Səhifə 7 / 22 · 27%

Dəli Səməd ölüb, Rəhim kişi. Yoxdu “Dəli” – OdƏl – həqiqət Əli çoxdan ölüb. Çünki sözü keçmir.

Bayaq dediyim sözləri başqa şəkildə təkrar eləyirəm. Dinlə.

Qırx altıncı ildə zil qara saçlı Mədəd Əmirlini öldürdünüz.

Əlli dördüncü ildə ağ saçlı Sultan Əmirlini öldürdünüz.

Əlli beşinci ildə Torksin Əmirli adlı mələyə qəsd elədiniz.

Bu il ağ saçlı Səməd Əmirlini də öldürəcəksiniz, zil qara saçlı Mədəd Əmirlini də. İlanlar “Birliy”inin qərarı belədi.

De görüm, Rəhim kişi... Arazın o tayı ilə birləşsək, bu Şüşəli pavilyonda belə bir məclis qurulsa, “həmşəri” adlandırdığın Muğannalarla birlikdə Elm öyrənib vahid kökümüzü dərk edən “fars”lar da gəlib Qudalıları sənnən bir yerdə bağırlarına basıb, “qardaşım, bəradərim – BirOdƏrim desələr, nə cavab verərsən?! Erməninin də OdƏr – Türk kökündən olduğunu sübut eləməyə ehtiyac yoxdu, ey zatıqırıq, ilan! O tay-bu tay Azərbaycan miqyasında, dünya miqyasında ifşa olunsan, ölməzsənmi, ey qatil törəməsi qatil!.. Mən heç, balam da heç. Başları xurcunda gətirilən Ağ Əmirlə Boz Əmirin dərsini alanlar Tehrandan, Təbrizdən yığışıb gəlib bu İlan “Birliy”inin üzvlərini məhkəməyə çəksələr nə cavab verərsən, ey beyinsiz, cəhalət mücəssəməsi?!. Olacaq axı bu dediyim. Birləşəcəyik Cənubla! Muğannalar bütün planetə səpələniblər, siz qatillərin ucbatından. OdAğÜzdən deyilib bu həqiqət! Qandın?!

Kitelin içində “bir torba ət” doğrudan da ətə dönüb kresloya yapıxdı.

Səməd ayağa qalxdı. Gözləri dolmuşdu. Tez-tez əlini boğazına aparırdı.

– Nə oldu, cənab millətsiz, vətənsiz?! Cənub deyilən kimi niyə sındı belin?! Qırıq zatın ordandı axı! İnandın ki, məhz bağırlarına basacaqlar səni, məhz qardaş – GurOdƏs, bəradər – BirOdƏr deyəcəklər?! Bilirsən axı, Elmimizdə cinayət məcəlləsi yoxdu. Məcburi tədrisdi Elmimizin cəzası! Öz murdar bətnini görə-görə Cəhənnəm əzabı çəkməkdi!..

Xəlvət dillənmirdi. Mədədin ətrafında farsistlərlə, ərəbistlərlə birlikdə, Gizlinlər – silahlılar da başlarını endirmişdilər.

Səməd əlini boğazından çəkib qəddini düzəltdi.

– Vətənpərvərlikləri də varmış bu “Birlik” rəzillərinin! Yəni doğrudanmı vətəndaş sayırsınız siz özünüzü?! Doğrudanmı vətənpərvərliyiniz də var?! “Dərk eləmişəm” deyə-deyə idraksız qalan beyinsizdən vətənpərvər olar?!

Avqustda “İrəvan, Yerevan” dediyiniz Ər EvÜn də getmişdim mən. Ordakı gizlin arxivdə sizdən bir Qnel Qudalyan var, AdıPünhanın kəşfiyyatçısıdı. Zorri Balayan “Velikaya Armeniya” barədə yazanda onun məxəzlərinin fotosurətlərini göndərirdi bizə. Gülürdü Balayana: “ƏrEy “Ariy” yazır, ƏrMəni “Armen”, “Armeniya” yazır! – deyirdi. İndi demir daha. Heç nə vermədi mənə. Dandı, dedi: “Kudalinskilar barada heç na yoxdi manda...” Ayrılanda İrəvandan bir az bəridə “Ocaq” restoranına apardı məni, “Bu adam Bakuda bizim xeyrimiza işlayir, buna bir quzu kasin”, – dedi, quzu kababına qonaq elədi məni, içdi, içdi, köyrəldi: “Ara, Samed, yaxşıca dolanırdıx, noldı bırdan bu Balayan çarmandi çıxdı ortalığa! İndi da na? – Müharıba! Vay! Vay!..” Mən də köyrəldim, Rəhim kişi, dedim: “Qnel, sənin adın Güneldi axı!” “Sus, sus!” – dedi. “Mani xətya səlma”. Dedim: “Müharibə başlansa, sən də bir güllə atarsanmı?” Dedi: “Atmasam, neja olar o? Albatta, atajam, a Samed!” Soruşdum ki, “niyə axı?” Dedi: “Orasını bilmeram. Deyasan bu Zorri Balayan kopayoğli yavaş-yavaş mani da “Ariyes” elayir axi!” – dedi güldü. Budu bax, Erməninin əksəriyyəti belədi. Təbrizdəkilər Qacarilərnən evləniblər, Rza Şahın qohumlarıynan evləniblər, OdƏrnən də qan qarışığı olublar, Farsnan da. Milyonerdi hamısı. Əmma indi onlar da silah alıb İrəvana göndərirlər bu müharibə üçün, açıq terror üçün! “Armeniya” nədi?! Vətənpərvərlik yoxdu Ermənidə! Çünki bətnində hamısı bilir ki, əslində nə “Armeniya” olub, nə də “velikaya”sı!

Bu həqiqətləri deməyə gəldim mən bu gün, Rəhim kişi, sənin çağırışına yox! Uca hiss yoxdu sizdə. Torba-torba ətdən ibarətsiniz hamınız. Səlahiyyətinizdən sui-istifadə eləyib magistral yollarda Kalaşnikovnan brilyant yığırsınız və inanırsınız ki, özünüz üçün yığırsınız! “Birlik” ayırıb sizi millətdən, ay bədbəxtlər! Gizlin, açıq məclislərdə min-milyon dəfə deyilib sizə ki, kökümüzü baltalayır düşmən: “Yer”də OdƏrdi hamı. EvƏrEy OdƏrlərinə “Yevrey” deyirlər indi, EvƏrƏs OdƏrlərinə “Pers”, “Fars” deyirlər, ƏrEv OdƏrlərinə “Ərəb” deyirlər. Əsrlərlə bax beləcə ayıra-ayıra xüsusi təlim-tərbiyə ilə yetirdikləri, zatı qırıqlardan “Misli barlak” yaradıb doldurublar içərimizə ki, “qamas-qamas” yox daha, küll halında qırsınlar! Aldanmayın ciblərinizə doldurulan “Dollar”a, vaxtı çatanda soyacaqlar hamınızı! Adicə banditizm, mafiyaçılıq üsulu ilə əlinizdən alacaqlar hamısını! Katolik kilsəsinin saman altından axıtdığı ayaqyolu zibilidir bu, bütün bəşəriyyətimizi murdarlayıb! İndi budur, sənin əlinlə məni murdarlayır, cənab müvəqqəti kapitalist! Səksən səkkizinci ilin bu sazaqlı qış gecəsi, belə möhkəm “Birlik”lə, neçə meyid uzadacaqsınız bu çirkli döşəmədə?! Meyidlər yan-yana düzüləndə məndən də betər skeletlərə dönəcəksiniz, ay bədbəxtlər! Mənə məlumdu bu bədbəxtlik! Ayılın! “Dollar” möhtəşəm insan adıdı. Əmma o kişi özü də aldanıb, dünya malına çox pis uyub, öz xalqını da bədbəxti eləyib! Biri-birindən rəhmsiz biznesmenlərdən ibarətdi cənab Dolların varisləri! Qan damcılayır “Dollar”dan!

Sənə də deyirəm, ay Dollarsız Bala! Kimi öldürürsən?! Get güzgüyə bax. Hanı zil qara saçın?! Bu dörd ayda özün özünü öldürəndəmi ağarıb saçın, bayaq əmiyin başı düşmənin qucağında olandamı, indicə mənə düşmən gözüynən baxandamı?!

Çıxart cibindən o kağızı, bir də oxu: “Məni Varisim öldürdü”. Məhkəmə, şahid-sübut nəyə lazımdı?! Götür Xəlvətin o bıçağını, vur! Başa düşmədinmi ki, qan almağa vermirdi sənə bıçağı, can almağa verirdi!

Niyə ləngidirsən?! Necə qulaq asacaqsan o cür sualların cavablarına?! “Qatil! Bu da cavab!

Atan da qatildi, ata əvəzi əmin də! Budu cavab!

İndi şərhinə qulaq as.

Başımıza nələr gəlib? O kağız niyə yazılıb? Niyə bu kökə düşmüşük? Hamısını danışacam. Qıyma-qıyma...

Azdan-çoxdan adamlığınız qalıbsa, bir tikə çörək verin mənə. “Badamlı”nızdan da verin... Vaxt vardı, içməmiş dəm gəzərdim. “Pəh-pəh” mahnısı oxuyardım. “Pəh-pəh, nə gözəl, nə qəşəng, səfalı illər! İnsan uzun zaman belə yaşamaq istər...” Stalinin, Mirqəzəbin kütləvi qırğınlar partiyasının çiçəkləndiyi Bezobraziye illərində lap ürəkdən oxuyurdum mən bu “Pəh-pəh!” Çünki doğrudan da heyvanıydım. Təmizürəkli, hər şeyə inanan başı boş heyvan!.. Hissə qapılanda çırmənib cəmaatın tualetini təmizləmək istəyirdim. Sonra ayıldım gördüm tualetlərin murdarlığı adamların özlərinin murdarlığındandı!

Mən də içəcəm bu gecə. Çünki mən də sizin tayınızam. Öz heyvanlığımnan, murdarlığımnan, qatilliyimnən bərabər, sizin heyvanlığınızı, murdarlığınızı, qatilliyinizi də açıb tökəcəm ortalığa, müqayisə eləyin görək cahillikdə siz ağır gələrsiniz, ya tək mən! Cəmi Muğannalarla birlikdə mən də sözün əsil mənasında cahiləm ki, cəhalət mücəssəmələrinə Elm verməyə həsr eləmişəm ömrümü. Günü bu gün hərənizin bir qatilliyini açım, əvəzində çox yox, mincə “Dollar” alım, gedim o dal otaqda prokuror Sayılovnan da alver eləyim, kənardan baxın mənə, özünüzü görün!

Bir azacıq düşünün, o Kalaşnikovları niyə veriblər sizə, o güllələrin tökdüyü qan kimin qanıdı?! O yaşda dümağ saçlı adam, gör nə demisən o Sudüşəndə: “Mədəd xadımdı, Mariya – Məryəm ana da o biri Məryəm ana təki işıqnan hamilə olub, ha-ha-ha!” Tfu sənin ağ saçına, Rəhim kişi! “Əxlaqsız” damğası vurmadığınız Əmirli qalmayıb! Bir də tfu sizin üzünüzə!

Pavilyonda stullar taraqqa-taraq saldı – çaxnaşma oldu.

Bu dəfə zalın aşağı küncündən, torbaların arasından kiminsə xırıltılı səsi Səmədin hələ də beynindən getməyib aramsız “Danış, danış” deyən səsə qarışdı:

– Cahilliyimiz də aydındı, qatilliyimiz də! Qəhbəliyimiz də! Başqa cür danışılmalıdı burda! Sən pis danışırsan!

Mədəd idi.

Dik atıldı.

– Danışmıyacaqsan!.. Bunlara ayrı söz lazımdı. Mən deyərəm o sözü! – dedi.


“Dnevnoy” işıqların cərgəsi altında qaynayan tüstü-duman içində qaz “peç”inə yaxınlaşdı, pencəyinin döş cibindən kağızı çıxarıb, aşağıdan – “truba”nın dibindən alova atdı. Dikəlib, zalın yuxarısına – çayxana küncünə baxdı.

– Niyə yandırdım?.. Səbəbini sonra biləcəksən, əmi.. Atamı nə vaxt, necə, hansı şəraitdə öldürdüyünü mənim dilimdən eşidəndə... Mən anamın bətnindəydim onda. Əmma o şəraiti bütün incəliklərinə qədər görürəm. Bu dəqiqə səni, bu neon lampalarını, bu tüstünü necə görürəm, o şəraiti də elə görürəm indi. Deyilib bu bədbəxt Varisə... İndiki kimi o vaxt da başın dumanlı olub sənin. Boş yox, dumanlı. Çox şeydən xəbərin yoxdu, ey adı SafAğ Alim olan, ən yetkin vaxtında birdən-birə Ünsiz qalan yazıq. Daha heç nə deyilmir sənə. Ürəyində, beynində, ruhunda necə təbəddülatlar var, hamısını görürəm. Başqasının ürəyini, beynini göstərməkdə məqsədi nədi OdAğÜzün? Çox təəssüf ki, təzyiq yoxdu qanunlarında. Yoxsa atamı öldürdüyün dəqiqələrdə öldürərdilər səni, otuz dörd ilin işgəncəsindən xilas olardın. Mən isə dünyaya gəlməzdim... Atam da, sən də çalışmısınız ki, ana bətnində ikən məhv olmayım mən. Halbuki, hər ikimiz üçün, hətta anam üçün də xoşbəxtlik olardı dünyaya gəlməsəydim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 dəq
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 dəq
Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 dəq
Süleyman padşahın xəzinəsi 7

Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...

3 dəq

Başqa şairlərin şeirləri