Taki gördüm bir nəzər mən türki-kafər kişni,Görmədim yanımda əqli-məsləhət əndişni.

Eşqbazi iş imas yarəb ki, işi unkumasın,Ol mənə irşad qılğın bu xətərnak işni.

Oxlayub könlüm yanər eşq odu birlə vay kim,Həm kəbabi göydürür bu atəşü həm şişni.

Diş baturdi tilbə könlüm ğəbğəbin almasına,Ənburə hicran çıxardı bir-bir anın dişni.

Məqtə — şairin təxəllüsü olan son beyt. Gəh-gəh aradə xudani görgil ey sultani-hüsn,Necə azar etgəsən bu Kişvəri dərvişni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq