Məişətimizə dair
Səhifə 4 / 4 · 75%
Belə olan surətdə şək yoxdur ki, darülmüəlliminlərimiz və darülmədrəsələrimiz dəxi bu zikr olunan təsəvvürdən ari və bəri deyil.
Bununla belə, bizim əqidəmizə görə, tamam müəllimlərin bilümum və kənd müəllimlərinin bilxüsus öz peşələrinə bu qədər süst, kəmməhəl və kəmetina olmaqlarına ümdə səbəb onların həddən ziyadə az məvacib almaqlarıdır.
Bir peşə ki, öz ərbabını həmişə fəqir və zillətdə saxlaya, onun ehtiyaclarını necə ki, lazımdır ödəməyə, aclıqdan və susuzluqdan, istidən və soyuqdan özünü və əyalını mühafizət etməyə, o peşəyə dəxi ərbabı tərəfindən artıq meyl və rəğbət olunmaz. O peşənin sahibi çalışar ki, özgə bir xeyirli işin və mənfəətli kəsbin dalısınca getsin.
Mənim əhibbalarımdan institut qurtarmış bir nəfəri-qabil və qeyrətmənd şəhər məktəblərinin birisində on il sərasər qulluq edib, ildə 4 yüz manat məvacib almaqla bir növ güzəran edirdi. Bu şəxs nə qədər cani-dil ilə ibtidada qulluq əmrlərini yerinə yetirdisə də, bir o qədər də axırlarda soyuyub, təlim və tədris işlərinə həvəsdən düşmüşdü. On ilin ərzində buna müəllimlik yeri vermədilər, ancaq müəllimə müavin olub, dörd yüz manatdan ziyadə məvacib ala bilmədi. Axırda özü qulluğundan şikayət edib, mənə hali-dilini söylədi ki, "filankəs, bu qədər zəhmət və əziyyətin müqabilində bir tərəqqi yolu görməmək, əliboş, üzü qara qalmaq hər kəsi rəğbətdən salar və incidər.
Bir yandan əhli-əyalın fikri, bir yandan övladın tərbiyə əndişəsi şu ismi bu növ pərişan edibdir ki, müəllimlik fikri və təlim-tədris işləri mənim üçün axırkı məsələlərdən birisi olubdur. Hərgah doğrusunu bilmək istəyirsən, ərz edəyim: başımın ən bala mərtəbəsində bu hində un və buğda fikridir. Ondan aşağıdakı mərtəbədə yar və düyü əndişəsidir. Ondan da aşağıda odun və kömür dəğdəğəsidir; lap axırıncı mərtəbədə olanı şagirdlərin hesab və yazı dəftərləridir ki, sabaha gərək onları düzəldəm. Həqiqəti-əmrdən bizimki müəllimlik deyil, çərçilikdir. Şeyx Sədi əbəs deməyibdir:
Qəme-fərzəndo nano caməvo qut
Baz darəd ziseyr dər mələkut.
Həme ruz ittifaq misazəm
Ke, beşəb baxuday pərdazəm.
Şəb ki, əqde-nəmaz mi bəndəm,
Çe xurəd bamdad fərzəndəm. [2]
[2] Tərcüməsi:
Övlad, çörək, paltar və azuqə dərdi.
Sənin aləmi-mələkutda seyr etməyinin qarşısını alar.
Bütün günü çalışıram ki, gecələr allaha ibadət edim.
Gecə ki, namazla məşğulam, bəs səhər çağı uşaqlarım nə yesin?
"Qarnı ac abidin ibadəti dürüst olmayan kimi, ac müəllimin müəllimliyi dəxi dürüst deyil və ondan fayda gözləmək əqli-səlimdən bəiddir".
Məzkur müəllim on ildən ziyadədir ki, müəllimlik peşəsini tərk qılıb, ticarət əmrinə məşğuldur və bu halda güzəranı xoş və rahat keçir, müəllim olduğu vaxtda çəkdiyi darlığı və ürək sıxıntısını indi çəkmir və məqamı düşdükcə millətə dəxi qövlən və felən xidmətini müzayiqə etməyir. Bu minval müəllimlikdən bizar və dilgir olub qaçanların və əli çörəyə çatanların ədədi az deyil.
Tamam Rusiyada müəllimlərin haqqında görsənilən həqarət və ədalətsizlik "Novoye vremya" kimi bir darməslək və mühafizəkar qəzeti dəxi dilə gətirmişdir.
"Novoye vremya" edadiyyə məktəblərində, gimnaziyalarda qulluq edən müəllimlərin halına yanıb təkid edir ki, onların zəhməti azalıb, məvacibləri çoxalsın. Qəzetə gimnaziyalarda qabil və mahir müəllimlərin olmadığını bu illətdən görüb deyir: "Bu mətləb barəsində dəfəat ilə yazılıbsa da, heyfən ki, yazıçıların nalə və fəryadı sahibi-ixtiyarların və dadrəslərin qulaqlarına yetişməyibdir və cərəs sədası kimi biyabanda məhv və nabud olubdur".
Gimnaziyalarda mahir və öz işlərinə bələd olan müəllimlərin yoxluğuna ümdə səbəb, necə ki, yuxarıda işarə etmişdik, bunları hazırlaşdıran və kamil müəllim yetirən darülmüəlliminlərin yoxluğudur, o institutlar və darülülumlar ki, ondan müəllimlər hasilə gəlir, qayda üzrə təsis olunmamışdır. Onlarda pedaqogiya elminə dair və təlimat işlərinə mənsub məlumat verilməyib. Gimnaziya müəllimlərindən çoxlarını tanıyıram ki, pedaqogiya fənn və elminin babası sayılan Amos Komenskinin və Pestalotsinin adların da eşitmiş olsunlar.
Bu qüsurun illətini "Novoye vremya" açıq yazır. O illət budur: Sabiqdəki maarif nazirlərinin ümdə fikri yaxşı müəllimlər və qabil müdərrislər yetirmək olmayıb. Onların fikir və xəyalı saldatlar kimi naçalniklərin, rəislərin hökmünə tabe və əmrinə müti çinovniklər hasilə gətirmək olubdur. Onlardan məşhuru qraf Tolstoy müəllimlər yetirmək üçün cavan tələbələrə saldat kimi təlim verdirib, onların bədənlərindən müəllimlik ruhunu çıxardıb, çinovniklik ruhu daxil etməyə müvəffəq oldu. Delyanov bu yolda özündən təzə bir şey ixtira edə bilmədisə də, Tolstoy qoyduğu pürməşəqqət, sərt və müəllimlik vəzifəsinə müğayir qaydaları mühafizət etməyə cani-dildən çalışdı.
Tolstoy və Delyanov kimi pedaqogiya elmindən bisəmər və insaniyyət aləmindən bixəbər şəxslər maarif vəziri olduğu halda, Piraqov kimi rəhmdil və məşhur pedaqoq kənarda qalıb unuduldu.
Qəzetə nəticəyi-kəlamda bunu yazır ki, hərgah gimnaziyalarda qulluq edən müəllimlərin zəruri ehtiyacları rəf olunsa, məvacibləri artsa və zəhmətləri azalsa, onda hər bir müəllim bilaşübhə çalışıb səy edəcəkdir ki, öz vəzifəsini layiqincə əda etsin, mənsəbi xatirəsi üçün qulluğunda bir qüsur qoymasın.
Söz yoxdur ki, gimnaziya müəllimləri az məvacib alır və əmri-maaşda qeyri çinovniklərə görə bir növ üsrət çəkirlər və lakin onlardan da artıq üsrət və zillət çəkən kəndlərdə və qorodskoy şkolalarda qulluq edən müəllimlərdir. Bu biçarələr ağır və pürməşəqqət zəhmətləri əvəzində bu bahalıq əsrində o qədər az məvacib alırlar ki, çoxusu təngə gəlib müəllimlikdən qaçır və qaça bilməyənləri də dilənçilik halında ömürlərini zaye edir. Bəs hər şeydən əvvəl və cümlədən müqəddəm gərəkdir bu binəvaların dərdinə çarə etmək və halına yanmaq. Yəqindir ki, maaş sarıdan bunların da ehtiyacı rəf olunsa və zəhmətlərinə görə bunlara da məvacib təyin olunsa, bunlar da çalışacaqlar ki, öz öhdələrinə götürdükləri təlim və tərbiyəyi-ətfal kimi mühüm əmri layiqincə ifa eləsinlər. O vaxt cavanlarımız nəinki müəllimlikdən qaçarlar, bəlkə çoxları sair qulluqdan müəllimliyə keçməyə meyl və rəğbət göstərərlər və camaat nəzərində dəxi müəllimlərin şan və hörməti artar.
Kitabxana.az · https://kitabxana.az/works/kocerli-meisetimize-dair-1908-1909
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mirzə Fətəli Axundovun komediyaları Zaqafqaziya müsəlmanlarının 40 və 50-ci illərdəki həyatını əks etdirən bir reflektora bənzəyir. İstedadlı bir dramaturq olan və xalqı yaxşı tanıyan Axundov xalq məişətinin müxtəlif tərəflərini kifayət qədər düzgün və sənətkarlıqla əks etdirmişdir.Hər əsərində, bütün komediyalarında Axundov xalqın həyatına yaxşı bələd olan nadir psixoloq və sənətkardır, onun yaradıcılıq istedadı, həyat təcrübəsi və hərtərəfli biliklə zəngin zəkası özünü hər yerdə göstərir. Biz bunu fransız nəbatat aliminin sadəlövh və qonaqpərvər Təklə-Muğanlı Hatəmxan ağa ilə ağıllı söhbətinin təsvirində görürük: Hatəmxan ağa öz qardaşı oğlunu inandırmağa çalışır ki, parislilərin adətləri ilə çox asanlıqla tanış olub başa düşmək olar ki, o xalqın adətləri tamamilə bizim adətlərin əksinədir (məsələn, biz əlimizə həna qoyuruq, onlar qoymurlar, biz başımızı qırxırıq, onlar saçlarını uzadırlar, biz əlimiz ilə xörək yeyirik, onlar çəngəl ilə yeyirlər, biz hər şeyə inanırıq, onlar heç bir şeyə inanmırlar, bizim arvadlarımız gödək paltar geyir, onların arvadları isə uzun paltar geyir, bizdə çox arvad almaq dəbdədir, Parisdə çox ər almaq və i.a.); yaxud biz bunu bir-birini sevən iki gəncin — gözəl Pərzadla cavan və igid Bayramın arasındakı təsirli məhəbbət səhnəsinin təsvirində də görürük: Pərzadın tamahkar əmisi qızın ilxısını və inəklərini ələ keçirmək xatirinə Pərzadı öz oğlu Tarverdiyə almaq istəyir, halbuki Tarverdi igidlikdə hələ heç bir ad çıxarmamışdır, o hələ bir dayça da oğurlamamışdır; yaxud, biz bunu rəhmsiz qoca — xəsis Hacı Qaranın mənəvi aləmindəki nifrət oyadan cəhətlərin açılmasında da görürük: bu qoca xəsis üçün dünyada puldan başqa heç bir müqəddəs şey yoxdur; Hacı Qara, öz dostu Heydər bəyin qoçaqlığını tərifləyən Əsgər bəyə etinasızlıqla deyir ki, bizim zəmanəmizdə qoçaq olmaqdansa, cibin pulla dolu olsa min dəfə yaxşıdır.
Dünyada bəla nədən törəyir?Qraf L. Tolstoyun təlimi-ətfal üçün tərtib etdiyi əlifba kitabçasında sadə dil ilə yazılmış bir xeyli pürməzmun hekayələr vardır. Onlardan bəzi şeyx Sədinin "Gülüstan"ında nağıl olunan hekayələrə bənzəyir. Cümləsi hikmət və təcrübə üzüylə yazılmış əsərlərdir. Məzkur hekayələrdən birisində bəlanın yer üzündə nədən törəyib nəşət etməsindən rəvayət olunur. Qissənin müxtəsərən məzmunu budur:Bir abidi-xoşsirət tərki-dünya qılıb, vaxtını adamlardan kənar bir meşədə ibadətlə keçirirmiş. Meşənin heyvanları ondan qorxmayıb, başına cəm olarlarmış. Abid onların dilini, onlar da abidin dilini anlarmış. Bir kərə abid bir ağacın dibində uzanıbmış. Qəzadan haman ağacın altında axşamlamağa qarğa, göyərçin, ilan və maral cəm olur və öz aralarında başlayırlar söhbət etməyə ki, aya, yer üzündə bəla və günah haradan törəyir?
Dost və müəllim N.O.Lomourinin xatirəsiHansısa uğursuz bir tale bədbəxt Gürcüstanı təqib edir. Onun gözəl və cavan qüvvələri, öz müqəddəs torpaqlarından uzaqlarda, geniş Rusiyanın sərhədlərində vətən uğrunda canlarını qurban verdikləri bir zamanda, o burada, öz evində də taleyin ağır zərbələrinin acısını duyur. Elm, mədəniyyət və ədəbiyyat nümayəndələri bir-birinin ardınca əbədi olaraq dünyanı tərk edirlər.İndi də Qori şəhərindəki Müəllimlər seminariyasının müəllimi, gürcü yazıçısı və pedaqoqu N. O. Lomourinin ölümü haqqında kədərli bir xəbər alınmışdır.
Ədəbiyyatımıza dair məktubVaxtbavaxt "Şərqi-Rus"un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müzəyyən qılırlar və müsəlman qardaşları elm və maarif kəsbinə dəvət edirlər. Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin aynasıdır. Hər bir millətin dolanacağını, övzai-məişətini, dərəcəyi-tərəqqisini, mərtəbəyi-kamalını, qüdrət və cəlalını onun ədəbiyyatından bilmək olar. Şairi-kamil və ədibi-fazil öz əsrinin müsəvvir və nəqqaşı mənziləsindədir. Nə qədər şairin təbi səlim, zehni açıq, nitqi guya, daireyi-əqliyyəsi vəsi, əfkar və hissiyyatı təbii və ali olsa, bir o qədər onun qələmi-cavahirnisarından vüqua gələn nəqşələr və təsvirlər mərğub və dilaviz olacaqdır, bir o qədər onun asari-qələmi və məhsulati-fikri ali olacaqdır, bir o qədər o əsərlərin əzhan və vicdan üzərinə təsiratı külli, tərbiyəyi-əfkar və təhzibi-əxlaq yolunda faydası artıq, əhəmiyyəti böyük və məziyyəti ziyadə olacaqdır. Farsların Şeyx Sədisi və Xacə Hafizi, ingilislərin Şekspiri və Bayronu, frənglərin Jan Jak Russosu və Viktor Hüqosu, nemeslərin Götesi və Şilleri, rusların Puşkini, Dostoyevski və Tolstoyu öz əsrlərində millətlərinin ən böyük müəllimi və ən mahir və müqtədir mürəbbisi olub əsərləri ilə onların təhzibi-əxlaqına, rüfət və səadət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və salamat təriqlər göstəriblər. Bu zati-alilərin vücudu ilə fövqdə zikr olunan millətlər fəxr edirlər. Farslar nəzm aləminin soltanı dörd nəfərdən ibarət olmasını iddia edib, əvvəl məqamda Firdövsiyi-Tusini, sonra Ənvərini, sonra Şeyx Sədini və dördüncü məqamda Nizamiyi əleyhirrəhməni qoyublar. Frənglər Viktor Hüqo ilə və ruslar Puşkin ilə fəxr edən kimi, farslar dəxi bu dörd nəfər nəzm aləminin soltanları ilə fəxr edirlər. Sədinin haqqında ki, üçüncü məqamda qoyulubdur, şair belə deyibdir:Seyyum Sədi ke, ta dəm zəd zi Şiraz,
Başqa şairlərin şeirləri
Maymaq uşaq əzəl başdan bəllənər,Ev sirrini qonşulara qandırar,
خاقانی هر شبت شبستان نرسدتو مفلسی این نعمتت آسان نرسد
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Müəmmayi-kainatDəhrdə, bilməm nədir, qanla içənlər şanlıdır?Caniyə imdad edən sərvətlidir, samanlıdır!