Məzmun
  1. I
  2. II
  3. III

Səhifə 2 / 3 · 33%

Okurov dairəsi təfsilən Qorkinin tərcümeyi-halında təsvir etdiyi və içərisində yaşadığı dairədir.

Balaca Matvey Kojemyakəni atası yaşayış haqqında deyir: heç kəsin heç kəsə dünyada rəhmi gəlmir, ətraf tamam heyvanlardan ibarətdir.

Okurovlardan birisi Okurov ənənəsini gözəl xarakterizə edir: “Adamın boynunun ardına şillə vurmaq hamı üçün böyük bir ləzzətdir”.

Okurovluq əsası Qorkinin əsərlərinin hamısında, cavanlıq yazılarından başlamış axırkı əsərlərinədək hər yerdə aydın görünməkdədir.

Qorkinin əsərlərində İki əsas qiyafələr bir-birinə müqabildilər: bir tərəfdə Okurov həqiqətini daşıyan, onun əsası ilə canlanmış və onun heyvanlıq ruhunu təsdiq edən; o biri tərəfdə o ruhu mən edib, həyatı Okurovluğa bərəks əsas üzərində qurub, bu əsasın qabiliyyəti yolunda mübarizə edənlər. Aşağıdakı sətirləri göstərək:

Bu roman Okurov həqiqəti daşıyan tacir Malkin parlaq rənglərlə təsvir olunmuş bir qiyafədir. O, belə bir həqiqət söyləyir: “İnsana yavuq getdikdə bir əlində bal, o birisində bıçaq gərək olsun”. ya bu sözləri deyir: “Qardaşım, həyatın quruluşu çox sadədir: ya hamını çeynəməlisən, ya palçıq içində uzanmalısan”.

Tacir Malkinin müqabilində Foma Qordeyev çıxır. Bir ziyafətdə Malkinin sifətinə bu sözləri çırpır: “Alçaqlar, siz nə yaradırsınız? Sizin yaratdığınız həyat deyil, məhbəsdir”.

İki əsasın bu növ toqquşmasını biz onun “Çocuqluq”, “Matvey Kojemyakin”, “Tövbə”, “Çelkaş” və sair əsərlərində görürük.

Özünün 1927-ci ildə təb etdiyi məqalələrində Qorki İki müddəi xüsusunda maraqlı bir nağıl yazır. Nağıl belə başlanır:

“İki müddəi olan yerdə qəhrəman olar”... Nağılı belə qurtarır: “Mənim düşmənim olmasaydı, həyatım puç və ürək sıxıntısı gətirən olardı”.

Bu nağılda Qorki öz yaradıcılığının əsas xüsusiyyətini meydana çıxarır. Nağılın məzmunu Qorkinin nifrət etdiyi kapitalistlik Okurovluğu ilə mübarizədən ibarətdir. Onun birinci və ayaqyalınlar (basyak) həyatından yazdığı hekayələrinə baxanda orada adi və biqeyd yaşayış üzərinə ciddi mübarizə elanı müşahidə edirik. Qorki ilk vaxtlarda yazdığı hekayələrində özünün qəvi olan yaradıcı xəyalatının gücü ilə “Okurov” insancıqlarına müqabil duran qüvvətli, bimənzur və azadə bir insane yaradırdı. Qorkinin başqa cavanlıq əsərləri də bu əsas üzrə yazılmışdır. Qorkinin ayaqyalınları onun həmişəlik düşmənlərinə ağır bir zərbədir.

Qorki təzə həqiqət axtararaq, sosializmə rast gəldikdə və sosialistləri dünyanın ən yaxşı adamları saydıqda, onun həmişəlik düşmənləri gəlib gözümün önündə dayanırdılar.

“Ana” hekayəsində sosialist Pavel Vlasov deyir: “Görün insanlar bir-birlərinin müqabilində necə qoyulublar: “Ürəyindən də keçmir – amma vurursan”. Yenə həmin hekayədə o biri sosialist Naxodka deyir: “Hər şəxs qonşusunun vuracağından ehtiyat edib qabaqca özü qonşusunun qulağının dibinə bir yumruq çalır”.

Qorkinin nəzərində sosializm həqiqəti böyük həqiqətdir. Bu həqiqət mehribanlıqla hamının öz tərəfinə çağırıb dünyanın üç bəlası olan hirsdən, şərdən və yalandan xilas edəcəyini xəbər verir.

Qorkinin həyatın hal-hazırdakı quruluşuna etirazı onu həmişə ayaqyalınlar və sosialistlər tərəfinə çəkir. Bunların hər İkisi hirsin, ədavətin və yalanı düşmənləridirlər.

Çox maraqlı burasıdır ki, Qorki Şuralar ittifaqının böyük rəhbərlərin, məsələn, Lenin təsvir edəndə, onların özünün bədii əsərlərinin qəhrəmanlarına bənzədir. Qorki bu adamları sevir və bu məhəbbət onun xəyalatının yaratdığı şəxslərə olan məhəbbətdir.

Məsələn, Lenində Qorkini həvəsə gətirən sifət onun həyatda vaqe xəbasətə nifrətidir. Qorki Leninə “Yalanın və dünya qəmlərinin ovçusu” adı qoyur.

Lenin, adi həyata zərbə vurub dağıtdığından Qorkiyə əzizdir. Qorki yazır: “Əhalinin əksərini ağlamağı və qışqırmağı budur: bizi rahət qoyub və adət etdiyimiz yaşayışla yaşamağımıza mane olmayın”. Lenin xalqın adət etdiyi həyatına belə bir növlə məmaniət göstərdi ki, o məmaniəti ondan qabaq bir kəs göstərməyə qadir olmamışdı.

Kapitalizm sayəsində əxlaqı pozulmuş cəmiyyətə, dünyanın əsarətdə saxlayan hirsə, tamaha, ədavətə və yalana nifrət! Budur Qorkinin yaradıcılığının əsası və bu əsas onun otuz beş illik ədəbi yolunun hamı nöqtələrini bir yerə cəm edir.

Öz yaradıcılığının əsas məqsədi haqqında Qorki belə deyir: “Vəhşi rus həyatının qurşun tək ağır olan murdarlığını yada gətirdikdə bəzi vaxt özüm-özümdən xəbər alıram: “Bu barədə danışmağın lüzumu varmı?” və sonra möhkəm bir etiqadla özümə cavab verirəm: “Bəli, var”. Çünki bu diri və murdar həqiqət İndiyə kimi ölməmişdir; bu həqiqəti öyrənməli və sonra onu kökündən dartıb insanın ruhundan və bizim ağır həyatımızdan qopartmalıdır.


Maksim Qorkinin bədii yaradıcılığını üç dövrə təqsim etmək olar:

Birinci dövr – 1892-ci ildə Tiflis qəzeti “Qafqazda” onun ilk hekayəsi “Makar Çudra” çıxandan 1905-ci ilə kimi. İkinci dövr – 1905- ci ildən 1917- ci ilə kimi. Üçüncü dövr – 1917-ci ildən bu günə kimi. Bu dövrlərin bir-birindən təfavütü nədir?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri