Qəmzə peykanın gözün mən mübtəladən saxlamaz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Qəmzə peykanın gözün mən mübtəladən saxlamaz,
Sərf edər əhli-nəzər nəqdin gədadən saxlamaz.
Dil nədir yanımda çün qılmaz məni qəmdən xilas,
Çəkmən ol təviz barın kim, bəladən saxlamaz.
Canə cismim ol xədəngi-qəmzədən olmaz pənah,
Hiç cövşən kimsəni tiri-qəzadən saxlamaz.
Eşqdən bir dəm təni-suzanı dur etməz fələk,
Vəh necə fanusdur, şəmi həvadən saxlamaz.
Aləmi şeyda qılır, gər olsa gözdən həm nihan,
Bir pərivəş kim, səri-zülfün səbadən saxlamaz.
Eylərəm bixud fəqan, gördükcə kuyin itlərin,
Aşina razi-nihanın aşinadən saxlamaz.
Bisəbəb sanmın Füzulinin məlamət çəkdiyin,
Bixəbərdir, məşrəbin əhli-riyadən saxlamaz.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qemze-peykanin-gozun-men-mubteladen-saxlamaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məni candan usandırdı, cəfadən yar usanmazmı?Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Heyrət, ey büt, surətin gördükdə lal eylər məniHeyrət, ey büt, surətin gördükdə lal eylər məni,Surəti-halım görən, surət xəyal eylər məni.
Canı kim cananı üçün sevsə, cananın sevərCanı kim cananı üçün sevsə, cananın sevər,Canı üçün kim ki, cananın sevər, canın sevər.
Məndə Məcnundan füzun aşiqlik istedadı varMəndə Məcnundan füzun aşiqlik istedadı var,Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.
Başqa şairlərin şeirləri · Eşq
Gecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
Tâ virmedi cân irmedi cânâna irenlerTâ virmedi cân irmedi cânâna irenlerBaşın virüp irdi ser ü sâmâna irenler