در صدف صدق جناب متولی
در صدف صدق جناب متولیکز رای منیرش عتباتست منور
عمریست دماغ دل سکان مشاهداز رایحه مکرمت اوست معطر
پاکیزه نهادی که مراد دو جهانشاز خدمت اولاد رسولست میسر
فرخنده مآلی که دلش راست همیشهاندیشه غمخواری اولاد پیمبر
آرایش معموری هر مرقد عالیشد رتبه او را سبب رفعت دیگر
ای باد اگر فرصت گفتار بیابیدر خدمت آن ذات مصفای مطهر
از ما برسان بندگی و عرض کن این حالکاری در همه جا در همه فن بر همه سرور
هر چند که در فضل و هنر مثل نداریغافل مشو از نکته گذاران سخن ور
ما خاک نشینان سر کوی بلاییمما را نتوان داشت بهر سفله برابر
ما آینه داران بد و نیک جهانیمگر نیستی آگه بگشا دیده و بنگر
خم یافته در خدمت ما قامت گردونپر گشته ز آوازه ما دهر سراسر
ما راتبه خواران در آل رسولیمعمریست که این راتبه داریم مقرر
مسدود نگشته در این راتبه بر مازانروی که هستیم بدین راتبه در خور
ماییم پسندیده دوران بقناعتپیران جوان بخت و فقیران توانگر
Bir dürri-sədəfdir bu cənabi-mütəvəlli,Parlaq hünərilə Ətəbat oldu münəvvər.
Etmiş Ətəbat əhlinin illərcə dəmağın,Öz rayiheyi-lütfü səxasilə müəttər.
O, bir elə pakizə sifətdir ki, həmişəÇəkmişdir ürəkdən qəmi-evladi-Peyəmbər.
Bir zati təmiz kim, iki aləmdə muradınÖvladi-rəsul xidməti etmişdi müyəssər.
Hər zinətü arayişi bir şanlı məzarın,Oldu şərəfü şəninə bir rütbeyi-digər.
Ey bad, hüzurunda belə zati-nəcibin,Bir an şərəfi-söhbətə fürsət tapasan gər.
Bizdən yetirib halımızı bəndəlik ərz etEy hər kəsə hər fənndə, hər ölkədə sərvər.
Hərçənd bərabər sənə yox fəzlü hünərdə,Söz ustaların, qəflət edib, etmə mükəddər.
Çün kuyi-bəla torpağının sakiniyik biz,Hər alçağa sən bizləri gəl tutma bərabər.
Dünyada pisin, yaxşının ayinəsiyik biz,Agah deyilsənsə, göz aç, qəlbinə göstər.
Əymiş qədini çərxi-fələk xidmətimizdə,Dünyanı bizim şöhrətimiz tutdu sərasər.Ruzi yeyənik ali-rəsulun qapısındaBir ömrdür olmuş bizə bu ruzi müqərrər.
Bu ruzi yolu bizlərə bağlanmamış əsla,Layiq bizik aləmdə belə ruziyə yeksər.
Dünyada qənaətlə bizik kim, bəyənildik,Ağgün qocalar, həm ürəyi varlı fəqirlər.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qite-26
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,