Gətir, saqi, qədəh kim, növbahari-aləmaradır
Mürəbbe nədir?
Mürəbbe: dörd misralı bəndlərdən ibarət şeir.
Gətir, saqi, qədəh kim, növbahari-aləmaradır,
Zəmin səbzü həva canbəxşü gülşən rahətəfzadır!
Pərişan olma kim, gülbərgtək hala bu gülşəndə
Nişatü eyş üçün əsbabi-cəm’iyyət mühəyyadır.
Açıldı lalə, güldü qönçə, gəldi işrət əyyami,
Zəbani-hali-səbzə işrət iymasına guyadır.
Gör öz halinivü çəkmə qəmi-mazivü müstəqbəl
Ki, hala mövsimi-gülgəştü dövri-cami-səhbadır.
Səhər gülzarə gir, billah, bu mövsimlərdəvü hər dəm
Təmaşa qıl ki, divanında gülün xoş təmaşadır.
Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni,
Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-tercibend-1-getir-saqi-qedeh-kim-novbahari-alemaradir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Mey və meyxana
Şikəstə oldu könül zülfi-yar dərdindən,Bəlaya uğradı miskin nigar dərdindən
Gözlərinə nəm tökülübBu nə aləm ki, bura aləm olub cəm tökülüb,Burda bir şəm yanıb, nuruna aləm tökülüb.
Məst yaxud sərxoşOf, bu məstin nə fəlakətli, yaman haləti var,Nə kərih mənzəri, bəd surəti, pis adəti var.
Şərəfnamə, fəsil 37Saqi, dur şərabla könlümü güldür,Bu işdə səbrinə bir ölçü götür.