Azərbaycan
Odlar yurdu şölə saçır,Sönməz odu, alovu var.Gündüzlər nur saçır Günəş,Gecələr çilçırağı var.
Dosta möhkəm sədaqətli,Qoynu bahar təravətli,Beynəlmiləl təbiətli,Bir diyardır Azərbaycan.
Boy atdıqca ildən-ilə,Nəsillər verir əl-ələ,Hünər dolu günləriyləBəxtiyardı Azərbaycan.
Öz odundan alovlanan,Gələcəyə qanad çalan,Milyon qışı yola salanİlk bahardı Azərbaycan.
Bir nəğmədi, bir şeirdi,Dinəndə Vurğun deyirdi,Füzulidi, Üzeyirdi,Şəhriyardı Azərbaycan.
Ocaq çatdım, odu, közüNəfəsilə alışdırıbBabək ocaq çatan yerdə.Qara batdımDava gününMərd Cavanşirdizə qədər qara,
Buza batan yerdə.Ay üzümə baxıb getdi,ulduzlar da axıb getdiUyumadım, tək dan atdımGiziroğlu şeşpərini atan yerdə.At oynatdım,Ağzı köhlən ağzı kimiQartalların qıy vurduğuköpüklənən,Selin, suyun qudurduğu.Qoç Koroğlu, sınaq üçünQıratı oynadan yerdə.Sevinci kədərə qatdımƏli qanlı yağılarıKərəm, NəbiBir-birinə qatan yerdə.
Ürək sağlam, ayaq möhkəm,Öz kökümün üstündəyəm,Yatanda da yatacağamBabalarım yatan yerdə.
Qəlbi dağlar baş-başadır.O Şəkidir, bu Şuşadır,Doğrudan da tamaşadırBaşdan-başa Azərbaycan.
Saf vicdanın, saf ürəyin,Unudulmaz duz, çörəyin,Hər məsləkin, hər diləyinVarsın başa Azərbaycan.
Baxdım ana torpağımaAranıma, yaylağıma,Min səs gəldi qulağıma– Yaşa,Yaşa, Azərbaycan!
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-azerbaycan
← → düymələri ilə keçid, R — təsadüfi şeir