Səadət və məhəbbət müğənnisi
Səhifə 2 / 5 · 20%
Əlbət ki, şairin bu qəhrəmanı ilə özü arasında böyük bir yaxınlıq vardır. Çünki, xain vəzirin cəzaya məhkum etdiyi bu adamı da ölkənin və xalqın taleyi düşündürür... Onun sadə və hikmətli sözlərində məmləkətə və zəhmətkeşlərə səadət gətirməyə çalışan bir insan surəti canlanmaqdadır.
Şübhə yoxdur ki, bütün bunları Nizami, dastanında təsadüfi olaraq göstərmir. Burada artıq son dərəcə həyati hadisələrin təsvir edildiyi aydındır. Romantik dastanlar müəllifi Nizami, məhəbbət romanının səhifələrində də öz böyük ideallarına sadiq qalır və həyatın aşağı mərtəbələrinə enib, özünün sehrkar çırağı ilə bu həyatın qaranlıq bucaqlarını işıqlandırıb bizə göstərir. Burada cinayət həddən aşmışdır. Xalq zülm və işgəncədən cana doymuşdur. Fikirlər və düşüncələr belə buxovlanmışdır. Nizaminin tarix adilə təsvir etdiyi lövhələrdə məhz yaşadığı cəmiyyətə və bu cəmiyyətdəki saysız-hesabsız ədalətsizliyə qarşı çıxdığı dərhal aydın olur. Bizim tanıdığımız Nizami müasirlərindən Xaqaninin, Fələkinin və Beylaqaninin başına gələn fəlakətlərlə “Yeddi gözəl”dəki məzlumların taleyi bir-birinə nə qədər bənzəyir!..
Nizami, xalq səadətinin yollarını aradığı zaman xam xəyala qapılmayır. O, varlığın islahını zəruri saydığı zaman, əsərlərində bütün dəhşətilə təcəssüm etdirdiyi həyat şəraitinin dözülməz olduğunu da göstərməyi özünə borc bilir. Buradan çıxarılan əsas nəticə belədir ki, dahi şair, arzuladığı səadəti yalnız adil hökmdardan gözləmir; xalqın özündən və onun intellektual qüvvələrindən gözləyir. “Yeddi gözəl” dastanının qəhrəmanı Bəhram şah, Nizaminin nəzərində xalqa səadət gətirən bir hökmdardır. Böyük şair bu surəti yaradarkən, şübhəsiz ki, tarixi həqiqətdən artıq öz idealını ifadə etmişdir. Burada müdhiş maddi ehtiyaca məruz qalan xalqın vəziyyətini real boyalarla rəsm edərək, bu vəziyyəti aradan qaldırmağa qadir olan bir şah surəti yaratmışdır.
Bir il getdi bütün əməklər bada
Qəhətlik başladı geniş dünyada.
Qıtlıq yeyintinin yolunu kəsdi,
İnsan ot otladı, titrədi, əsdi.
Dünya bu qıtlıqdan bezikdi, gərçək,
Göhər qiymətinə satıldı çörək.
Bəhrama verdilər bu haldan xəbər
Ki, qıtlıq keçirir cahan sərasər.
Aclıqdan kəsilib vəhşi canavar,
Gah adam yeyirdi, gah leş insanlar.
Dənin qiymətindən olunca agah,
Ambarı açmağa fərman verdi şah,
Harda zəxirə var şah xəbər tutub.
Hakimlər adına göndərdi məktub.
– Yığılsın bir yerə əmin adamlar,
Açılsın anbarlar, dən dolu damlar.
Varlılarla həmən razılıq olsun
Yoxsulluğun torbası havayı dolsun.
Dəndən ödəyəndə o pay alanlar,
Tökülsün quşlara yerdə qalanlar.
Acından ölməsin dövrümdə bir fərd!
Şübhəsiz, Nizami, hökmdarların təsvirini verdiyi zaman xalqın və xüsusən onun yoxsul təbəqələrinin taleyini düşünür. Ağır həyat səhnələri “Yeddi gözəl”də tez-tez təsvir olunur. Bu onu göstərir ki, şairin yüksək poeziyası təkcə maraqlı sərgüzəştlərin təsvirini deyil, eyni zamanda cəmiyyətin maddi və iqtisadi həyatının da canlı lövhələrini vermişdir. Maraqlı hekayə söyləmək şair üçün əsas məqsəd olmamışdır.
Bu isə Nizaminin dərin ictimai məzmunu şeir üçün əsas məsələ saydığını göstərir və xalq kütlələrinin taleyi ilə nə qədər yaxından maraqlandığını sübut edir.
III
Nizaminin məhəbbət fəlsəfəsi də, onun insan haqqındakı ümumi fəlsəfi görüşlərilə üzvi surətdə bağlıdır. Çox az sənətkar insan şəxsiyyətinin Nizami qədər yüksəldə bilmişdir. Ondakı humanizm qayələri şerinin əsl fikri-bədii qüvvətini təşkil edir. Buradakı romantika gözəl həyat haqqındakı böyük xəyalların ifadəsidir. Bu cür romantiklərə Karl Marksın nə qədər hüsn-rəğbət bəslədiyi bizə məlumdur. Bu məsələdən bəhs edərkən Lunaçarski göstərirdi ki, “Marksın Esxilə bəslədiyi böyük hüsn-rəğbət son dərəcə səciyyəvidir. Halbuki, Esxil (bütün əsərlərində olmasa da) haman belə bir romantik idi. Esxil “Prometey” əsərində göstərmək istəyirdi ki, aristokratiyanın, aristokrat moralının ən böyük düşmənləri, ən nəhayət onun qarşısında diz çökməlidirlər. Lakin o, aristokratiya düşmənlərinin ilk baxışda nəzərə çarpan aciz, zavallı bir düşmən deyil. Bəlkə yüksək mənəvi qüvvəyə malik, böyük bir düşmən olduğunu göstərmək istəyirdi. Hücuma keçən demokratiya ona təhlükəli görünürdü; o, həmin insanların psixologiyasına girmək istəyir; bütün varlığı ilə protest edən, yeni idrak, mərhəmət və hətta texnika anlayışlarını köhnə əsaslara qarşı qoyan Prometeyi bütün varlığı ilə yaratmağa çalışmışdı. Buna görə də Esxil tragediyanın birinci hissəsində Prometeyi çox gözəl əks etdirmişdir. Həyatda belə böyük texnik, atəş ixtiraçısı olan bir adam, öz sinfinə dərin sevgi bəsləyən və baş əyməyən üsyankar-fədakar bir qəhrəman yox idi, fəqət Esxil öz zamanının böyük adamlarında təsadüf edə bildiyi nişanələri toplamış, Prometey surətində, xəyali, mövcud olmayan bir fiqurda birləşdirmişdi”.
Nizaminin romantikası heç bir zaman hakim aristokratiyanın əxlaq prinsiplərini demokratiyanın hücumuna qarşı qoymaq əsasında yüksəlməmişdir. Burada o, Esxildən də, qədim dünyanın başqa sənətkarlarından da tamam fərqlənir. Əksinə, Nizami yaradıcılığı, ən fədakar qəhrəmanı xalqdan, xalqın aşağı təbəqələrindən almaqla və bu qəhrəmanları romantikləşdirməklə xarakterizə oluna bilər. Nizaminin Fərhadı buna ən parlaq bir misaldır. Ümumiyyətlə, o, insanın daxili saflığına. Sədaqətinə və mərdliyinə xüsusi diqqət yetirir.
Nizami əsl böyük məhəbbəti və əsl böyük sədaqəti kimdə tapır?
Bu nöqteyi-nəzərdən “Xosrov və Şirin” dastanı olduqca maraqlıdır.
Xosrov kimdir və o Nizaminin idealıdırmı?
Nizaminin “Leyli və Məcnun” əsəri müstəsna olmaq şərtilə, bütün poemalarında hökmdar surəti yaradılmışdır. Bunların bəzisi (Ənuşirəvan) ədalətsizlik simvolu kimi verildiyi halda, bəzisi nümunəvi padşah kimi təsvir olunmuşdur. İskəndəri və Bəhram Guru bu sonuncular sırasına daxil etmək mümkündür.
Xosrov bir sıra ciddi xüsusiyyətlərilə Nizaminin o biri hökmdar surətlərindən fərqlənir. İskəndərin bədii inkişafında müstəqimlik nəzərimizi cəlb edirsə, Xosrov inkişafında tamamilə onun əksinə olaraq mürəkkəblik vardır. Xosrov son dərəcə çətin bir psixoloji inkişaf yolu keçir. Bu inkişafın səbəbləri müəllif tərəfindən fövqəladə bir məharətlə əks edilmişdir. Burada Nizaminin böyük realizmi bütün əzəmətilə təzahür etmişdir.
Məhəbbət, Xosrovun fikri-psixoloji təkamülündə ən əsas amillərdən biridir.
O, Şirini sevir. Lakin Şirin onu daha odlu bir məhəbbətlə sevir. Romanın süjet xəttini istiqamətləndirən bu məhəbbət. Get-gedə böyük ictimai məsələlərlə bağlanır.
