Mən yazılarımı indiyə kimi “dinsizlik” ünvanı altında yazırdım. Amma indi görürsünüz ki, dinsizliyi tullayıb dindarlıq moizəsi eləyirəm. Demək, istiğfar eləyirəm; demək, ağ ləkə qara ləkəni basır.


Bu peşimançılığa, əlbəttə, bir səbəb var: heç bir nəticə yoxdur ki, onun səbəbi olmasın, heç bir axır yoxdur ki, onun ibtidaisi olmasın. Dinsizlikdən bari-pərvərdigarın tərəfinə qayıdıb gəlməyimin səbəbi budur ki, aşağıda ərz eləyirəm. Səbəbi də yəni heç örtülü deyil, çox açıqdır.

Mən baxıb gördüm ki, məndən çox artıq oxumuş adamlar dinə, cənnət və cəhənnəmə heç bir zərrə qədər etibar eləmirlər, oruc tutmurlar, namaz qılmırlar, şaxsey getmirlər, baş yarmırlar. Hələ bunlar səhldi. Mən görürdüm ki, dəxi mollaların hörməti götürülür; görürdüm ki, qazi və şeyxül-islamların varlığına ehtiyac qalmır; görürdüm ki, böyük-böyük xaçpərəst xəlifələrini camaat öz içindən çıxarıb, kilsələri təlimxanaya, yetimxanaya döndərirlər. Hətta, dinlər vətəni hesab olunan islam aləmində də peyğəmbərin xəlifəsini İstambuldan çıxardırlar.

Əlbəttə, bu halda məndə dinsizlik bir təbii nəticə idi.

Dəxi nə dinbazlıqdır?..


Amma bu axır günlərdə mənim etiqadıma böyük bir rəxnə toxundu. Buna da bais Tiflisdən mənə qəzetlər vasitəsilə yetişən bir xəbər oldu ki, guya Tiflisdə vaqe olan Şura Cümhuriyyətləri İttifaqının qurultayına böyük bir xaçpərəst katalikosu tərəfindən təbrik teleqramı gəlib və bu xəbər “Bakinski raboçi” qəzetində iri hərflərlə çap olunmuşdu. Bunu oxuyandan sonra burada öz-özümə fikrə getdim: xub, bir gün bir xəbər gəlir ki, bir xəlifəni taxtdan salıblar, indi də xəbər gəlir ki, xəlifə özü təbrik teleqramı göndərir. Və hamı da etiqad edib ki, xəlifə doğrudan da bolşevik “tərəfdarıdır”.

Bu xəbəri eşidən kimi dinsizliyi tamamilə boşladım. Bildim ki, dünyada dinin olması da hərdən bir lazım olur. Amma hələlik qəlbimdə yenə bir şübhə var. Çünki hələ bu xəlifənin itaətində olan minlərcə kilsələrdən birisi də olsa, yetimxanaya və məktəbə təbdil olunmamışdır. Hərgah bunlar da vücuda gəlsə, mən lap dinçi olacağam və xəlifəyə də təqlid eləyəcəyəm. Qoy müsəlman müctəhidləri nə deyəcək desin.

Dəli

“Molla Nəsrəddin”, 14 mart 1925, №11

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qurbanəli bəy

Mirzə Allah sənə rəhmət eləsin!**Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür.

28 dəq
Saqqallı uşaq

Bu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm ki, bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürnən də, təbaşirnən də yazır. Hələ sən kömürü və təbaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir.Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu; ondan ötrü ki, həylə sən yaxşı uşaqdan və könlün məşq eləmək istəyir, götür kağızı, qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz.

19262 dəq
Xanın təsbehi

Bakı ilə Tiflisin arasında dəmir yolunun Yevlax stansiyasından şosse yolu gedir Bərdəyə, sonra Ağdama, buradan baş yuxarı gedir Şuşa qalası şəhərinə. Ağdamdan sol tərəfə şosse yolu gedir çıxır Qarabulağ şəhərinə, buradan Cəbrayıla, Cəbrayıldan yol gedib çıxır Araz qırağına.Məşhur Xudafərin körpüsü həmin buradadır.

7 dəq
Azərbaycan

Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı – inna lillahi və inna ileyhi raciun, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur.Qur’an ayəsindəndir: “Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun gərgahına] qayıdacağıq” (Qur’an, “Bəqərə” surəsi: 156) . Bunuyla bərabər, yəni “bavücude inki” hər söz danışıldı, hər mətləbə əl vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bunuyla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyizəhləmi aparır – haman söz Azərbaycan Vətənimin üstündədir. Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:

19173 dəq

Başqa şairlərin şeirləri · Satira