Dinc qulağım, yaxud yeddi il
Deyirlər bu gün Şura Azərbaycanının yeddinci ilidir.
Mən bir fağır mollayam və siyasətnən-zadnan da o qədər də işim yoxdur və bu cür işlərdən o qədər də başım çıxmaz. Ancaq bu yeddi ili götürəndə və bu yeddi ildən qabaqkı illəri götürəndə, mənim zehnimə bir şey gəlir.
Yadıma salıram keçmiş günləri və öz-özümə deyirəm: Bari pərvərdigara, dünyada nə yaman günlərə rast gəlmişəm və insanın canı necə bərk olarmış! Məsələn, götürək bu erməni-müsəlman davasını: nə evində rahatca çörək yeyə bilərdin, nə evində rahatca yata bilərdin! Elə istəyirdin ağzına bir dürmək çörək alasan, birdən eşidirdin: “part!”
– Ədə nə var? Bəli, xəbər gəlirdi ki, bir ağıllı müsəlman bir ermənini vurub öldürdü. İstəyirdin öz evində rahatca yıxılıb yatasan, birdən eşidirdin: “part!” – Ədə nə var? Xəbər gəlirdi ki, bir ağıllı erməni bir müsəlmanı vurub öldürdü.
Qəribə burasındadır ki, bu Şura hökumətindən qabaq o vədəki hökumətlər zahirdə nə əlac eləyirdilərsə, nəticədə bu şoğərib ədavət aralıqdan götürülmürdü və bu iki ağıllı millət bir-birini qırıb qurtarmaqda idi; və bir-birinin ev-eşiyini yandırıb tələf etməkdə idi. Ta ki, yeddi il bundan qabaq Şura hökuməti gəldi.
Mən bir fağır mollayam və çox-çox dərin mətləblərdən başım çıxmaz. Ancaq bu yeddi ili götürəndə və bu yeddi ilin qabaqkı əsrlərini götürəndə ortalığa zəminü asiman kimi təfavüt gəlib çıxır. Belə ki, qabaqlarda iki qonşu bir-birinin canına düşüb vuruşurdu, amma indi ələlə verib bir yerdə çalışırlar.
Hansı yaxşıdır? O, ya bu?
Mən bir fağır mollayam və siyasətnən-zadnan da o qədər də işim yoxdur, ancaq mən öz oxucularıma bunu deyirəm:
Yaşasın elə bir hökumət ki, onun tərbiyəsi altında millətlərin birbirinə olan ədavətinin yerində onların məhəbbəti və mehribançılığı möhkəm bir yer tutdu!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 28 aprel 1927, №18
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-dinc-qulagim-yaxud-yeddi-il
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu əhvalat ki, aşağıda rəvayət olunur, şayəd köhnəlmiş və çeynənmiş məsələlər qəbilindən nəzərə gələ; zira nikah və talaq söhbətləri gah hekayələrdə, gah məqalələr vasitəsilə bizim türk mətbuatında dəfələrlə yazılıb, oxunub və eşidilibdir. Və lakin o əhvalat ki, mən onun barəsində söhbət açmaq istəyirəm, zənn edirəm az-az ittifaq düşsün və bəhər hal xeyli maraqlı və eşitməlidir; o dərəcəyə kimi ki, indi, Oktyabr inqilabının on illiyinin müqabilində belə bir hadisə xariqüladə və ağla sığışmayan bir “nağıl” hesab oluna gərək. Və lakin həqiqətdir və bu həqiqətin şahidi həqir özüdür.O şəhər ki, bu əhvalat orada vaqe olub, Araz çayına yavıq Azərbaycan şəhərlərinin biridir. Və necə ki, dindar İran torpağının qonşusu, bu şəhərin əhalisi də iman əhllərindən bir zərrə qədərincə geri qalan deyillər: demək olar ki, əhalinin küllisi Allah-taala təyin etdiyi ibadət və rəyazətində bərqərar, nəmazi-yomiyyə öz vaxtında; hətta nafilə namazları və sairə sünnəti namazlarını cabəca edən müqəddəs bir camaatdırlar. Habelə ramazan ayının şəraitini təfsilatla yerinə yetirmək, həcc və ziyarəti-şühəda və mahi-məhərrəmül-həramda Kərbəla müsibətini layiqincə yad etməkdə birinciliyi qazanan müsəlmandırlar.
YuxuHacı Mirzəli ağa vəfat etmişdi. Çün bizim ev adamına bir növ qohumluğu çatırdı, mərhumun dəfninə ta qəbr üstə kimi mən getməyə məcbur oldum və hətta axşam vaxtı sər-səlamətinə də getdim; mən özüm də getdim və ev adamımızı da apardım.Kişilər qabaq otağa yığışmışdılar və övrət də həyətə girəndən sonra məndən ayrıldı, getdi içəri otağa (qohumluğu cəhətdən oraya bələd idi).
QiyamətYaxud kəndli qadınlar*Bu ilki oktyabr ayı ola bilər ki, bir çoxları üçün bir şadlıq yadigarı hesab oluna, amma mən baxtıqaradan ötrü həmin oktyabr qəmgin bir ay oldu, o səbəbə ki, bu ayın ərzində saysız və hesabsız kəndli qadınlar bir yerə cəm oldular və üzü açıq, naməhrəm kişilərin içində nitq söyləməyə başladılar.
UcuzluqNaxçıvan şəhərindən bir nəfər yetim oğlan gəldi mənim yanıma və məndən iltimas elədi ki, Bakının flan texnikum məktəbinin müdiri flan… dan iltimas edim ki, onu yetim olmaq cəhətindən texnikum məktəbinə götürsün.Yetim çox xoşuma gəldi: on beş yaşında həmin oğlan dilənib dolanmaqla Naxçıvanın darülmüəlliminini bitirmişdi.
Başqa şairlərin şeirləri · Satira
Asudə mənəm ki, xər nədarəm,Əz abü ələf xəbər nədarəm.
Tap görəkBir küçəm var buxartanaQələndər-a-qələndər!
Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol!Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol,Məxluqu inandır;
Dükançının müştəri ilə hekayətiBu sirr komunxozdamı, baqqaldamı yoxsa?Ya inki dəmir yoldamı, ya maldamı yoxsa?