Eləsi var, nə arayır, nə anır,Eləsi var, ana-ana yaşayır.Eləsi var, nə qandırır, nə qanır,Eləsi var, qana-qana yaşayır.

Eləsi var, ömrü verib yellərə,Eləsi var, adı düşüb dillərə,Eləsi var, oğul olub ellərə,Ata-ata, ana-ana yaşayır.

Qəfil olma, zamana bax, vaxta bax,Ocağa bax, süfrəyə bax, taxta bax.Hüseyn Arif, aşıqdakı baxta bax,Yanıq Kərəm yana-yana yaşayır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri