Yaxma canım, naleyi-biixtiyarımdan saqın
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Yaxma canım, naleyi-biixtiyarımdan saqın!
Tökmə qanım, abi-çeşmi-əşkbarımdan saqın!
Su verər hər sübhdəm göz yaşı tiği-ahimə,
Çox məni incitmə, tiği-abidarımdan saqın!
Cövr odu yaxdı məni, yanımda durma, ey könül!
Bir tutuşmuş atəşəm, qürbü civarımdan saqın!
Tən evindən rəxtini, cəhd eylə, ey can, dışra çək,
Afəti-seyli-sirişki-biqərarımdan saqın!
Gərçi bir xaki-rəhəm, kimsə məni almaz gözə,
Çox həqarətlə nəzər qılma, qübarımdan saqın!
Durma qəbrim üzrə, ey eşq içrə mən tək olmayan,
Tənə daşidir sənə, səngi-məzarımdan saqın!
Şahi-mülki-möhnətəm, xeylü sipahim-dərdü qəm,
Xeyli-bihəddü sipahi-bişümarımdan saqın!
Ey Füzuli, qansı məhbubi ki, sevsən rəhmi var,
Qıl həzər, ancaq mənim birəhm yarımdan saqın!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-yaxma-canim-naleyi-biixtiyarimdan-saqin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kəsilib səbrü qərarım, yox özümdən xəbərim.
Çıxsa can qaytarar ətrin, gözəlim, can bədənəÖlünü zövqi-kəlamın gətirər nitqə yenə.
Həmmam ilə ənis dünən nazlı yar olubHər tük tənimdə bir müjeyi-əşkbar olub.
Öldürür şadlıq məni təndən əgər peykan çıxaBəlkə bu peykan ilə birgə bədəndən can çıxa,
Başqa şairlərin şeirləri · Eşq
Dünyamızı seyr etdim min dürlü həvəslərlə,Gördüm coşuyor dillər pək nəşəli səslərlə,
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Taprmışam könlümü mən, türreyi-cananda imişTaprmışam könlümü mən, türreyi-cananda imiş,Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram