لاف زد پیش رخت گلبن ز گلبرگ ترشزد صبا از قهر گلبرگ ترش را بر سرش

Yarpağın tutdu bərabər gül o məh tələt ilə,Başına çırpdı o yarpağı səba hiddət ilə.

پیش خورشید رخت گل را نمی بیند جمالگرچه می‌بندد هوا از دُرِّ شبنم زیورَش

Gül cəmalın aparır rövnəqi güldən, gər onuDürri-şəbnəmlə həva bəsləsə min zinət ilə.

گشت گل پروانه شمع جمالت ای پرینیست هر سو برگ بگرفتست آتش در پرش

Oldu pərvanəsi gül atəşi-şəmi-rüxünün,Eylə yarpaq hanı odlanmaya ol dəhşət ilə.

چند نازد با گل و بلبل چمن بگشای رخآتشی زن در گل و بر باد ده خاکسترش

Gülü bülbüllə çəmən naz eləyir, aç üzünü,Onu atəşlərə yandır, yelə ver cürət ilə.

مهد گلبن جای راحت نیست طفل غنچه راچون شود آسوده چندین خار دارد بسترش

Qönçə övladına rahətmi olar gül beşiyi,Bu tikanlıqda necə bəslənər o, rahət ilə.

گل بحسن پنج روزه کرد دعوی با رختزود باشد زین گنه از هم بریزد پیکرش

Beşcə gün ömrlə gül hüsnün ilə bəhs açdı,Dağıdar yel bu günah ilə onu sürət ilə.

Məqtə — şairin təxəllüsü olan son beyt. برگ گل تلخست می گرداند از خورشید رنگچون کنم نسبت فضولی با لب جان پرورش

Məqtə — şairin təxəllüsü olan son beyt. Açılır gül, dəyişir rəngi, Füzuli, onu mənNecə təşbih edim ol ləli-şəkərnisbət ilə?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar