میان سگ و گربه شبی نزاع افتادبه گربه گفت سگ ای کاسه لیس لقمه شمار

تویی که نیست ترا بویی از طریق ادبتویی که نیست ترا جز طریق دزدی کار

نمی شود که کسی لقمه برد به دهنکه از طمع نبری راحتش به ناله زار

چراست این همه عزت ترا به این همه عیبکه می کشند ترا خلق متصل به کنار

شریک خوانی و هم خواب بستر و بالینرفیق مجلس و مقبول هر پری رخسار

منم که فایده ها می رسد ز من شب و روزحراست است مرا شب شعار و روز شکار

وفا شعار منست و ادب طریقه منبر آستانه مرا منزلست لیل و نهار

وسیله چیست که تو داخلی و من خارجتو گوشت می خوری و استخوان من افگار

گناه من چه شد و وز هنر چه هست تراکه گفته اند ترا طاهر و مرا مردار

به مجلس علما تو انیس و من از دوربه محفل فضلا تو عزیزی و من خوار

ز روی طعنه چنین گفت گربه خاموشکه ای درنده بی زینهار بد کردار

به میهمان و گدا متصل جدل داریبه هر غریب مدام از تو می رسد آزار

به خیر اهل سعادت تو می شوی مانعبدین روش که تویی کام دل امید مدار

گمان مبر که به سرمنزل مراد رسیمکن خیال که کردی ز عمر برخوردار

Pişiklə saldı köpək bir gecə böyük dəva,Kasa dibi yalayansan, dedi, sən, ey biar!Ədəblə mərifətin səndə yoxdur asarı,Odur ki, olmuş oğurluq sənə həmişə şüar.

Götürsə löqmə biri, zəhləsin tökərsən onun,Tamahla eyləyərsən o dəmdə naləvü zar.

Bu eyblərlə bu izzət sənə nədəndir bəs,Özündən eyləməz hərgiz səni bu xəlq kənar.

Şəriksən ona yatmaqda, süfrədə daim,Rəfiq olur sənə məclisdə hər pərirüxsar.

Gecə-gündüz o mənəm ki, yetər xeyir məndən,Gecə min iş görərəm, gündüz olmaram bikar.

Vəfa şüarım olubdur, ədəb təriqi yolum,Məkanım oldu nədən asitanə leylü nahar?

Nədən sən evdə qalırsan həmişə, mən çöldə,Ət ilə sən yaşayırsan, sümüklə mən naçar?

Nədir sənin hünərin, ya nədir mənim cürmümKi, xəlq pak demişdir sənə, mənə murdar?

Ənissən üləma məclisinə, mən uzağam,Fəzilət əhli üçün sən əzizsən, mən xar.

Pişik cəsarət ilə açdı tənəyə diliniKi, ey amansız olan vəhşi, xisləti xunxar.

Əziz qonağı, gədanı görən gözün yoxdur,Qəribi görcək edərsən həmişə sən azar.

Səadət əhlinə hər xeyr işində manesən,Bu xislət ilə sənin kamə nə ümidin var?

Elə güman eləmə öz muradına yetəsən,Həyatının ağacı zənn qılma versin bar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri