گر بند بند ما چو نی از هم جدا کنند
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
گر بند بند ما چو نی از هم جدا کنندبه زانکه در غمت ز فغان منع ما کنند
Xoş ol ki, ney kimi hər bəndimi cida edələr,Nəinki mane olub naləyə cəfa edələr.
خوبان نمی کنند وفایی بعاشقانخوبند بهر آنکه همیشه جفا کنند
Bu mahparələr eşq əhlinə vəfa eləməz,Gərəkdir aşiqi min dərdə mübtəla edələr.
بینند روی شاهد مقصود اهل دلگر توتیای دیده ازان خاک پا کنند
Məhəbbət əhli görür arizi-nigari əgərAyağının tozunu gözdə tutiya edələr.
جان نیست جز امانت تو نزد عاشقانوقتست جان من بتو یک یک فدا کنند
Əmanətindir o can, saxlamışlar aşiqlər,Yetişdi vəqt, onu bir-bir sənə əta edələr.
امروز دیده اند ترا زاهدان شهرفردا نماز خود همه باید فضا کنند
Görüb bu gün ki, səni şəhr içində zahidlər,Səhər namazını onlar gərək qəza edələr.
در حیرتم که راهروان طریق عقلخود را اسیر دام تعلق چرا کنند
Ağıl yolilə gedənlər, təəccübəm, nə üçünKi, özlərin qəfəsi-dəhrə mübtəla edələr.
Məqtə — şairin təxəllüsü olan son beyt. اهل وفا نیند فضولی پری رخانهرگز طمع مدار که با تو وفا کنند
Məqtə — şairin təxəllüsü olan son beyt. Deyil, Füzuli, pəriçöhrələr vəfa əhliKi, hərgiz etmə təmə bizlərə vəfa edələr.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-179
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şüşə əlbəttə sınar, düşməni fulad olsa.
Mən kiməm ki, sənin kuyin mənə məskən olsun?Kuyinin torpağı hər ləhzə mənim nəzərimdə olsun?
Bu möhnətxanədə aqil olanlar xaniman tutmazƏdəm mülkündən özgə mülkdə qalmaz, məkan tutmaz.
Mələk ol sərvi-rəvanın qədinə salsa nəzərYaralı quş kimi göydən düşər, açmaz şəhpər.
Başqa şairlərin şeirləri · Eşq
Ey mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Söylə görüm, olum dilin qurbanıSöylə görüm, olum dilin qurbanı,Nədən vəfa eyləmədin iqrarə?!
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Duşizeyi-hürriyyətəDüxtəri-napakdamən sanmayın hürriyyəti,Hərkəs olmaz rahyabi-həcləgahi-vüsləti.