با عارض تو شمع کشیدی زبان بحث
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
با عارض تو شمع کشیدی زبان بحثوز گرمیش گرفته زبان در میان بحث
Dil açıb şəm elədi arizi-dildar ilə bəhs,Tez tutuldu dili, qəhrindən edər yar ilə bəhs.
گفتند غنچه با دهنت بحث می کندمعلوم می شود هنر او زمان بحث
Dedilər qönçə dəhanınla sənin bəhs qılır,Hünəri zahir olar, etsə bu rəftar ilə bəhs.
دی زد دم از دهان تو ذره که نیست بادما را ازو نبود اگر چه گمان بحث
Zərrə dəm vurdu dəhən ilə, dedi: olmaya kaş,Gözləməzdik o edə bir belə göftar ilə bəhs.
آنی که با عذار تو گل کرده بحث لیکاز خجلتی که دیده عرق کرده آن بحث
Batdı gül çöhrəsi gülşəndə xəcalət tərinə,Səbəb oldur ki, edib arizi-gülnar ilə bəhs.
مه خورده تیر رشک ز حسن تو بر جگربا ابرویت هلال شکسته کمان بحث
Hüsnünün rəşki ayın qəlbinə ox vurdu, hilalGörüb əbrulərini etdi kəmandar ilə bəhs.
بحث است کار چشم و دلم بهر تیغ توخون است در میانه ایشان نشان بحث
Bir sənin eşqin üçündür bu qədər fitnəvü şər,Daima könlüm edir dideyi-xunbar ilə bəhs.
Məqtə — şairin təxəllüsü olan son beyt. از مدرسه مجوی فضولی فراغتیکانجا مقام مدعی است و مکان بحث
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, nə fərağət yeri var mədrəsədə,Müddəilik törədir ordakı təkrar ilə bəhs.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-118
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Müxalif dövrdən, gülgyn şərabı qanə dəgşirdim,Sürudin çəngü udun, naləvü əfğanə dəgşirdim.
Nalədəndir ney kimi avazeyi-eşqim büləndNalədəndir ney kimi avazeyi-eşqim bülənd,Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd.
Ney kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəmNey kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəm,Ta nəfəs vardır quru cismimdə, fəryad eylərəm.
Nə görər əhli-cəfa məndə vəfadən qeyriNə görər əhli-cəfa məndə vəfadən qeyri.Nə bulur şəmi yaqan kimsə ziyadən qeyri.