Mətlə ül-etiqad
Məzmun
- Birinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- İkinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Üçüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- Səkkizinci bab
- Doqquzuncu bab
- Dördüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- BİLİYƏ AİDDİR
- Səkkizinci bab
Səhifə 8 / 17 · 41%
Başqa əsas. Varlığı cayiz olan (vacib olmayan) hər bir şey özlüyündə və mahiyyətcə mümkündür; çünki əgər həmin şey öz səbəbi (illəti) şərti ilə nəzərə alınırsa, vacib olar və əgər səbəbsizlik şərti ilə nəzərə alınarsa, qeyri-mümkün olar.
Başqa əsas. Mütləq əqliyyata (rasional şeylərə) inanmaq olmaz. Bunun izahı belədir ki, filosoflar fərd (yeganə, xalis) cövhərin mövcudiyyətini əsaslı dəlillə rədd, mütəkəllimlər isə onu isbat etmişlər. Bu iki dəlil bir-birinə zidd olduğuna görə, əql onlardan birisinin yanlış, digərinin isə dürüst olduğuna hökm edir, çünki hər ikisinin (doğru) olması qeyri-mümkündür. Lakin əql onların hansı birinin doğru və ya səhv olduğunu müəyyən etmir; çünki əgər onlardan birisinin yanlışlığı mümkündürsə, digərinin də yanlışlığı mümkündür və nəticə etibarilə mütləq əqliyyata əsaslanan inam aradan getməli olur. (Bu məsələni açmaq üçün) bir ölçü lazım olur ki, o da şəriətdən ibarətdir. Hərçənd ki, digər tərəfdən şəriətin qəbul etdiyi işdə əql əsas götürülür. Biz əqlin hökmünü ancaq elə vəziyyətlərdə qüsurlu hesab edirik ki, səbəblər, vasitələr və onların tətbiqi düzgün olmur və yaxud uydurmaçılığa yol verilir. Əgər (əql) belə nöqsanlara üstün gələrsə, əlbəttə ki, onun hökmü yanlış olmaz. Məsələn, peyğəmbərlərin vəhy qəbul etmək və qayda-qanun vermək barədəki əqli belədir. (Deməli), əqliyyatın hamısının yanlış olması barədə hökm etmirik; çünki bunların bəzisi doğrudur.
Başqa əsas. Demokrit demişdir ki, əşyanın əşyaya təsiri ağlabatan bir məsələ deyildir. Onun isbatı belədir ki, əgər varlıq mövcud olan bir şeylə bağlanarsa o, əldə olanı ələ gətirmək kimi (faydasız) olur. Və digər yox olan şeylə bağlanarsa, bir-birinə zidd olan varlıq ilə yoxluq bir yerə toplaşmalı olur. Bu fikrə əsaslandıqda, yaranmışların mövcudiyyəti qeyri-mümkün olur. Halbuki yaranmışların mövcudiyyəti bu fikrin yanlışlığına sübutdur. Deməli, bu fikirdə səfsətə vardır.
İkinci bab
Dövr ilə təsəlsülün yanlışlığının isbatı haqqındadır
Dövr əşyanın asılı olduğu şeyin eyni vasitə ilə özündən asılı olmasıdır. Bu da qeyri-mümkündür. Təsəlsülə gəldikdə, bu, (əşyanın) sonsuz olaraq sıraya düzülmüş varlıqlardan (asılılığından) ibarətdir. Mütəkəllimlərə görə, əgər (sıranın) başlanğıcı yoxdursa, təsəlsül qətiyyən mümkün deyil, amma əgər başlanğıcı vardırsa, mütəkəllimlərin əksəriyyətinin fikrincə mümkündür.
Mühəqqiq Tusi demişdir ki, (təsəlsül) cayiz deyildir; çünki hər hansı ədəd (say) əgər müəyyəndirsə, (demək) onun müəyyənliyində sonu da vardır.
Filosoflara görə, hər hansı ədədin təklikləri mövcud, qiymətləri eyni (vahid) və sırası (tərtibi) varsa, onun mütləq sonu olmalıdır. Tərtibsizlikdə isə sonsuzluq cayizdir.
Təsəlsülün yanlışlığını isbat etmək üçün bir neçə yol vardır.
Birincisi belədir – müəyyən sayıla bilən bir şeyin bir silsiləsi (sonsuz sırası) və həmin şeydən əvvəlkinin də başqa bir silsiləsi fərz edilərək, onlar eyni başlanğıcdan bir-birinə rəbt edildikdə, əgər hər ikisi bərabərləşərsə, lazım gələr ki, az ilə çox bərabər olsun. Bu isə qeyri-mümkündür. Yoxsa, əgər az olan bitər, az olmayan davam edərsə, onda azın sonu olar, az olmayanın isə azdan ancaq sonlu say qədəri artıq olduğuna görə, hamısı (hər ikisi) sonlu olar.
Başqa yol. Əgər sonsuz olan (şeyin) məcmusundan bir parça götürsək, həmin parça ilə kəsilmiş məcmu arasında ya bir nisbət mövcud olar və ya olmaz. Əgər həmin parça ilə onun arasında nisbət varsa, lazım gələr ki, kəsilmiş olan birinci məcmunun, həmçinin ikinci məcmunun sonu olsun. Çünki sonlu ilə sonsuz arasında nisbət qeyri-mümkündür. Əgər onların arasında nisbət yoxdursa, lazım gələr ki, çox ilə az bərabər olsun. Bu isə yanlışdır. Çünki iki ədədin elə bir vəziyyətinə rast gəlmək olmaz ki, onlar həm bir-birilə bərabər, həm də bir-birindən artıq və ya əskik olsun.
Başqa yol. Silsilə (təsəlsül) bir-birilə əlaqədar olan xaricdə mövcud fərdlərin birləşməsindən ibarətdir və tam həqiqətə malik olması lazım gələr. Tamlıq isə öz hissələrinin öz içərisində mərkəzləşməsini tələb edir. Belə olmazsa, tamlıq əmələ gəlməz. Deməli, bütün mərkəzləşmiş (şeylər) sonlu olmalıdır.
Nəticə belədir ki, təsəlsül uydurma bir şeydir, o yoxdur və mümkün deyildir. Onun yanlışlığını isbat etməyə can atmaq artıq (boş) bir zəhmət olar. Biz ağıllı adamlar içərisində təsəlsülə əsaslanan və onu etiraf edən bir şəxsə rast gəlmədik.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-metle-ul-etiqad
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və
Fəsli-ibtilayi-Nuh əleyhissəlamBadiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə
Fəsli-ibtilayi-Zəkəriyya və YəhyaCəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edərHəzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə
Başqa şairlərin şeirləri
Yer yox ikən, gög yox ikən, ta əzəldən var idim.Gövhərin yekdanəsindən iləri pərgar idim.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Əcəm qızıAhu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,