Esse
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
C. Redaktor! Xahiş edirəm qəzetinizin yaxın nömrələrindən birində mənim bu məktubuma yer verəsiniz.Martın 10-da mən mərhum Qabriel Sundukyansdan aşağıdakı məzmunda bir məktub almışam: "Hörmətli cənab Firidunbəy! İcazə verin sizi bir xahişimlə narahat edim: Zəhmət çəkib mənə xəbər verin görüm, şair Mirzə Şəfi haqqında sizə bir şey məlumdurmu? Onun poeziyasından çap olunmuş kitablar varmı? Varsa o kitabları haradan tapmaq olar? Bu məlumatı Parisdən professor Makler təkidlə istəyir. Ümidvaram ki, mənim bu xahişim yerinə yetiriləcəkdir və mən də Sizə dərindən minnətdar olacağam. Sizə həqiqi hörmət bəsləyən və minnətdar olan bəndeyi-həqiriniz Qabriel Sundukyans".
Məhkəmeyi-ürfiyyəDünən bizİ qara və günahkar stulunun üstündə əyləşdirib mühakiməedirdilər ki, sız niyə bu namuslu, ədəbİİ, ismətii, əxlaqlı millətinizin
Şərq İslam mədəniyyətinin üç ortağıMəşhur ərəb tarixçisi İbn-Xəldunun hələ XIV əsrdə qeyd etdiyi kimi, İslam mədəniyyəti yalnız ərəblərin yaratdığı bir abidə deyil, İslam dinini qəbul etmiş xalqların birlikdə tikdikləri binadır. Islam mədəniyyətinin bu xüsusiyyəti Şərq islam dünyası haqqında danışdığımız hissəsində daha aydın şəkildə nəzərə çarpır.La literature Arabe adlı əsərində Abbasilər dövrünü təsvir edən fransız alimi Hart, miladi VIII əsrdəki ərəb mədəniyyətinin vəziyyətindən bəhs edərkən ərəb olmayan ünsürlərin təsirini göstərir. Bu dövrdə “ilahiyyat və hüquq elmləri ərəb olmayanların təsiri altında idi; bunun kimi, idarə məqamları, dövlət mənsəbləri və ədliyyə işləri də onların əlində idi; ədəbiyyat da onlar tərəfindən yazılırdı”.
Əbülüla GəncəviŞüərayi-mütəqəddimin Əbülülanı "Ustadi-şüəra" ləqəbi ilə yad etmişlər; o cəhətə ki, həkim Xaqani və Fələki onun şagirdləri olub, fünuni-şer və bəlağətdə ondan təlim almışlar. "Atəşkədeyi-Azəri"də Əbülülanın Gəncə əhli olmağı zikr olunubdur. Hicrətin altıncı əsrinin axırlarında şirvanşahların əyyami-səltənətində "Məliküş-şüəra" adlanırmış. Şirvan şahı və onun fərzəndi Cəlaləddin Mənuçehr Əbülülaya lütf və inayət edib, xatirini əziz tutarlarmış və bunlar hər ikisi fəzlü kəmal əhlinə, xüsusən, şüəra və üdəba sinfinə artıq dərəcədə iltifat və ehtiram göstərməkləri səbəbinə onların seytü sədası hər yerə yayılmışdı və adları xeyir ilə zikr olunurdu. Necə ki, bu barədə Əbülülanın, Şeyx Nizaminin, Xaqaninin və Fələkinin divan və əşarında məzkur paşahların maarifpərvər olmaqları tərif və tövsif olunmuşdur.Belə rəvayət olunur ki, şahi-Şirvan və onun oğlu Cəlaləddin Mənuçehr Bəhram Çubinin nəslindəndirlər ki, Ərdəşir Babəkanın övladından mənsubdurlar. Əbülüla Xaqaniyə təlim və tərbiyə verəndən sonra öz qızını ona nikah ilə verdi. Vəli ustadının qızına Fələki dəxi müştəri imiş və bu işdən məyus və mükəddar oldu. Onun xatirini də ələ gətirmək üçün Əbülüla min dirhəm qızıl ona bəzl elədi. Ustadi-şüəra hicrətin 560-cı sənələrində sağ imiş. Altıncı əsrin axırlarında Gəncədə vəfat etmişdir.
ÇirkBİldir həmin bu fəsildə ki, yay idi, Naxçıvan şehərini qızdırmatitrətme bürümüşdü. Hətta iki-üç yüzədək adam məhz qızdırmatitrətmədən vəfat etdi. Şehərİmizde oian cəmi müsəlman vo rus həkİmlərİ acız qalıb her cüre müalicə edirdilərsə də kargər olmurdu. Amma sonra Allah-taalanın bu yazıq Naxçıvandakı bəndələrinə rəhmi gəüb, şəhərimizİn vaizi molla Zülənam cənabları mənbərdə vəz əsnasinda tərləyİb və çirklənmiş köynəyinin tərini və çirkini onlara şəfa qərar verdi. Belə ki, bu ilin ərzində şəhərimizin hamı müsəlman övrətləri balaca şüşələr götürüb Axundgildən pul ilə o mücərrəb davadan alıb hansı bir qızdırmalınm canına və hansı boğazı gəlmişin boğazına sürtdülərsə, fılfövr şəfa tapıb, canları bidin və laməzheb rus hekimlərinin əlindən qurtardı. Əlhemdülİllah, bu il şəhərimizdə bir nefər də qızdırmah və naxoş tapılmır.Belə məlum olur ki, bu dava təhvil suyundan yüz dəfə faydalı və mücərrəbdir.
Milliyyət baxımından ədəbiyyatda forma və məzmunŞərq və Qərb tədqiqatçıları tərəfindən Nizami daha çox İran ədəbiyyatı nümayəndəsi kimi öyrənilmiş və onun şəxsiyyəti yalnız həmin sifət ilə tanınmışdır.Kök salmış bu yanlış təsəvvürə baxmayaraq, Nizami bizim qənaətimizcə, Azərbaycan şairidir və bu həqiqət yalnız onun nisbətinin “Gəncəvi” olmasından irəli gəlmir.
Mirzə Hüsen "Zülali" təxəllüsMirzə Hüseyn Zülali əslən şirvanlıdır. Tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Eşitdiyimizə görə, Zülalinin nəslindən Şəmsəddin ismində və Zülalov familiyasında bir şəxs sabiqdə Gəncə şəhərində poçt-teleqraf kantorasında xidmət edirmiş. Mumiileyhə kağız göndərib Mirzə Hüseynin haqqında məlumat istədik, vəli cavabi-namə gəlmədi. Zülalinin əsərlərindən ancaq bir qəzəl tapdıq ki, zeyldə dərc olunur:Qəzəli-Mirzə Hüseyn Zülali:
RəddCənab Molla Nəsrəddin! Məcmuənizin 49-cu nömrəsində “Qafqaz xebərləri” iinvam iiə yazdığınız aşağtdakı mətiebe ki, guya KİIİd’ camaatının Ağ Seyid uşaqlarına gətirdikləri odunlar artıq olduğundan ağalar on vaqon cəhənnomə yola saldılar. Bu matlebə burada olan bəzi diplomatlar İrad eloyirlər. Bunlar deyİrlər ki, Ordubadda ocaq və şəcərə sahibləri olan seyidlərin arastnda 539 il bundan əqdəm bağlanan əhdnamə mövcibincə Ordubad mahalı neçə hisseyə bölünübdür ve her bir beş-altı kendin tyulu ağalann birine çatır. Daha heç birisinin ixtiyan yoxdur o birinin haqqma təcavüz eləməyə. Belə ki, Yaycı', Dizə3, Müsəlman Azası3 və Ordubadın Sərşəher məscidinin cəmi aidatı ve mədaxilinin təəllüqü Mir Süfıd ağanın uşaqları ile canına qurban olduğum Mir Mürtəza ağaya yetişİr. Və habelə Zəngəzür, Qapançayı mahalları Hacı Mİr Həşim ağanın oğlu Mir Hüseyn ağaya mütəolliqdir. Qalan xırım-xtrda seyidlərin də hərəsi bir kəndi, ikİ kəndi idarə edirler. Bircə Sisyan, Dərələyəz, Qarabağ mahallan Ağ Seyidin uşaqlarına tabedir.Demirəm, bəlkə bu axır vaxtlarda onlar bir qolçomaq tayfa ilə sayuz olduqlanna gorə Kilid kəndine eliuzunfuq eləyələr. Yoxsa beynəssadat qanununun 99-cu fesline mütabiq heç birisinin bu bölgüdən təcavüz eləmeyə haqqı yoxdur. Xahiş olunur müxbirtərinizə diqqət eləyib mətləbin həqiqətin yazmağı tövsiyə buyurasınız.
