Mətlə ül-etiqad
Məzmun
- Birinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- İkinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Üçüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- Səkkizinci bab
- Doqquzuncu bab
- Dördüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- BİLİYƏ AİDDİR
- Səkkizinci bab
Səhifə 2 / 17 · 6%
İkinci bab
Biliyin (mərifətin) vacibliyi haqqındadır
Bu, həm ehkam, həm də ağıl vasitəsilə isbat edilmişdir. Ehkama gəldikdə, (Tanrının) “Mən cinləri və insanları ancaq ona görə yaratdım ki, mənə ibadət etsinlər”, sözü sübut ola bilər. İbadət isə həmin bilikdir. Başqa sözlə desək, xeyir işlər və onları yerinə yetirmək vasitələrinə, həmçinin günahlar və onlardan çəkinmək yollarının biliyinə aid olan hər bir şey (ibadət adlanır).
Ağıl (məsələsinə) gəldikdə isə, Mötəzililər və Cəhimilər ağılın ehkamdan üstün olduğunu təsdiq edirlər. Onların sübutu belədir: Allah insanı başqa varlıqlardan ona görə üstün tutmuşdur ki, insan işləri ağıl və idrak ilə idarə edir. Buna görə (ağıl və idrakdan) qəflət etmək, bu alətləri işlətməməyə, fəaliyyətsizliklə və etinasızlıqla bu nemətləri korlamağa səbəb olar.
Yaxşısı budur ki, ağıllı adam öz yaranması işi haqqında düşünsün, öz xilqətinin əslini araşdırsın, öz mənşə və qayıdış yerinin vəziyyətini dərk etsin, öyrənmək fürsətini itirməzdən əvvəl özünün xeyir-şər yolunu bir-birindən ayırd etsin və sual-cavab zamanını nəzərindən qaçırmasın. Bunların (Mötəzililər və Cəhimilərin) etiqadına görə, insanlar növ etibarilə birləşmiş (eyni) və öz növünə aid olan vəsait etibarilə bir-birilə ortaqdırlar. Buna görə onlar arasında ancaq bilikcə fərq vardır. Biliklər isə müxtəlifdir. Biliklərin ən şanlı və ən şərəflisi onların ən çətini və ən xeyirlisidir. Bu isə ruhani səadət və insanı kamaldan (inkişafdan) ibarətdir.
Deməz olmaz ki, fəsada (pozğunluğa) əməl etmək həmin fəsadın müqəddiməsinin (hazırlıq vəsaitinin) biliyindən asılıdır və fəsad nöqsan vasitələrindən (hesab) olunduğuna görə, ümumi şəkildə götürülmüş bilik kamal vasitəsi hesab edilə bilməz. Çünki (belə bir mühakimə ona görə doğru deyildir ki), məsələ ağıla (ağılın hökmünə) aid olur. Belə ki, əgər ağıl biliyə əsasən fəsad haqqında hökm verərsə, fəsaddan çəkinməsi vacib olur. Nəticədə, çəkinməli şeydən çəkinmək fəsad haqqında biliyə deyil, inada (nifrətə) əsaslanmış olur.
Üçüncü bab
Biliyin (mərifətin) növləri haqqındadır
Bilik iki növdür.
Birincisi, dünya işlərinə, məsələn, yaşayış vəsaitinə aiddir.
İkincisi, din işlərinə aiddir ki, bu da iki növdür:
Birincisi, etiqadlara, ikincisi isə ibadətlərə aiddir.
Etiqadlar da iki növdür: birincisi, vacibə (Allaha), ikincisi isə mümkünə (yaranmışlara) aiddir. Allaha aid olan etiqadlar da iki növdür: birincisi, onun zatına, ikincisi, sifətlərinə aiddir.
Başqa bölgüyə görə, bilik altı növdür; çünki bilik mövcudiyyəti insanın şüurlu hərəkətindən ya asılı olan və ya asılı olmayan əşyaya aiddir.
Birincisi əməli, ikincisi isə nəzəri (bilik)dir.
Əməli bilik üç növdür:
Birincisi, nəfsə (fərdə) aid olan əxlaq elmidir; ikincisi, cəmiyyətin ya xırda bir hissəsinə aid olan bir bilikdir ki, bu, ailə idarəsindən ibarətdir, ya da bütün cəmiyyətə aid olan bilikdir ki, bu da ölkə siyasəti (idarəsi) adlanır.
Nəzəri (bilik) də üç növdür. Çünki nəzəri bilik varlığında maddənin iştirakı ya şərt olmayan və ya şərt olan əşyaya aiddir. Birincisi, ilahiyyatdır. Məsələn, sadə və mücərrəd biliklər (belədir). İkincisi, elə əşyaya aiddir ki, onu düşünmək üçün maddə haqqında düşünmək ya nəzərə alınmır və ya nəzərə alınır. Birincisi, riyazi elmlərdir. Zahirdə varlığı olmayan ümumi məsələlərə aid biliklər (buna misal ola bilər). İkincisi isə təbiyyatdir. Mürəkkəb əşyaya aid bilik (buna misal ola bilər).
Başqa bölgüyə görə bilik iki yerə bölünür: birincisi, mahiyyət etibarilə dünya işlərinə və nəticə etibarilə axirət işlərinə aiddir. Adi sənətlər, məsələn, əkinçilik, ticarət, dərzilik və sairə buna misal ola bilər. İkincisi isə mahiyyət etibarilə axirət işlərinə və nəticə etibarilə dünya işlərinə aid olub geniş yayılmış elmlərdən ibarətdir. Məqul (rasional) və mənqul (rəvayətə əsaslanan) elmlər və ədəbiyyat buna misal ola bilər. Bütün bunların hər birisi üçün bir-birindən fərqlənən istilahlar vardır.
Dördüncü bab
Biliyin yolları (üsulları) haqqındadır
Tədqiqatçılar məqsədə çatmaq üçün lazım olan biliyin yollarına aid müxtəlif fikirlər irəli sürmüşlər:
Bəziləri deyirlər ki, belə bir yol ağıla əsaslanan mühakimədən ibarətdir; çünki əgər ağıl doğru-düzgün mühakimə əsasında fəsaddan və pozğun nisbətlərdən çəkinərək (məntiqi mühakimənin) iki müqəddiməsini istər təsdiq, istərsə də inkar nöqteyi-nəzərindən düzərsə, mütləq düzgün nəticə əldə edər. Bunlar istidlalçılardır. Əgər (bu tədqiqatçılar) dinlərdən birisinə tabedirlərsə, Mütəkəllimlər, (yoxsa) Müşayiblər (adlanırlar).
Bunlardan (tədqiqatçılardan) bəzisi deyirlər ki, belə bir yol nəfs riyazətindən (asketizmdən) və batini təmizləməkdən ibarətdir; çünki nəfs mahiyyətcə ruhanidir, ancaq cismani örtüklər, bədən və bədənlə əlaqədar olan maneələr bilikləri nəfsdən pərdələyir (gizlədir). Əgər bu pərdələr riyazətlərlə (asketik təmrinlərlə) aradan qaldırılaraq Tanrıya doğru istiqamət əldə edilərsə, nəfs vasitəsiz olaraq mənşədən (Tanrıdan) feyz almaq qabiliyyətinə malik olar. Beləliklə, bunlar riyazət yolunu əsas götürərək, biliklərdə ağılın rolunu tamamilə rədd edirlər. Bunlarla İnkişafilər deyilir. Əgər kafirdirlərsə İşraqilər, müsəlmandırlarsa, Sufilər adlanırlar.
Bunlardan (tədqiqatçılardan) birisi olan Şəriətçilərə görə belə bir yol (üsul) peyğəmbərlərin ardınca getmək və öyrənməkdən ibarətdir. Bunlar şəriət əhlidirlər. Şəriətçilər rəvayətə əsaslanır və iki qrupdan – Təvililər və Tənzililərdən ibarətdirlər.
Bunların (tədqiqatçıların) digər bir qismi deyirlər ki, belə bir yol (üsul) ağıl və ixtiyar yolundan ibarətdir. Belə bir yol bilik axtaran (insanın) ilahi cəzbə növlərindən birisini qavramaq qabiliyyətindən asılıdır. Cəzbə isə iki növdür: birincisi, fövri cəzbədir. İlham və vəhy buna misal ola bilər. Bu cəzbə peyğəmbərlər və övliyalara xasdır ki, əqli istidlallara, nəfs riyazətinə və rəvayətə əsaslanan ehkamı tədqiq etməyə onların ehtiyacı yoxdur. Beləliklə, (peyğəmbərlər və övliyalar) ən yüksək rütbəyə çatmışlar. Bu isə həqiqi məqam adlanır. İkincisi isə tədrici cəzbədir. Belə bir cəzbə ondan ibarətdir ki, tələb edən əvvəlcə (ilahi cəzbəni qavramağa qabiliyyəti olan) çalışır ki, əşyada müqəddəs zat öz parlaq şəklində aydınlaşsın; necə ki, Vadiyi-eyməndəki odda (Turi-Sina dağında) Kəlimə (Musaya), İsmayıl barəsində İbrahimə və Yusif barəsində Yəquba aydınlaşmışdı. Belə bir cəzbə nəticəsində o, (insan) Tanrıdan başqa hər bir şeyə tamamilə göz örtür. Sonra həmin cəzbə insanı surətdən mənaya (məzmuna) keçirir, onun nəzərində olan xəyali şəkilləri və mövhum nəqşləri aradan qaldırır və onu həqiqi məqama çatdırır. Bu isə məcazi məqam adlanır.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-metle-ul-etiqad
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və
Fəsli-ibtilayi-Nuh əleyhissəlamBadiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə
Fəsli-ibtilayi-Zəkəriyya və YəhyaCəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edərHəzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə
Başqa şairlərin şeirləri
Yer yox ikən, gög yox ikən, ta əzəldən var idim.Gövhərin yekdanəsindən iləri pərgar idim.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Əcəm qızıAhu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,