Məzmun
  1. Birinci rükn
  2. Birinci bab
  3. İkinci bab
  4. Üçüncü bab
  5. Dördüncü bab
  6. İkinci rükn
  7. Birinci bab
  8. İkinci bab
  9. Üçüncü bab
  10. Dördüncü bab
  11. Beşinci bab
  12. Üçüncü rükn
  13. Birinci bab
  14. İkinci bab
  15. Üçüncü bab
  16. Dördüncü bab
  17. Beşinci bab
  18. Altıncı bab
  19. Yeddinci bab
  20. Səkkizinci bab
  21. Doqquzuncu bab
  22. Dördüncü rükn
  23. Birinci bab
  24. İkinci bab
  25. Üçüncü bab
  26. Dördüncü bab
  27. Beşinci bab
  28. Altıncı bab
  29. Yeddinci bab
  30. BİLİYƏ AİDDİR
  31. Səkkizinci bab

Səhifə 3 / 17 · 12%

İkinci rükn

Aləmin əhvalını bilmək haqqındadır. beş babdan ibarətdir

Birinci bab

Aləmin mənşəyi haqqındadır

Aləmin mənşəyi Tanrıdan başqa bütün digər varlıqlardan ibarət olub, dəyişməz bir həqiqəti (gerçəkliyi) vardır.

Sofistlər (Səfsətəçilər) deyirlər ki, aləm xəyali və boş mövhumatdan ibarət olub, həqiqəti yoxdur. Belə bir iddia nəhayət (dərəcədə) tərslikdir. Ona görə ki, onların (səfsətəçilərin) özü də aləmin bir hissəsidirlər və aləmin həqiqətini inkar etmək haqqında mühakimə yürüdürlər. Beləliklə, əgər onlar öz mühakimələrini etibarlı hesab edirlərsə, bununla sabit olar ki, aləmin də həqiqəti vardır və onların iddiası və yaxud hökmü boşdur.

Ağıllı insanlar dünyanın mənşəyi haqqında müxtəlif fikirlər irəli sürmüşlər. Filosoflardan Miletli Fales demişdir:

“Aləmin bir yaradıcısı vardır. Əql bu yaradıcının sifətini mahiyyətcə deyil, ancaq onun əsərləri etibarilə dərk edə bilər. O, elə bir ünsür yaratmışdır ki, onda varlıqlar və məfhumların şəkli vardır. İstər mənəvi, istərsə də maddi aləmdə olan bütün varlıqların şəkli həmin ünsürdə vardır”.

Əflatun isə ona (Falesə) əsaslanmış və həmin ünsürü Əflatun qəlibləri (müsüli-Əflatun) adı ilə məşhur olan qəliblərdə ifadə edərək demişdir:

“Aləm iki aləmdən ibarətdir: 1. Əql aləmi ki əqli qəliblər və ruhani surətlər oradadır. 2. İçərisində cismani bədənlər və növə mənsub cisimlər olan və parlaq bir güzgü kimi əşyanın şəklini özündə əks etdirən duyğu aləmi; belə ki, bu aləmdəki varlıqlar o aləmdəki varlıqların izləri (inikası)dir”.

Rəvayətə görə, Fales demişdir:

“İlk ünsür sudan ibarətdir, suyun hər bir şəklə düşmək qabiliyyəti olduğuna görə, onun sıxlaşıb bərkiməsindən yer, durulmasından (incələşməsindən) od və hava əmələ gəlmişdir. Göy isə odun tüstüsündən törəmişdir”.

Bu (fikir) isə Tanrının dediyi “Onun ərşi su üzərində idi” sözünə uyğundur.

Falesin fikrini Anaksaqor da qəbul etmişdir.

Miletli Empedokl isə demişdir:

“İlk ünsür mütləq bəsit (deyil), içərisində məhəbbət (cəlbedici) və qələbə (rəddedici) olan birləşmədir. Bu ünsürdən həm bəsit və ruhani cövhərlər, həm də mürəkkəb və cismani cövhərlər törəmişdir və bu nöqteyi-nəzərdən qoşalar növ və sinifcə bir-birilə birləşərək varlıqlara çevrilmişdir. Lakin əksliklər bir-birilə ziddiyyətə girərək fəsada (pozulub parçalanmaya) səbəb olmuşdur”.

Empedoklun fikrini filosof Heraklit də qəbul etmişdir.

Pifaqor demişdir:

“Tanrı əql ilə ruhu eyni zamanda yaratdıqdan sonra onların vasitəsilə (əql ilə ruhdan) aşağıdakıların (aşağı dərəcəli şeylərin) hamısını yaratmışdır”.

Plutarx Sokratdan rəvayət edir ki, Sokrat demişdir:

“Əsaslar üçdür: bunlar yaradıcı, ünsür (element) və surətdən ibarətdir”.

Demokrit demişdir:

“Əsaslar yalnız element və ya əql deyil, dörd qatışıqdan ibarət olmuş və bunlardan bütün bəsit şeylər eyni zamanda (dərhal) törənmişdir. Bunların ardınca sonradan mürəkkəb şeylər növ üzrə əmələ gəlmiş, sonra bütün aləm törənmişdir. Bütün bunlar əbədidir: çünki daimi olan aləmlə bağlıdır”.

Ərəstu demişdir:

“Vahid yaradıcıdan ilkin fəal əql nəşət etmişdir. Əql öz mahiyyəti etibarilə vacibdir. Əqlöz mahiyyətini və səbəbiyyətini xatırlamış və bu xatırlamadan şeylər nəşət etmişdir”.

Bu fikir (Peyğəmbərin) dediyi “Tanrının ilk yaratdığı şey ağıldır” sözünə uyğundur.

Sənəviyyələr (dualistlər) demişlər:

“İlk mənşə müdrik bir nur olmuşdur. Bu (müdrik nur) özü haqqında düşünərək demişdir ki, əgər mənim tayım meydana gələrsə, necə ola bilər? Belə bir düşüncədən nur (işıq) və zülmət (qaranlıq) əmələ gəlmişdir. İşıq və qaranlıq isə varlıqların iki əsası olmuşdur. İşıq “Yəzdan”, qaranlıq isə “Əhrimən” adlandırılmışdır. Bunların ruhani və cismani (şeylər), xeyir və şər meydana gəlmişdir”.

Filosof Heraklit demişdir:

“İlk ünsür bir dəfə özünü, bir dəfə mənşəyini, bir dəfə də həmin mənşəyə olan münasibətini təsəvvür etmiş və beləliklə, əmələ gəlmiş bu üç təsadüfdən ruh və əql yaranmışdır. Sonra ünsürdəkilərin ruhda təcəssüm etməsindən məhəbbət və ədavət (cəlbetmə və rəddetmə) əmələ gəlmişdir. Sonra ruhdakıların əqldə təcəssüm etməsindən məhəbbətlə ədavətdən qarışıq olan varlıqlar yaranmışdır. Beləliklə, varlığın səbəbi məhəbbətdir. Məhəbbət isə birləşmənin səbəbidir. Fəsadın (pozulub dağılmanın) səbəbi isə ədavətdir. Ədavət isə ayrılmanın səbəbidir. Məhəbbətlə ədavət xeyir və şərin səbəbləridir. Belə bir üsul qiyamətə qədər davam edəcəkdir. Qiyamət günündə xeyir şərdən azad ediləcək. (Xeyir iş görənlər) dəstəsi behiştə, (şər iş görənlər) dəstəsi isə cəhənnəmə gedəcəklər”.

Bu, qiyamətə inanmaq məzhəbindən ibarətdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Fəsli-ibtilayi-Musa

Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və

1 dəq
Fəsli-ibtilayi-Nuh əleyhissəlam

Badiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə

6 dəq
Fəsli-ibtilayi-Zəkəriyya və Yəhya

Cəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün

11 dəq
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edər

Həzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə

59 dəq

Başqa şairlərin şeirləri