Müxalif dövrdən, gülgyn şərabı qanə dəgşirdim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Müxalif dövrdən, gülgyn şərabı qanə dəgşirdim,
Sürudin çəngü udun, naləvü əfğanə dəgşirdim.
Dəxi zövqi-visali-dust şövqün istəmin məndən
Ki, mən zövqi-visali, möhnəti-hicranə dəgşirdim.
Məni, ey bağiban, məzur tut gülzar seyrindən
Ki, mən gülzar seyrin külbeyi-əhzanə dəgşirdim.
Könül verdim fənavü fəqrə, tərki-etibar etdim,
Bihəmdillah ki, axir küfrümü iymanə dəgşirdim.
Niqabi-surəti-hal eylədim xuni-ciyər seylin,
Əyan rüsvalığı dərdü qəmi-pünhanə dəgşirdim.
Könüldən zövq bulmazdım, çıxardım çaki-köysümdən,
Qaşı yaylar xədəngilə gələn peykanə dəgşirdim.
Füzuli, məndən zövqi-afiyət az istə kim çoxdan
Mən onu arizuyi-tələti-cananə dəgşirdim.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-muxalif-dovrden-gulgyn-serabi-qane-degsirdim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir dəfə sormadın ki, bu qəm nə, bəla nədir?
Şöhrətim artdıqca eşqimdə, adın şöhrət taparEtibarım getsə əldən, sən taparsan etibar.
Bizdəki həyat dostun qılıncının cövhərindədirRuhumuz cövhər olsa da, onun qılıncının cövhəridir.
Könül sənin sevgi ətəyini bərk tutubdurElə quş belə yüksəkliyə azraq uçmuş.
Başqa şairlərin şeirləri
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
İbrət üçünSüddən yanıq uşaq idi, –Hər nə gördü tamah saldı –
OlaHər yetənə yar deyib, yar arama,Yar axtar ki, ömür boyu yar ola.