Yar qılmazsa mənə cövrü cəfadən qeyri
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Yar qılmazsa mənə cövrü cəfadən qeyri,
Mən ona eyləməzəm mehrü vəfadən qeyri.
Ey deyən: "qeyrə könül vermə", qanı məndə könül,
Səri-zülfündə olan bəxti-qəradən qeyri?
Qıldı Məcnun kimi çoxlar həvəsi-eşq, vəli,
Doymadı dərdə, məni-bisərü padən qeyri.
Mişki-Çin zülfün ilə eyləsə dəva nə əcəb,
Nə olur üzü qara qulda xətadən qeyri?
Ləbinə çeşmeyi-heyvan deməzəm kim, ləbinin
Var bir canə yarar feyzi, bəqadən qeyri.
Hiç kim bilmədi təhqiq ilə ağzın sirrin,
Sirri-qeybi nə bilir kimsə xudadən qeyri.
Ey Füzuli, bizə təqdir qəm etmiş ruzi,
Qılalım səbr, nədir çarə rizadən qeyri?
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-yar-qilmazsa-mene-covru-cefaden-qeyri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Olub təsəlli, yanan könlümə əsər verməz.
Aşiqlikdə bir sevgilinin qəmindən başqa bir işim qalmadıDe, ağıl başımdan getsin, onunla bir işim qalmadı.
Dərdini sinəmdə könlüm eylə bil can bəsləyirOl səbəbdəndir onu zövq ilə hər an bəsləyir.
Xoş ol ki, ney kimi hər bəndimi cida edələrNəinki mane olub naləyə cəfa edələr.