Nizamiyə borcumuzAzərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnikası vasitəsi ilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə: öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi.Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər məxəz və qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilmədiyimiz nəticəsində istədiyimiz kamillik və dolğunluğa nail olmayıb bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsindən başlıca məqsəd türk dilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.
Nəsimi ŞirvaniBu şairin kəlamlarından ancaq bir qəzəlin yazılmasına iktifa etdik:Dünü gün müntəzir oldum ki, bu pərgar nədir,
Ədalət və maliyyatHər kəs nə deyir desin, mən gənə deyirəm ki, dünyada bu qəzet və jurnal çıxardanlara hər nə eləsən azdır. A kişi, bu qedər kötək yeyirlər, ölürler, daşlanırlar, təkfır otunurlar, genə dik dediklərini deyib bu biçarə mömin, dindar müsəlmanların yaxalarından ol çəkmirlər.Doğrudan da ki, deyiblər: “Günah öldürəndə deyil, öləndədi”. “Mühakimat” qəzetəsinin müdiri Mahmud Qənizadeyi-Səlmasİ Təbrizdə haqqında cəzasına çatıb və yaxşı eləyiblerki, günün günorta çağt bazarda vurub şilik-miliyin dağıdıblar. Camm, iki yuz min Tebriz camaatı özlorİnə ədliyyə əzası seçİrlər. “Mühakİmat”ın müdiri nəçikarədİr ki, onlara irad eləyib və millət inanılmışlarını rüsvayİaləm eləsin? Ədliyyədi, kefleri istər orada ədalət eylərlər, kefleri istər zülm eylərlər, kefləri istcr müqəssirləri zindana məhkum eylərlor, kefləri istər, hərdənbir müqəssirlərin xoşgil cavanlarından seçib evlərino apararlar.
Mövzulardan çıxan nəticəFarsçılığı yox onun,Türklüyə çox bağlıdır.
QubaMərhum Abbasqulu ağa Qüdsinin tərcümeyi-halına şüru etməzdən müqəddəm Quba şəhərinin barəsində--ki, şairin vətəni məqamındadır,--icmalən məlumat verməyi münasib gördük.Yadigar qalmış vərəqparələrdən və təvarixdə görünən müxtəsər əhvallardan belə məlum olunur ki, Quba şəhərini Nadir şah tarixi-hicriyyənin 1147-ci sənəsində--ki, miladın 1734-cü sənəsinə mütabiqdir,--bina etdirmişdir. Müşarileyh Şabrandan (Quba uyezdində Dəvəçi mahalıdır) gəlib keçdikdə Dərbənd ilə Şabranın arasında "Gülüstani-İrəm" adında basəfa bağlıqda istirahət üçün sakin olmuşdur.
DübbəBalaca felyeton**Rəhmətlik Nəsreddin şah qətlə yetişməmişden qabaq Təbrİzdo bir “Şebnameyi-besirət” çıxardırdılar və orda şah üçün bir təlqin yazıb şahın cəmi nameyi-əmaiın bir-bir üzünə oxumuşdutar. Guya şaha belə telqit eləmişditər ki, “zəmani ki sənin ruhun cəsdindən pervaz etdi ve sənı qoydular qebre, onda inkir-minkir gelib səni Allahından, peyğəmbərindən, qiblenden, kİtabından, məmləkətindən, səltənətindən, əmanndan, təxribandən soruşacaq ve sənin qanunundan, qoşunundan, nizamından sual edəcək, qorxma ey filan, fılan olmuş, degilon: bədrəstiki yuxu mənim allahımdır, qeflət peyğəmbərimdir, as kitabımdır, övrətlər qiblemdir, herc-mərc qanunumdur, tökizlər sərtiblərimdir, dağlann kəlləsi yoiumdur, livan kovduşi mətanımdır və əhləldübbə mənim diplamatımdır və iix.” .
Nizami Azərbaycan şairiNizaminin yaradıcılığı forma baxımından Azərbaycana nisbətdə milli deyilsə də, hissiyyat, duyğu, düşüncə, şüur və şüuraltı varlığı ilə öz yetişdiyi mühitə dərindən bağlıdır.Bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair olmaqdan başqa, bir Azərbaycan şairi də etmişdir.
Hacı Molla Abbas "Şölə"Mərhum Hacı Molla Abbas Hacı Abdulla oğlu əslən isfahanlı imişsə də, yenə Gəncə şüərasının zümrəsindən hesab olunur.Hacı Molla Abbas "Şölə" təxəllüs təxminən qırx beş sənə bundan müqəddəm Gəncəyə gəlib, orada evlənibdir və lakin övladı olmayıbdır. Şölə Hindistanı, İranın çox yerlərini, Ərəbistanı və Misiri seyrü səyahət edib xeyli bilik və təcrübə kəsb etmiş bir vücud idi. Qafqaziyanın dəxi çox yerlərini gəzib, onda olan müxtəlif əqvamü miləlin adabü ayini ilə bələd olmuşdu.
Məşədiİdareyə indiyə kimi azından əlli adam kağız yazıb xahiş edibdir ki, AJlah xatirəsi üçün bizim adresimizi Meşədi Cefer, Meşedi Əli yazmayın! Yavan Cəfər, yavan Əli yazın!Mən qabaqca bu kağız yazanlan məsxərə eyləyirdim və gülürdüm kı, əcəba bir surətdə ki ildə yüz minlərlə adamlar Məşhədimüqəddəse müşərrəf olub və mİlyonJar i!ə pullar xercləyib belə böyük səadəte yetişirler ki, həmi adlanna meşedi deyilir və həmi də behiştdə böyük-böyük qəsrlər onlardan ötrü mühəyya olunur. Məgər eyləyirlər? Sonra düşündüm, məlum oldu ki, xeyr, bunların çoxusunun ya ata-anası nazir deyib uşaqtıqda apanb Xorasana ve yainki siğə havası vurub başlarına gedibiər ziyarətə və sonra da gəlib peşiman olublar və indi arlarına gəlir ki, biz itilget müsəlman ola-ola, niyə bizim adımıza meşedi deyilsin?
Nizaminin yaradıcılığıNizami yalnız klassik İran ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında müstəsna yer tutan bir şairdir. Onun şeri, həm özü yaratdığı yeni janr (eşq əfsanəsi), həm bu janr ilə tam ahəngdə olan məzmun və məna (ruhi təhlil), həm özünəməxsus kəskin ifadəli (rəmzli) dili, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş (qüdrətli təsvir), həm yüksəklərdə uçan geniş təxəyyüllü parlaq obraz və təşbehlər, həm də təsadüfə yer vermədən hər şeyi dəqiqləşdirib anladan və tək bir kökə bağlayan qavrayışlı fəlsəfə (vəhdəti-vücud nəzəriyyəsi) ilə eni-boyu ölçülməyən ucaman bir əsərdir. Bu əsərdə bizi özünə cəlb edən amil şair Nizaminin yanında eyni gözəllik, qüdrət və mətinliklə bərabər yeriyən filosof Nizamidir. Şairə böyük Hötenin təqdir etmiş olduğu dərinlik, təmkin, sakitliyini təmin edən onun bu müdrik munisi, öz sözü ilə desək, “əkdəş”idir.N i z a m ə d d i n ləqəbini daşıyan Nizamidə Şərqin bəlkə də heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam, başqa ifadəylə desək, bu sistem incəliklərinə varılarsa, ahəngdar bir ideologiya və dünyagörüşü sistemindən ibarətdir. Həmin sistem elə bir sistemdir ki, 800 il bundan əvvəl düşünülmüş olmasına baxmayaraq, yaşadığımız bu böhranlı günlərdə belə aktual deyiləcək qədər təzə və yenidir.
İranın oyanması(İranda konstitusiya elan edilməsi münasibətilə)On il bundan əvvəl mən təsadüfən bir nəfər varlı iranlı ilə tanış oldum. O, öz ticarət işləri ilə əlaqədar olaraq İstambula gedirdi. Mənim tanışım İranın əsl oğlu kimi çox məlumatlı, əyləncəli və maraqlı bir adam idi. Mənim İran haqqındakı suallarıma cavab verərək, o ölkənin vəziyyəti haqqında müfəssəl məlumat verdi və öz vətəninin gələcəyi haqqında çox bədbin mülahizələr söylədi. Vaxtı ilə xoşbəxt və əzəmətli bir dövlət olan İranın ağır vəziyyətini qabarıq təsvir etmək üçün o, belə bir müqayisə apardı: dəmir yolu və hərəkət üçün başqa az-çox əlverişli nəqliyyat vasitəsi olmayan Ərəbistan yarımadasında susuz və həyat əsəri olmayan səhralarda uzun məsafələri yalnız dəvə karvanları ilə qət etmək mümkündür. Bəzən elə olur ki, karvandakı dəvələrdən biri taqətdən düşür və yolu davam etdirə bilmir. Belə hallarda sarvanlar yorulmuş dəvədən yükü götürür və yazıq heyvanı başlı-başına buraxaraq yollarına davam edirlər. Zira, təcrübə göstərir ki, yerə çökən dəvəni heç bir vəchlə ayağa qaldırmaq olmaz!
Məliki-noqqalBütün şieyi-Əmirəlmöminin ölkelərində əz on cümlə bizim Qafqaz şəhərlerinde, ələlxüsus Bakıda mərhum və mərhumələrin sümüklərini gordan gora daşımaq qədimdən bir adətdir. Hər il Korbəlayi-müəlla ziyarətinə gedən müsəlman qardaşlann yüzdə doxsamnın torbalarında ya atalannın, ya analarının, qardaşlannın, qövm-əqrəbalarınm sümüklərı gərək gedtb Kərbəla torpağında dəfn olunsun. Müsəlman qardaşların bu meyİt sümükləri daşımaqda nə qədər bica xərcləri olur ki, qəbrdən çıxartmaq bİr xərc, chsan verib molla, tüllab çağırıb məzarxanlıq etmək ikt xərc, yola salmaq üç xarc... Xülasə, bir belə xərci çəkə-çəkə Mələki-nəqqala da şəkk gətirmirik. Bu mələk Allah tərəfmdən xolq olunub və onıın vəzifəsi Kərbəla toıpağına layiq olmayan sümükləri geri götürüb yerinə bir müqaddes tanrı bəndəsi, əhU-təqva vücudun mübarək sümüktərini apanb qoymaqdır. Mən sümük daşımaq xərcinə bica deyirəm, çünki əgər biz Kərbəlaya apardığımız sümüklər o torpağa layiqdirler, onlan Mələki-nəqqal özü do bizsiz oraya aparacaq, daha nə lazım xərc çəkmək. Əgər o totpağa layiq deyİl, Mələki-nəqqal genə geri qaytarıb ewəlki qəbrinə qoyacaq. Genə xərc çəkmək laztm deyil. Sözü bir az aydınedək ki, müsolman qardaşlar düriist düşünsünlər. Mesələn, Həsənbəy Məlikov üç il bundan qabaq vefat edib, indi belə güman edək ki, onun övladı istədi onun tıəşini Kərbəlaya aparsm, yəqin cdək ki, Mələki-nəqqal onun nəşini götüriib birbaş gətirib köhno yerinə qoyacaq və onun yerində de aparıb Fazil Dərbəndinin mübarək sümüklərini dəfn edecək. Şok yoxdur ki, Mirzə FəteH Axundov müsəlmanlıqdan kənar bir şoxs idi. Buna da dəlilimiz onun orucnamazdan uzaq qaçmağı vo sarsaq-sursaq komediyaiar ortalığa salıb, möhtərom xanlarımıza, boylərimize, ülemamıza, ağsaqqallarımıza sataşmaq idi. Indi belə güman edek ki, Mirzə Fətəlinin övladı onun sümüklorini aparıb Kərbelada dəfn etdilor. Yəqin Mələkı-nəqqal fovron onun bədənini çiynino alıb birbaşa gətirib Tiflis qəbiristanında yerino qoyacaq və onun yerine ya Ağa Bağır Məclisinin və ya Mirzə Ələsgərxan sədr Əzəmin mubarək sümüklərini apanb qoyacaq. Sabir Şirvaninin sümüklərinin yerinə yəqin Ağayi-Mir Mehdi ilə Seyİd Memmədin mübarək sümüklərİnİ apanb qoyarlar. Birpara möhtorəm vücudlanmız var ki, onlar dünyadan gedon kimi cənazəlorini də yerdən MəIəkİ-nəqqal götürəcək. Məsələn, Hacı Molla Baba Qubalı, Yekəqann molla Qarabağlı, Molla Ismayıl Axund Qafqazi, Molla Mehəmmədəmin və Mir Memməd Kərim Bakuyi, Səməd xan Marağayı, Hacı Mirzə Həsən ağa müctəhidi-Təbrizi, Şeyx Həbib və Mir Paxır ağa Şirvani, bunlar hamısı behişt quşlarıdırlar ki, vəfat edon teki birbaş mübarək bədənlori Kərbala torpağına azim olacaqlar. AJlah tezlik ilə arzulanna çatdırsın. XüJasə, bunu demək istərdİkki, bir belə xərc-mərc nə lazım, Kərbəla torpağına layiq olan özü də gedəcək, layiq olmayan min xərc çəksən genə qayıdıb özünün köhnə qəbrine gələcək.Mələki-nəqqal Allahın nurundan xəlq olunmuş bir məxluqdur. Odur ki, biz qara palçıqdan xəlq olanlar bunu görmeyə qadir deyilik. Ancaq bizim içimizdə Mələki-nəqqalın əmsalı vardırlar, bunlara biz təbibi-nəqqal adı qoyuruq, təbİbi-nəqqallann da vəzifəsi həmçinin nəql-köçürtməkdir. Bunlar msanlan dünya evindən axirət evine köçüriirlər ve köçmək xeyaiına düşən şəxsler köçmək xərcim' təbibinəqqalla öz ell&rİlə verib, sonra ölürtər. Təbibi-noqqaltarın bu keçon vaxtda Bakıda bir mühüm şuraları olmuşdu. Buna səbəb tebib Gindesin neftçiler şurasınm xestexanasmdan ixrac olunması idİ. Tebib Gİndes heman xəstəxanada səkkiz ildir ki xidmət edir və xəstəxananın korpe uşaq şöbesi onıul ixtiyarında idİ. Bu şəxsin təqsiri bu olubdur ki, xidmet edən zaman, neft mədənlərində qulluq etməyənlerin naxoş balalarmı qulluq edənlerin balalan kimi qəbul edib müatico edib. Bu da ağalara xoş gelmoyİb, həkimə buyurubtar ki, yanma naxoş uşaq getirənlər egər neft mədəntərində qulluq edənlər olsalar qəbul et və illa uşağın bir əlindən, bir ayağından yapış, at palanın ortasına, düşsün qenborin üstünə. Hekİm də bu növ “Ağa buyurur sür dərəyə”ni bacarmayıb ixrac olunub. Gindesin balalar atalarının boynunda çox haqqı olmağma görə, başiadılar “Kaspi” qəzetində kağızlar vasitəsilə təbibdən rizamendlik etməyə. Bu rizaməndlik kağızları günü-güııden çoxlaşıb axırı bir od olub yapışdı təbibi-noqqallann canlanna. Söz yox bu kağızlar Gindesin şöhrətini daha da artırdı və bu da təbibi-nəqqallann mədaxillərinin azalmasına səbob oldu. O idi ki, təbİbı-nəqqallar şura edib “Kaspi” qezetində Gindes baresində yazılan kağızlara protesto etdiler. Təbiblərdən ağayi-Qrim Terter ayağa qalxıb açıq-açığına dedi: “Həzərat! Müsəlman qəzetində Gindesin admı Loğmani-sani qoyublar. Bundan sonra əvam müsəlmarılar hamısı naxoş uşaqlarını birbaş gətirib Gindesin yamna aparacaqlar. Pəs belə olan surətdə biz məgər anamızın südü ilə dolanacağıq?! Sonra ağayi-Aqırqırha ayağa qalxıb təklif etdi kı, qaradovoya şikayet etsinlər, ta kİ o gedib qezetxanalarda Gindes adı çəkənlərin ağıztannı cırsın. Ağayı-Toxmi-xəbbaz, ağayi-Şikəmparə, ağayi-Məğzbadam, ağayi-GüIxətəmİ, ağayi - Xiyarçənbər, hamısı yamqlı nitqler İrad etdilər. Bu nitqlərin hamısmın mənası bu idi ki, əgər qəzet vasttəsilə tebib Gİndes camaatın məhəbbətini cəlb etsə biz nə yeyecəyik, Qaradovoy qəzetlərə Gindes barəsində gələn kağızlan qadağan etdi. Amma təbibİ-nəqqalların acığına uşaq xostəxanası üçün toplanan ianənin qədəri günü-gündon artmaqdadır. Az vaxt keçer kİ, təbİb Gİndesi xüsusi bİr uşaq xəstəxanası müdİri görərik. Dilsız-ağızstz balalar hamİsi olan Gindes cənablanna “Molla Nesrəddin” idatəsi öz səmimi məhebbotini izhar etməyi müqəddəs vəzifə hesab edir.
Nizaminin həyata və insana münasibətiTanrıya müraciətindən:**Dünyanın özü də bunca gözəlkən,
Sabir haqqında"Molla Nəsrəddin"in 15-ci və "Kaspi" ruznaməsinin 90-cı nömrələrində milli şairimiz Mirzə Ələkbər Sabirin ağır halda xəstəliyi və maddi cəhətincə ziyadə ehtiyacda olmaqlığı yazılmışdı.Bu xəbər bizi xeyli pərişan edib, dərin fikrə saldı. Sabir əsrimizin ən müqtədir və xoştəb şairlərindən birisidir. Onun sabiqdə bəzi müstəar adlar ilə imzalanmış abdar, xoşməzmun və mövzun kəlamları "Molla Nəsrəddin"in səhifələrində dərc olunub, oxucuları bir yandan güldürüb, bir yandan ağladırdı. Onun yazdığı şerlərin çoxu açıq və sadə ana dilində olub, mənşətimizin eynini göstərdiyinə görə əzbər öyrənilirdi.
Nə yoğurduq, nə yapdıq, hazırca kökə tapdıqXaçpərast millətlərinin tökdükləri qan və verdikləri can bahasınaolaraq.Rusiyədə hürriyyət ve azadltq günəşi parladı. İndi müsəlman
Nizamidə eşq fəlsəfəsiArasaq dünyanın oluşunu,Eşqdə taparıq duruşunu!