Şirin, Xosrovun yalvarışlarına verdiyin cavabda belə deyir:
“ – Əvvəlcə işlərini düzəlt, sonra eşq həvəsinə düş. Hər bir xəzinəni ancaq səbrlə ələ gətirmək olar. Hər bir arzuya səbrlə çatmaq olar... Qızğın hərəkət etməklə ağıllı adamın işi yaxşılaşmaz. Bilirsən ki, keçi qaçmaqla kökəlməz. Sən indi öz taxtından uzaqsan, sözünə qulaq asıb sənə qoşulsam, sən bundan bir fayda görməzsən. Mən həmişəlik səninlə dost olmaq fikrindəyəmsə, çətin işlərdə sənin köməkçin olmalıyam. Sən öz padşahlığını ələ gətir. Tale sənə yardım etsə, mən də səninkiyəm. Başın mənlə keyf çəkməyə qızışsa, qorxuram padşahlıq əlindən çıxa...”.
Göründüyü kimi, taxt-tacdan məhrum olmuş Xosrova Şirin çox ağıllı məsləhətlər verir. Bu zəkalı qız, özünün və gələcək ərinin şöhrəti üçün deyil, hökmdarlıq tacını oğurlamış Bəhram Çubindən zərər görmüş ölkənin səadəti üçün çalışır. Onun şəxsi ehtirası və məhəbbəti nə qədər qüvvətlidirsə də, ictimai şüuru da bir o qədər dərindir. Onun məhəbbət hisslərini cilovlayan bu şüur, Xosrovun doğru yola qayıtmasına çox kömək edir. O, Şirinin iradəsi qarşısında baş əyməyə məcbur olur:
“Mən artın getməliyəm. Qabağımı nə dəniz saxlaya bilər, nə od. Allah bilir ki, nə odda yanmaqdan qorxuram, nə də dənizdə islanmaqdan. Heç bir şey mənim yolumu kəsə bilməz. Yerin böyük dağlarını yerindən qoparacağam...”.
Lakin Xosrov bu sözləri deyib Ruma yola düşdükdən sonra eşqinə xəyanət edir. O, Rum hökmdarının qızı Məryəmi alır.
Bu xəyanət, Xosrovun pozğun təbiətinə tamamilə uyğundur. Onun məhəbbət haqqındakı anlayışı da yanlış və zərərlidir. Şirinin nəzərincə, böyük məhəbbət saf, ülvi və ali bir hissdir. Ona ləkə vurmaqla və ona xəyanət qarışdırmaqla Xosrov Şirinin daha amansız hücumlarına məruz qalır. Şirin Xosrovun elçisi Şapura belə deyir:
– O qaniçən, yolkəsən gör mənim başıma nə oyun açdı? Odu alışdırıb canıma çaldı. Mən burada qalmışam, o isə başqa bir yar ilə kef çəkir. Yeni bir məhəbbət bazarı açmışdır. Mənim üzüm daşdan da qayrılmış olsa, onun hərəkətlərini görərkən utandığından dağılıb-tökülər. Tutaq ki. mənə it kimi vəfalı olmağı öyrətmişlər, ancaq məni it südü ilə bəsləmişlər! Bacardığım qədər onun hiylələrini bir iti qovan kimi qapıdan qovacağam. Qovmasam, mən özüm itdən də əskiyəm...”
Böyük məhəbbət qəhrəmanlın tələb edir. Xosrov isə bu xüsusiyyətdən məhrumdur. Lakin Şirin, əksinə, böyük eşqin fədakar bir qəhrəmanıdır. Nizaminin ecazkar qüdrəti və əsrarəngiz sənəti, Şirin simasında, dünya ədəbiyyatından tanıdığımız məşhur qadın surətlərini kölgədə buraxan bir surət yaratmışdır. Şirinin zəngin hissiyyatı və kamalı doğrudan da hüdudsuzdur.
Şirin nəyin məhsuludur? Romantik şair xəyalınınmı, yoxsa qadın ürəyini asanlıqla oxumağı bacaran zəngin müşahidəli bir ruhiyyatçınınmı?
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-seadet-ve-mehebbet-mugennisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?
Yeraltı çaylar dənizə axırBirinci hissə**Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:
Ağır xəbərMən o gün mətbəxdə idim. Xörək hazırlayırdım. Birdən qapının zəngi çalındı. Bu vaxt gələn kim ola bilərdi? Kamranın işdən, qızlarımın da məktəbdən qayıtmağına hələ çox qalmışdı. Düşündüm ki, indi olsa-olsa Gülnisa gələr. O, qan təzyiqinin çoxluğu nəticəsində parez olub yorğan-döşəyə düşəndən sonra, düz il yarım yatmışdı. Həkimlər yalnız indi qalxmağa və gəzməyə icazə vermişdilər. O, bəzən mənim, bəzən də qonşu arvadlardan birinin köməyi ilə dəniz qırağına çıxır, bir neçə saata açıq havada oturub, yorulanda evə qayıdırdı, mənim işə getmədiyimi biləndə, adətən bizə dəyirdi.Mən qapıya yanaşdım.
İlk zərbəMən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.
Başqa şairlərin şeirləri
Gecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Ey dil, həzar şükr, xəbər gəldi yardənEy dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
CavabEy Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,