Məzmun
  1. Birinci rükn
  2. Birinci bab
  3. İkinci bab
  4. Üçüncü bab
  5. Dördüncü bab
  6. İkinci rükn
  7. Birinci bab
  8. İkinci bab
  9. Üçüncü bab
  10. Dördüncü bab
  11. Beşinci bab
  12. Üçüncü rükn
  13. Birinci bab
  14. İkinci bab
  15. Üçüncü bab
  16. Dördüncü bab
  17. Beşinci bab
  18. Altıncı bab
  19. Yeddinci bab
  20. Səkkizinci bab
  21. Doqquzuncu bab
  22. Dördüncü rükn
  23. Birinci bab
  24. İkinci bab
  25. Üçüncü bab
  26. Dördüncü bab
  27. Beşinci bab
  28. Altıncı bab
  29. Yeddinci bab
  30. BİLİYƏ AİDDİR
  31. Səkkizinci bab

Səhifə 15 / 17 · 82%

O cümlədən (peyğəmbərlik nişanələrindən) biri də qeybə aid (gizli) şeyləri bilməkdən ibarətdir. Bu xüsusiyyət ruhani bir işdir. Yuxarıda deyilmişdir ki, aləmin özü və onun hadisələrinin qeyd siyahısında ümumi surətləri vardır ki, bunlara Əflatuna görə, “Əflatun qəlibləri” (müsüli-əflatuniyyə,) kəşf əhlinə görə, cəbərut (qüdrət) aləmi (aləmi-cəbərut) və şəriət əhlinə görə, lövhi-məhfuz (hifz olunan lövhə) deyilir. Bu surətlər heç vaxt dəyişilmir və onların timsalı şəhadət aləminə (dünyaya) göndərilir. Bunlar doğru və ya xəta (nadürüst) işlərin mənşəyidir; çünki əqlin şeylərə aid və onların əmələ gəlməsindən əvvəlki təsəvvürə əgər o uyğundursa, belə bir təsəvvür düzgündür; əks təqdirdə isə düzgün deyildir. Əgər ruh bədəndən ayrılmaqdan qabaq cismani pərdələr (maneələr) və bədənə aid hadisələrdən təcrid edilərək, həmin siyahıdakıları qəbul edərsə, o siyahıdakı əzəli və əbədi şeylər onun üzərində nəqş edilər və belə bir rütbəyə malik olan adam keçmişdən və gələcəkdən xəbər verər.

Həmçinin demişlər ki, əgər ruh örtüklərdən (maneələrdən) təcrid edilərək, müqəddəs cənaba (Tanrıya) müraciət edərsə, göydəki mücərrəd şeylər müxtəlif şəkillərə düşərək onu qarşılayar, keçmiş və gələcək şeylər haqqında ona xəbərlər verər. Filosoflara görə bu şəkillər mələklərdən və onların verdiyi xəbərlər, vəhy və ilhamdan ibarətdir.

O cümlədən (peyğəmbərlik nişanələrindən) birisi də əməllər və sözlərin keyfiyyətidir. Əgər onların (peyğəmbərlərin) əməllərinin izləri və sözlərinin nəticələri ümmətin (xalqın) əməl və sözləri ilə müqayisədə sırf xeyirdən ibarət olub, heç bir pozğunluğa səbəb olmazsa və faydası həddi-büluğa çatmış bütün adamlara aiddirsə, belə bir şəxs peyğəmbərdir. Yoxsa, (onun) əməl və sözləri özlərinə qarşı müəyyən qərəzlər əsasında olarsa, peyğəmbər deyildir; çünki peyğəmbərlərdə Tanrının əxlaqı vardır və onların əməllərinin qərəzi insanlar üçündür, necə ki, Tanrının əməlləri də belədir.

