Axır çərşənbə
İki həftə bundan qabaq gördüm ki, çərşənbə axşamı müsəlman məhəlləsində həyətlərdə və damların üstündə saqqallı kişilər küçə uşaqları ilə birlikdə tonqal qurub, od yandırırlar və alovun üstündən o tərəf
– bu tərəfə tullanıb deyirlər:
“Ağırlığım-uğurluğum bu odun üstə tökülsün!”.
Bu belə keçdi.
Bir həftədən sonra gördüm ki, haman saqqallı kişilər və haman küçə uşaqları həmin işə məşğuldurlar; yəni od yandırıb, üstündən tullanırlar və həmin sözləri deyirlər.
Öz-özümə bu fikirdə idim ki, bu günlərdə mübarək Şirazda təb olunmuş ağayi-Mirzə Əhməd münəccimbaşının (başını piyləyim) təqvimi əlimə düşdü, açdım və gördüm ki, üzümüzə gələn təzə ilin barəsində ağayi-münəccimbaşı belə yazır:
“Təhvili-şəms bebürci-həməl ruzi-çaharşənbə pəncümi-şəbanül-müəzzəm 22 dəqiqə və 39 saniyə əz ruz güzəştə ki, onra türki “ud il” guyənd və be ərəbi, “bəqər” və befarsi “gav” guyənd”.
Hə, burada barmağımı dişlədim: bu il – öküz üstə təhvil olur; yəni bu il – ağır olacaq. Müsəlmanları öküz ağırlığı qədərində kəsalət basacaq. Bəs, nə eləmək? – Axır çərşənbə axşamı damların üstündə od yandırmaq və üstündən tullanmaq ki, bu ağırlıq, bu kəsalət rədd olsun getsin.
Bunu mən bilirdim; bilirdim ki, islam aləmində il axır çərşənbə olub və həmişə çərşənbə axşamları damların üstündə od yandırıblar ki, təhvil nühusətindən nicat tapalar; ancaq sözüm burasındadır ki, qədimül-əyyamdan mən bircə “il axır çərşənbəsi” eşitmişdim. Bəs, bu nədir? Bunun adı tərəqqidir.
Qardaş, dəxi çox danışma! Dəxi demə ki, tərəqqi eləmirik. Tərəqqi o deyil ki, bikar-bikar balaca müsəlman qızları kitabçalarını qoltuqlarına vurub küçə dolusu mədrəsələrə gedib dərs oxuyurlar. Ancaq biz onu görürük ki, qədimül-əyyamdan tək bircə dənə “il axır çərşənbəsi” tərəqqi edə-edə qabaqlarda iki oldu, sonralar üç-dörd və indi artdı altı oldu.
Kim nə bilir, bəlkə həmin çərşənbə odu hər gün və hər gecə yanmalıydı ki, onun alovunun içində həmin təhvil öküzünün kəsaləti yanıb puç olsun və həmin ağayi-münəccimbaşının təqvimi yanıb şölələnsin, ta ki, mömin müsəlman qardaşların puç beyinləri Şərqin müzəxrəf münəccimbazlığından xilas olub bir dəqiqə nəfəs çəkə bilə!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 7 mart 1925, №10
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-axir-cersenbe
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İki il bundan qabaq Pirsaqqız kəndinə, Həsənbəygilə qonaq getmişdim. Yazın axır ayı idi. Havalar gözəl keçirdi, tez-tez yağış yağırdı və göy ot dizdən yuxarı qalxmışdı. Taxıllar da çox yaxşı idi. Və hamısından da xoşbəxtlik bu idi ki, Pirsaqqız kəndinin ətrafında çəyirtkə görsənmirdi.Amma, – necə ki məlumdur, – əkinçi həmişə başıbəlalı olur və az-az ittifaq düşür ki, onun əkin-tikininə bir yandan bir afət və bir bəla toxunmaya.
Şeir bülbülləriƏvət, əvət, o qadın iştə bak nasıl bakıyor,*Əvət, əvət, o qadın iştə bak nasıl sakıyor.*
Qəza müxbiriHekayəni başlamazdan əvvəl bunu demək lazımdır ki, bizim qəzetçilikdə bir mühüm məsələ var ki, o məsələyə indiyə kimi, necə ki, lazımdır, diqqət verilməyibdir və qaydaya qoyulmayıbdır.O məsələ də qəza müxbiri məsələsidir. Necə ki, məlumdur, bir də görürsən, uzaq qəzaların birindən bir nəfər cavan qəzet idarəsinə yazır ki, “Mən filankəsəm, filan yerdə yaşayıram, filan qədər savadım var, o filan yoldaşlar da məni tanıyır”. Bu qədərcik məlumatla kifayətlənib qəzet idarəsi həmən cavana müxbirlik vəsiqəsi göndərəcək və bundan sonra təzə müxbirimizdən gələn məktub və məqalələr “daşdan keçəcək”; ağına-bozuna baxılmayıb çapa veriləcək. Axırda məlum olacaq o cavanın yazıçılığa heç bir ləyaqəti yox imiş; özünü bu dona salmaqdan onun məqsədi bir para qonşuları ilə hesablaşmaq imiş. Onu bu yola vadar edən onun qərəzi-şəxsisi imiş. Nəticədə ortalığa elə bir böhtan atılır ki, qəzet idarəsi üçün böyük bir məyusluq və peşmanlıq üz verir.
Oğru inəkAtı atın yanına bağlasalar, ya halını götürər, ya xasiyyətini.*Atalar sözü*
Başqa şairlərin şeirləri · Satira
Cənnətdəki huriləri, qılmanları Allah, –Qovdum, – deyə bir vəhylə etsə səni ifham,
Yad adamDəniz kənarına çıxdım dünən, gülürdü bahar,Nəfəs alırdı dərindən gözəl Xəzər, bulvar.
Odessa xəyalatıGündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.
İranlı dedi – bildimİranlıların mən hamın həmmal sanıram,Tacirlərə bir kan imiş Iran, nə bilim mən.