جان بیرون رفته را بویت به تن میآورد
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
جان بیرون رفته را بویت به تن میآوردمرده را ذوق کلامت در سخن میآورد
Çıxsa can qaytarar ətrin, gözəlim, can bədənə,Ölünü zövqi-kəlamın gətirər nitqə yenə.
هست شبنم یا نسیم صبح با ذکر لبتغنچهها را آب حسرت در دهن میآورد
Dodağın zikrinə hər qönçə uyub həsrət ilə,Ağzının axdı suyu, şeh kimi düşdü çəmənə.
زلف پرچین برگشا تا بر خطا قایل شودآنکه رنجی میبرد مشک از ختن میآورد
Aç o çin-çin saçını, ta ki, xəta etdiyiniAnlasın mişk üçün hər kəs gedəcəkdir Xötənə.
سوی شیرین جوی شیر از بیستون هر صبح و شامسیل سیلاب سرشک کوهن میآورد
Kuhikən sel kimi göz yaşı töküb şamü səhər,Bisütundan yetişir süd kimi Şirin dəhənə.
بوی گل گر از چمن بیرون رود بیوجه نیستبلبل گمگشته را سوی چمن میآورد
Var səbəb getsə çəməndən uzağa ətri gülün,Yol azan bülbülü ta kim, çəkə bilsin çəmənə.
سرورا نسبت به نخل قامت خوبان مکننخل قامت میوه سیب ذقن میآورد
Sərvi, gəl tutma bərabər gözəlin qamətinə,Sərv sahib ola bilməz belə sibü zəğənə.
Məqtə — şairin təxəllüsü olan son beyt. در غم آن قامت و عارض فضولی هرکه مردتا قیامت خاک او سرو و سمن میآورد
Məqtə — şairin təxəllüsü olan son beyt. Kim ölərsə ucaboy, gülyanağın eşqilə,Ey Füzuli, dönəcək torpağı sərvü səmənə.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-164
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
ز چمن بوی گل و ناله بلبل برخاست
Lütfə bax, gör nə gözəl mənzəreyi-xəzradır?!Yenə sübhün küləyi gör necə ruhəfzadır!
Həqiqətdə Allaha yaxın olmağa səbəb olan itaətKərbəla çölünün məzlumunun dərgahı torpağını təvaf etməkdir.
Kimin ki, qəlb lövhindən təəllüq nəqşi zayildirO qəlb ayinəsi dostun xəyaliylə müqabildir.
Başqa şairlərin şeirləri · Eşq
Sərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
GedirəmSeyr elədim İstambulun elini,Qədəm basıb İsfahana gedirəm.
Xatirim zülfün xəyalilə pərişan eylədimXatirim zülfün xəyalilə pərişan eylədim,Öz əlimlə könlümün mülkünü viran eylədim.
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,