Beşinci bab

İmamət haqqındadır

İmamətin vücudu zəruridir; çünki islamın (daimi olaraq) yaşaması üçün şəriət ehkamı davam etməlidir. Halbuki qanunvericinin məcazi həyatı (dünyadakı həyatı) daimi deyildir. (Buradan belə nəticə çıxır ki,) ölkələrdə müxtəlif əsrlər ərzində nizam-intizam ancaq imamın vücudu ilə mümkün ola bilər. Peyğəmbər, Tanrının səlavatı ona və onun övladına olsun, belə demişdir: “Hər kim öz zəmanəsinin imamını tanımadan ölərsə, cahiliyyət (azğınlıq, nadanlıq) içərisində ölər”.

İmamın təyin edilməsi məsələsində insanlar arasında müxtəlif fikirlər vardır:

Sünnilər deyirlər ki, imamət icra (xalqın əksəriyyəti) tərəfindən həyata keçirilir (seçilir), ehkam və yaxud təyin əsasında irəli çəkilmir. İmamlar dörd xəlifədən ibarətdir ki, məlum olan sıra və qayda əsasında xəlifə olmuşlar.

Mötəzililər deyirlər ki, imamlıq dinin (islam dininin) əsaslarından biridir. Peyğəmbər onu ləğv edə bilməz. Deməli, imamət ehkam (Tanrının göstərişi) və təyin vasitəsilə məsumluq və kəramət şərtilə əmələ gəlir. Bunlar (mötəzililər) eyni zamanda iki imama tabe olmağı düzgün hesab edirlər.

Mühəkkəmilər aləmdə imamın heç olmamasını cayiz (yararlı) bilirlər.

Muxtarilər demişlər ki, Əlidən sonra Məhəmməd ibn-Hənəfiyyə, ondan sonra isə onun oğlu Haşim imamdır.

Zeydilər demişlər ki, imamət fatimilərin (Məhəmmədin qızı Fatimə nəslində olanların) haqqıdır və başqalarının imamətini cayiz bilmirlər.

İmamilər deyirlər ki, Peyğəmbərdən sonra Əli bilafasilə imamdır.

İsmaililər demişlər ki, Cəfərdən (yeddinci imamdan) sonra İsmail (Cəfərin oğlu) Allahın əmrinə əsasən imamdır.

On iki imama inananlar deyirlər ki, imamət ardıcıl olaraq və Peyğəmbərdən sonra fasiləsiz surətdə Əli və onun övladlarına, yəni Həsən, Hüseyn, Abid, Baqir, Sadiq, Kazim, Rza, Təqi, Nəqi, Əsgərə və intizarı çəkilən Mehdiyə xasdır.

Batinilərin imamət haqqında başqa fikirləri vardır. Onlar deyirlər ki, iki aləm vardır: ruhani və cismani. Bu iki aləm mənşədən birlikdə nəşət etmişdir və kəmaldan nöqsana doğru tənəzzül edir. Sonra mənşəyə mənsub olana qədər nöqsandan kəmalə doğru qayıdır. Cismani aləm zahir aləmidir. Bu aləmin idarəedicisi peyğəmbərdən ibarətdir ki, şəriətin zahiri ehkamı əsasında hökm edir. Ruhani aləm isə batin aləmidir. Bu aləmin idarəedicisi isə imamdan ibarətdir ki, məqul (əqli) və mənəvi ehkam əsasında hökm edir. Elə buna görə də bunlar (batinilər) peyğəmbərin deyil, imamın gizli olmasını (gözə görünməməsini) düzgün hesab edirlər. Necə ki, bədən (peyğəmbər kimi) gizli deyil, ruh isə (imam kimi) gizlidir.

Bəzi qülüvv edənlər (ifratçılar) demişlər ki, Tanrı bəzi vaxtlar insan şəklində gözə görünür. Onu (insanlar) peyğəmbər və imam adlandırırlar. Bunlar insanları həqiqi dinə və düz yola çağırırlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Fəsli-ibtilayi-Musa

Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və

1 dəq
Fəsli-ibtilayi-Nuh əleyhissəlam

Badiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə

6 dəq
Fəsli-ibtilayi-Zəkəriyya və Yəhya

Cəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün

11 dəq
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edər

Həzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə

59 dəq

Başqa şairlərin şeirləri