zülmün isə çirkinliyini təsdiq edir. Şəriət isə bunu inkar etmir. Əqlə uyğun olan hər bir şey şəriətə də uyğundur.
Səkkizinci bab
Xeyir və şər haqqındadır
Filosoflar demişlər ki, ilk varlığın istər tamamilə, istərsə də qismən pis olması qeyri-mümkün idi; çünki o, sırf xeyirdən nəşət etmişdir. Bununla isbat edilir ki, ilk yaradıcıdan nəşət edən varlıqlar da sırf xeyirdir və şər əsla yoxdur.
Şeyx Əbu Əli ibn Sina demişdir ki, xeyir bir şeyin varlığından və yaxud onun bitkinliyinin olmasından, şər isə bir şeyin yoxluğundan və yaxud onun bitkin olmamasından ibarətdir. Bir şeyin ilk əvvəldən şər olaraq əmələ gəlməsi qeyri-mümkündür; çünki onun yaradıcısı xalis xeyirdir. Bununla isbat edirlər ki, nəfs (ruh) ilk əvvəldən xalis xeyir olaraq əmələ gəlmişdir və beləliklə, bütün yaxşı işlər həqiqətən deyil, imkan dairəsində mövcuddur; çünki (insanın) əməldə bitkinliyi onun (mövcudluğu) zamanından sonraya aiddir. Bu bitkinlik tədriclə əqlin təsiri vasitəsilə imkandan həqiqətə çevrilir. Deməli, əqlin həqiqətə çevirdiyi (işlər) xeyir işlərdir; çünki (bu işlər) bitkinlik vasitələri (səbəbləri)dir. Lakin (əqlin) həqiqətə çevirmədiyi (işlər) şər işlərdir. Çünki (bu işlər) nəfsin (ruhun) çatışmaz vəziyyətdə qalması səbəbləridir.
Əbül Həsən əl-Əşəri belə fikirdədir ki, bütün işlər Tanrıdandır və belə izah edir ki, xeyir ilə şər də Tanrıdandır, insanın isə ancaq kəsb etmək iradəsi vardır. Belə ki, əgər xeyir istərsə onu kəsb edər, səvaba çatar və əgər şər istərsə, onu kəsb edər və cəzasını görər. Beləliklə, iradə insanın, qüdrət isə Allahındır.
Mötəzililər isə deyirlər ki, xeyir ilə şərin nəfsə (ruha) aid olması əqlcə isbat edilmişdir. Xeyir ilə şər qarşısındakı səvab, yaxud cəza əql ilə nəfsdən asılıdır.
Aydındır ki, hər iki fiqrə (əşəri və mötəzili) baş vermiş iş qarşısında insanın səvab və ya cəza almalı olduğu barədə birləşirlər. Onların münaqişəsi ancaq qüdrət ilə iradə və qüdrət ilə iradənin nisbəti haqqındadır.
Əşərilər deyirlər ki, iş insanın iradəsi və Tanrının qüdrəti ilə yerinə yetirilir. Mötəzililər isə deyirlər ki, iş insanın qüdrəti və iradəsi ilə həyata keçir. Əşərilər deyirlər ki, mötəzililərin fikri şirkdir (Tanrıya şərik tutmaqdır); çünki onlar cisimlər üçün bir yaradıcı, işlər üçün də bir yaradıcı fərz edirlər. Mötəzililər isə deyirlər ki, əşərilərin fikri şirkdir; çünki onlara görə, iş ancaq Tanrının qüdrəti və bəndənin (insanın) iradəsi ilə baş verir. Lakin həqiqət belədir ki, hər iki təriqətin fikri şirk deyil; nəzakətin riayətində təkid etməkdən ibarətdir. Belə ki, əşərilər yaradıcılıq adının Tanrıdan başqa digərinə verilməməsini, mötəzililər isə yaramaz işlərin ancaq bəndəyə (insanlara) aid edilməsini nəzərə almışlar.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-metle-ul-etiqad
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və
Fəsli-ibtilayi-Nuh əleyhissəlamBadiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə
Fəsli-ibtilayi-Zəkəriyya və YəhyaCəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edərHəzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə
Başqa şairlərin şeirləri
Yer yox ikən, gög yox ikən, ta əzəldən var idim.Gövhərin yekdanəsindən iləri pərgar idim.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Əcəm qızıAhu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,