Bir əməlim
Təbəssüm eyləmədi xüldzari-amalım,Cahanda qismətim olmuşmudur hümumü qümum?Düçari-hüznü qəm etdi məni bu talei-şum,Güli-muradım açılmazmı gülsün iqbalım?
Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.
Xürama gəlmədi hurim görüb məram alayım,Vüsali-yardən artıq mən olmuşam mə'yus,Üyuni-cazibəsi baxmadı mənə, əfsus,Şu sahiranə baxışdan doyunca kam alayım.
Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.
Gəzər büraqi-xəyalım fəzayi-lahutu,Cahani-nurdə suzan olur pərü bali,Şu nazənin behişti-xəyaldən ali,Edərmi dərk həqiqət bu əql nasutu?
Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.
Əməl çiçəklərim oldu düçari-cövri-xəzan,Çirağı-huşimi söndürdü kəmşuur ustad...
Riyazi-fikrimi yandırdı badi-istibdad,Xərifi-zülmdən olduqda tündbad vəzan,
Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.
Şu bəxti-qarə məni bəslədi əsarətdə,Gözüm yolunda, açılmaz bəhari-hürriyyət,Tülu' etmədi hala nəhari-hürriyyət,Qürub qıldı həyatım ləyali-zülmətdə.
Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.
Açılmadan soluyor növşükufeyi-əməlim,Bu bağban cəfadanmı xoşlanır əcəba?Nədir şu sirri-xəfa? Kimsə bilmiyor, əsəfa,Baxar, susar, biləməz dağdari-yə'si-dilim.
Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.
Bədizari-sürurə ürəkdə yox rəğbət,Qəmin müsafiri-xani-dilimdə mehmandır,Xəyali-yarlə vicdan beyti-əhzandır,Ümid Yusifi məhbəsdə... Ah, hürriyyət!..
Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.
Şəbi-zülamdə ahımla şö'ləbar oldum,Dəhəndə nəğmeyi-dilsuz, sinə purnəvəhat.Nə bir ənis, nə yaran görünməyir, heyhat!..Şu kimsəsizliyimə baxdım əşkbar oldum.
Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.
Sovurdu badi-fəlakət şu nazənin gülümü...Düçari-sərsəri-qəhr oldu cilvəzari-nəbat,Xəzanzəd oldu baharında qönçəzari-həyat,Şu qəmli mənzərə kəsdi nəvayi-bülbülümü.
Xəyal etmə budur baisi-məlali-dilim,Məni mükəddər edən var könüldə bir əməlim.
Bilirsinizmi nədir məncə nüxbeyi-amal?Könüldəki əməlim millətin səadətidir.Bu, arzularımın müntəhayi-qayətidir.Edərmi millətim ehrazi-şani-alülal?
Ey vətən! Ey pəriyi-vicdanım!Kəsmə bizdən nigahi-şəfqətini,Eylə ilqa dilə məhəbbətini,Səni sevmək deyilmi imanım?
Dili məhzun edən bu halətdir,Qıldım izhar iştə həsrətimi,İstərəm bəxtiyar millətimi.Qəlbdə bəslənən bu niyyətdir.
20 səfər (3 aprel)
Kitabxana.az · https://kitabxana.az/works/hadi-bir-emelim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rövşənayi-leyldə bir xərabəzarın mənzərəsi*Mehtab bir şəb idi, hava müşkbar idi,
Şikvayi-aşiqanə, yaxud əlhani-pərişan1Ey atəşi-eşqi məni hər dəmdə yaxan yar!
Şərareyi-ruhTükəndi ömri-qiymətdarımız bidad altında!Qarardı nuri-iste'dad istibdad altında!
Səhneyi-mübarizeyi-həyatda şanlı insanlarGirdbadi-həyat önündə bəşər,Müttəsil, mütəssil digirləniyor,
Başqa şairlərin şeirləri
Eyləmişdim, sənəma, vəslinə adət gecələr,İndi sənsiz mənə bərpadı qiyamət gecələr.
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Sirlər xəzinəsi, fəsil 38Yetməzmi dövr etməyin, bir az yavaş, ey fələkDe, sakit duracaqsan, ey yer, sən nə vaxtadək?
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,