Yar vəslin istəsən, kəsmək gərək candan təmə,Hər kişi kim, vəsli-yar istər, kəsin ondan təmə,

Arizuyi-vəsli-canan canə afətdir, könül,Ya təəllüq candan üz, ya vəsli-canandan təmə.

Çün mənə bir zərrə yox tabi-təmaşayi-cəmal,Mən kiməm vəsl etmək ol xurşidi-rəxşandan təmə.

Aşiq oldur kim, təmənnayi-bəlayi-hicr edə,Yoxsa çoxdur, mehr edən ol mahi-tabandan təmə.

Rişteyi-tuli-əməl dami-bəladır, neyləyim,Üzmək olmaz ol səri-zülfi-pərişandan təmə.

Arizin görmək həyatım tazə eylər, vəh, nə eyb,Gər gəda vəchi-məaşın qılsa sultandan təmə.

Müttəsil hirman qılır hasil təmədən əhli-hirs,Türfə kim, artar ona gəldikcə hirmandan təmə.

Məqtə — şairin təxəllüsü olan son beyt. İstər olsan, heyrətü hirmanə hərdəm düşməmək,Kəs, Füzuli, dəhrdən ümmidü, dövrandan təmə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq