Çölün düzündə
Səhifə 6 / 6 · 83%
– Suyu camaat üçün gətirmisiniz. Bidonları yerə düşürün. Bu da üç!.. – Niyazov yalnız indi məmnun bir təbəssümlə güldü və adamların maşına sarı axışdığını görüncə, əlini yuxarı qaldırdı. – Vətəndaşlar, səbir eləyin, hamınıza su çatar. Nizam-intizamı pozmamaq üçün növbəyə düzülün!
Lakin adamlar nə bu sözü eşitdilər, nə də növbəyə düzüldülər. Bir dəqiqənin içində yük maşınını üzük qaşı kimi dövrəyə alıb, bidonları yerə düşürdülər. Stəkanlar, fincanlar, dəmir və alümin dolçalar əldən-ələ keçməyə başladı. Mən həqiqi mənada yalnız indi anladım ki, insanın müvazinətini pozmaq üçün ən güclü bir vasitə var: susuzluq!.. Əgər mən özüm susuzluğun bütün dəhşətini duymasaydım, bir-birini itələyib yıxan, tapdalayan, dartışdırıb sıradan çıxardan, bir-birinin əlindən fincan və dolça qapmaq üçün çılğınlaşan, hörmət və nəzakət məfhumlarını ayaqlar altına salan insanları görərkən tərəddüdsüz, uca səslə deyərdim: “Kamran haqsızdır. İnsan nə zəif məxluqdur, nə də mənim düşündüyüm kimi zərif məxluqdur, insan yırtıcı məxluqdur!.. “Lakin bu basabas, bu hay-haray on dəqiqə belə çəkmədi. Su, doğrudan da hamıya çatdı, hələ iki bidon da artıq qaldı. Düşərgə birdən süst düşdü. Qolu sərpənlər, yançağı əzilənlər, ayağının qabarı tapdalananlar, pencəyinin ətəyi, köynəyinin qolu cırılanlar belə, çox keçmədən, danışıb-gülür, zarafatlaşır, sanki bir azca əvvəl tutduqlarına peşman olub, bir-birinə can deyib can eşidirdilər. Onlara baxdıqca mən istər-istəməz düşünürdüm: “Hər halda insan mehriban məxluqdur!”.
Düşərgə üzərinə qəribə bir axşam enirdi, çölün düzündən yavaş-yavaş bizə sarı addımlayıb gələn qüssəli və yorğun bir axşam. Bayaqkı ürək yanğımı unutdurmaq üçün havaya yüngül sərinlik gətirən, səhra otlarının və çiçəklərinin məstedici rahiyəsini bütün bədəninə hopdurmuş nəvazişkar, bakir cənub axşamı...
İlk çadır quruldu. Mən yorğundum. Yuxum gəlirdi. Yalnız bircə saat yata bilsəydim... O biri çadırı da qurdular. Ürəyimdən daş kimi ağır bir yük asılmışdı. Elə bil yer məni çəkib qoynuna almaq istəyirdi. Üçüncü çadırı da qurdular. Bəlkə mən bunları artıq röyada görürdüm?
Sədi Kamalın səsini eşitdim:
– Ay bacı, gedin, gedin, uzanın. Birinci çadırı qadınlara verirlər. Niyə dinmirsiniz? Yoxsa ayaq üstündə yatmısınız? Mənim də başıma gəlib... yuxu dünyanın ən böyük nemətdir. Bacı, ay bacı...
Sonra Sədi Kamalın nə səsini eşitdim, nə də özünü gördüm...
Yuxudan oyananda, artıq səhər idi. Aha, xatırladım, xatırladım. Məni Sədi Kamal qollarının üstündə üsulluca götürüb çadırın altında yerə uzatmışdı. Balaca uşaqları da bax beləcə üsulluca qucaqlayıb, yuxulu-yuxulu apardıqları zaman, onlar heç nədən xəbər tutmurlar, şirin yuxudan oyanmırlar. Ancaq mən onlardan bir az fərqlənirdim: hara isə aparıldığımı duyurdum. Ürəyimdə Sədi Kamala “sağ ol” deyib təşəkkür eləyirdim. Başımın altında bağlamamı gördüm. Yəqin bunu da Sədi Kamal gətirmişdi. “Kişidən yaman ayıb olub” deyə düşünürdüm.
Çadırda uzanmış qadınları aydın görürdüm. Hamısı on iki nəfərdi. Mən baş tərəfdə idim. Dünən savaşdığım qadını böyrümdə gördüm, doğrudan da nə yaman şişmandı. İkiqat buxarı vardı. Ağ-çəhrayı yanaqları işıldayırdı, nəfəs aldıqca yoğun, piyli qarnı enib-qalxırdı. Kök arvadın xoruldamağı nə dəhşət olurmuş...
Səhərdi, amma hələ gün doğmamışdı. Çadırın balaca qapısından görünən bir parça səma tərtəmizdi. Qadın isə xoruldayırdı. Bundan sonra istəsəm də, yata bilməzdim. Xorultu beynimə işləyirdi...
Cəld qalxıb eşiyə çıxdım, çadırdan xeyli aralandım. Ancaq yenə də qadının xorultusunu eşidirdim. Elə bil kim isə onu boğurdu... Bir az da uzaqlaşdım. Yox, onun xorultusu sanki mənim acığıma daha da bərkiyirdi. Çadırlara baxdım. Hamısı on iki dənə idi. Planla tikilmiş evlər kimi nizamla cərgəyə düzülmüşdü. Düşərgəmiz hərbi qəsəbəyə bənzəyirdi...
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-colun-duzunde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Deyilənə görə XIX əsrdə Azərbaycan ədəbiyyatı meydanına yüzdən artıq “şair” gəlmişdir. Bunların da çoxusu tamamilə unudulmuşdur. Bunda xalqı taqsırlandırmaq olarmı? Yox. Müqəssir yalnız şairlərin özüdür. Xalqımız gözəl şairlərini sevməyi bacarır. Buna bir neçə misal da göstərə bilərik. Budur, dindarların, molla və axundların tələbi ilə böyük bir insan, dərin bir filosof, gözəl bir şair işgəncə ilə öldürüldü. Onu ölümlə xatirələrdən silmək istədilər, lakin xalq, avamlıq dünyasının qatı qaranlığı içində parlayan bu məşəli sönməyə qoymadı, bəlkə, tərsinə, onu günəş kimi daha da yüksəklərə qaldırdı, onun nurunu içdi, *lakin yenə də yuxulu gözlərini aça bilmədi, yalnız aşıqların qəmli səsi* ilə uzun əsrlər boyu dərdli-dərdli inlədi:Nəsimini dabanından soydular!..
Böyük aşıqAzərbaycan aşıqları içərisində ən görkəmli yeri Göyçə mahalının xalq aşıqı Ələsgər tutur. Bir əsrdən artıq yaşamış bu böyük aşıq, elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu gün biz onu Vaqif, Vidadi kimi şairlərimizlə yanaşı tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə olduqca fəxri bir yer versək, məktəblərimizin ədəbiyyat dərsi proqramlarına belə salsaq heç yanılmarıq. Çünki Aşıq Ələsgərin qoşmaları, təcnisləri, dodaqdəyməzləri, həcvləri yüksək mündəricə ilə yanaşı ən zəngin şeir formalarını da qavrayır. Aşıq Ələsgər böyük bir talantdır. Heç də təsadüfi deyildir ki, bu günkü aşıqlarının çoxu onu öz müəllimi hesab edir.Ələsgər şüurlu olaraq öz yaradıcılığı qarşısında müəyyən vəzifələr qoyur. Dünya filosoflarının estetik görüşlərindən tamamilə xəbərsiz olan bu böyük sənətkarın özünə məxsus müəyyən ədəbi kodeksləri də vardır. Görün o, aşıqdan nə tələb edir:
M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlərDeni Didro “Dramatik poeziya haqqında”kı kitabında yazır: “Əsər barəsində düzgün mühakimə yürütmək üçün onu başqa əsərlərlə müqayisə etmək lazım deyildir”.Bu fikir müəyyən dərəcədə doğrudur. Müəyyən dərəcədə deyirik, çünki bəzən yerli müqayisə xeyir verə bilər. Lakin Didro bu fikri söylərkən bitkin sənət əsərlərini nəzərdə tutur. Xüsusən dramlardan bəhs edildiyi zaman, müqayisə, tədqiqatçıdan böyük risq tələb edir.
Dahi sənətkarI**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.
Başqa şairlərin şeirləri
Əyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Dizlərim əyilsəÖmrün bahar çağı tufanda keçdi,Nə bir yol tövşüdüm, nə dizim əsdi.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,