Ağac çox gözəl bir şeydir. Ələlxüsus yayın istisində ağacın kölgəsi gözəl nemətlərin biridir. Məsələn: Gəncə, Tiflisdə Müştəhid bağı (canımsan a Bakı!).

Amma Şuşa qalası, doğrudur, yay fəslində bimisl bir yerdir. Amma hayıf ki, indiyə kimi ağacı yox idi. Çünki şəhər dağın təpəsində düşüb və bu nainsaf su bilmirəm niyə aşağıdan yuxarı getmir. Onun üçün də Şuşa qalasında indiyə kimi küçələrin heç birində nə arx, nə kölgə verən ağac olmazdı.

Amma indi Allaha şükür komunxoz müdirinin çalışmağı nəticəsində bu üzümüzə gələn il Şuşa şəhərinə hər kəsin yolu düşsə, orada gözəl xiyabanlar, uca-uca kölgəli ağaclar görəcək. Çünki müdir cənabları hökm edib hər dükanın və hər evin qabağında bir ağac əkilsin. Hər kəs əkməsə, yüz manat qızıl pul cəriməsidir. Hərçənd tənbəl Şuşa qalalılar atılıb-düşdülər ki, axı susuz yerdə ağac əkilsə də faydası yoxdur. Çünki quruyub, odun olacaq. Amma hökm öz yerində və öz gücündə qalıb və niyə də qalmasın və qalmağının nə ziyanı. Əgər ağac əkilər, heç olmasa quruyub odun da olsa yenə qışda lazım olar. Əkilməsə də hər ağaca yüz manat – gör hara vuracaq. Şuşa qalasının yan hissəsini tikmək olar. Hər hal, pulun heç bir şeyə ziyanı yoxdur. Onda da qızıl pul ola. Onsuz da hər bir kəsin cibi doludur qızıl pulnan. Qoy beş-on çuval da Şuşa komunxozuna yetişsin. Heç eybi yoxdur.

İmza

İdarədən:

Biz buna təəccüb edirik ki, ağaclar susuz qalmaq ilə nə səbəbə qurusunlar. Bir surətdə ki, qala camaatı il uzunu susuz qalır. Bəs, niyə qurumur? Qoy dul arvadlar dallarında suqabı üç verst yol gedib ətrafdakı bulaqlardan bir az artıq su daşısınlar.

“Cırcırama”

“Molla Nəsrəddin”, 21 aprel 1923, №21, səh. 4

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xəstəxanaya

Dağıstan mətbuatında bu axır vaxtlarda bir qəribə əhvalat üz vermişdir ki, onu biz də məcmuəmizdə qeyd etmək istəyirik.Necəki oxucularımıza məlumdur. Dağıstanda bir neçə ay bundan qabaq ərəb dilində “Bəyan ül həqayiq” adında bir məcmuə çıxmağa başlamışdır. Məcmuəni çıxardan altı nəfər Dağıstan üləmasıdır. Şüar və məsləkləri dünyanın mömin bəndələrini pak olan İslam dininə hidayət etməkdir. Keçən nömrələrimizdə bu barədə yazılmışdı. Ona görə mətləbə keçirik.

2 dəq
Kifayət deyil

O idarə qulluqçuları ki, eydi-mübarəki-rəməzanda qulluqdan azad olub, bütün gün gəzməklərinə getdilər, yainki səhərdən axşama kimi evlərində yatdılar, onlar güman etməsinlər ki, onların boynunda dəxi başqa bir təklif yoxdur.Eydi-şərifi-rəməzanda məktəblərdən, nəşriyyat idarələrindən, maarif müəssisələrindən azad olub tətilə qalmış və bayram şəraitini əmələ gətirməmiş müsəlman və müslimələr şəriət sahibinin yanında müşğüzümmə ola bilərlər.

1 dəq
Ammalar

Bu saat bir çox yerlərdən xəbər gəlir və bunların da görürsən biri “Amma”ilə qoyur, biri “Lakin” ilə qurtarır. Biri “fəqət” ilə qurtarır, biri “ancaq” ilə qurtarır və habelə. Bunlar bizim yazımızda olmasaydı, işlərimiz çox əla surətdə keçərdi.Hər gün qəzalarımızdan bir xoş xəbər eşidirsən. Amma axırda görürsən ki, bu xoş xəbərin quyruğunda ya bir “Amma” var, ya “Fəqət” və ya yuxarıda yazdıqlarımızdan biri.

2 dəq
Təlimi-doxtəran

Pəhləvidə çıxan “Nisvani-Şərq” ruznaməsi iyirmi səkkiz rəməzanda yeddinci nömrəli nüsxəsində yuxarıdakı mövzua dair bir məqalə başlayıbdır.Bunu mən başdan axıradək artıq maraqla oxudum; çunki Pəhləvi kimi bir müqəddəs şəhərdə qızların tərbiyəsi barəsində, aya, görəsən, nə kimi təzə bir söz danışmaq olar?

2 dəq

Başqa şairlərin şeirləri · Satira