A zalım!
Ağ kağız kimidir qız, mərmər sinən,Sən məgər dağlarda qarsan, a zalım?Nə bir uf demərəm, nə də bir aman,Xəncərlə bağrımı yarsan, a zalım!
Sənsən aşiqlərin fikri, xəyalı,Gecələr mat qoyur hüsnün hilalı.Olmaz sevənlərin dərdi, məlalı;Sən ki, bu hüsnilə varsan, a zalım!
Ay ellər gözəli alagöz pəri!Şairin dilinin sənsən əzbəri.Hüsnünü vəsf edir havaxdan bəriSən məgər Rahimə yarsan, a zalım?
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-a-zalim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Barilahi, bu dəhri-fənadaNə olurdu bir həvadarım olaydı.
GetdilərQasid gəldi yardan xəbər gətirdi,Necə çəkim ol fərağı, getdilər.
Əyər-əyərÇən gəlsə dağlara yellər əsdirər,Qış da çətin gəlsə dal əyər-əyər.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.