Soltan Məcid Qənizadəİyirmi beş il maarifi nəşr stmək kimi çətin bir əmri yerinə yetirməkdə sabitqədəm durmaq böyük hünərdir. Bizim maarif qədri bilməyən avam camaat arasında bu əmri əmələ gətirmək daha böyük hünərdir.Çox müəllimlərimizin müəllimlik sənətindən qaçmasına, bir tərəfdən, bu sənətin ağırlığı və qiymətsizliyi, o biri tərəfdən də camaatımızın bu müqəddəs sənətə alçaq bir nəzərlə baxması səbəb olur.
SenzurAx bivefa fəlek, sen nece qeddar və cəfakar İmişsən ve hemişeyarı yarından ayıran və sevgİlisini, istəküsini sevgilisindən kənar
Nizaminin dövlət haqqında görüşləriDinində dövlətin zülm haramdır,Zalımlara dövlət candan düşmandır.
Yakov Semyonoviç QoqoebaşviliBu günlərdə əbədi olaraq gözlərini yummuş qocaman gürcü müəllimi və publisisti Y. S. Qoqebaşvilinin1 parlaq siması, ideal və arzuları hazırda hələ ot bitməmiş məzarı başında acı göz yaşları tökən gürcü xalqı üçün yolgöstərən ulduz ola bilər. Yakov Semyonoviç üçün göz yaşları tökməyə dəyər! O öz xalqını həqiqi və dərin bir məhəbbətlə sevirdi; özünün bütün qüvvət və bacarığını xalqına xidmət etməyə, onun maariflənməsi, mənəvi inkişafı və maddi rifahının yaxşılaşmasına həsr etmişdi.Uşaqların və uşaq kimi sadəlövh olan xalqının səmimi dostu olan bu istedadlı müəllim xalqının səadət və xoşbəxtliyini maarif toxumu səpən səmərəli xalq məktəblərində görürdü. O, dərindən dərk edirdi ki, hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşgünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşgünlüyünün nəticəsində meydana çıxır. Öz xalqını belə bir yoxsulluq və düşgünlükdən xilas etmək, onu qaranlıqdan işığa çıxarmağa kömək etmək üçün Yakov Semyonoviç uzun illər boyu Gürcüstanın uzaq, qaranlıq və ucqar yerlərinə bilik toxumu yayaraq xalq maarifi sahəsində səmərəli surətdə çalışmışdır.
Niyə qəzetə və məcmuə satılmır?Hər kəs istesə bilsin ki, hansı şəhərin mömin və müqəddəs adamları çoxdur və harada çox axirət fıkri çokən var və haranın mollalarına camaatın ixlas, iradəti kamildir, daha dağa-daşa düşmək lazım deyil, gəlsin qəzetə vo jumal idarələrinə, orada bu mühüm mosələni asanhqla başa düşo bilər.İndi sen deyecəksən ki, bu soz lap “Töhfetül-məcalis” kitabının sozlerine oxşadı. Müqəddəs kişilərin hesabıni gərək hər yerdə hamamlardan, məscidlərdən, zİyarətgahlardan öyrənəsən. Onların qəzetə idarələrinə nə dəxli var? Jumal idarəsi hara, onlar hara?! Onda mən sonə bir mfıxtəsərcə hesab deyəceyəm və sənin ağlın kesecəkdir ki, mənim sözüm düzdür, daha özünü təşvişe salmayacaqsan.
Unudulmuş NizamiBir tərəfdən İslam şərqinin uğradığı ümumi gerilik, o biri tərəfdən isə çarizm istilasının zülm və istismarı nəticəsində öz keçmişini və bu keçmişdəki mədəni nailiyyətlərini unutmuş Azərbaycan Nizamini də yaddan çıxarmışdı.Gəncənin yaxınlığında yıxılıb-tökülmüş bir məzar vardı. Bu məzar uşaq arzulayan qısır qadınların uşaq dilədikləri bir “Şeyx”ə mənsubdur. Bu “kəramətli türbə”nin bütün Şərqin olduğu qədər Azərbaycanın da başını ucaldan böyük bir şairin əbədi yatağı olduğunu bilənlərin sayı azdı.