Ecazi-quran
“Nasux üm-təvarux” kitabının sahibi belə rəvayət edir ki, həzrəti – Rəsulun əli ilə bir rəvayətə görə üç min və bir rəvayətə görə bir min möcüzə zahir olubdur.
Bu min möcüzənin birincisi Qurandır. Belə ki, bu müqəddəs kitabın fəsahətinin müqabilində o əsrin cəmi füsəhası aciz qaldılar və öz əczlərini də iqrar və etiraf etdilər. Necəki Müslüm Quranının tək bircə kəlməsinin də misl və manəndini yarada bilmədi.
Bəli, fəxri-kainatımız nazil olan həmin Müshəfişərifin hər bir hərfi və bir sətri bəninövibəşər üçün dünya durduqca əbədülabad, həmişə və yenə həmişə Sirat ül-müstəqimə bir yeganə rəhnüma olacaqdır.
Müruri-dühur minəl-əzəl iləl-əbəd kitabi-müqəddəsin hər bir hökmü baği qalacaqdır.
Çün hər söhbət öz vaxtına çəkər. Burada sair məsailişəriyyəni qeyribir vaxta qoyub, məqaləmizi sövmdən (ayıb olmasın, bə istilahitürk) orucdan eləmək istəyirik.
Filhəqiqə, bu nə sirdir? Nədir bunun hikməti ki, min üç yüz illik müddətində milyonlarca camaati-müslimin min-min məşəqqətlə özlərinə növ-növ cövr-cəfa verməklə şərqin və cənubun uzun və odlu yay günlərində susuz qalmaqla, beləliklə, cansağlıqlarını gödəldə-gödəldə oruc tutublar və yenə indi tutmaqdadırlar.
Camaatimüsliminin həmin səfahəti müddəti mütəmadi bir çox qərb və şərq hükəmasının bu məsələyə tədqiq və təvəccöhünə səbəb olublar. Xah Amerika misyonerləri xah bəhayi mübəlliğələri bu möcüzənin əsrarının mənbə və mənşəyinə dəfələrlə diqqət yetirmək istəyiblər. Bunlar filhəqiqə bu vaxtadək bu sirri yenə kəşf edə bilməyiblər ki, aya, camaati-müsliminin hər bir sinifinin, hər bir təbəqəsinin, axundun, müəllimin, seyidin, baqqalın və hətta tərbxorun və oğrunun oruca bu dərəcədə müti, bu dərəcədə giriftar, bu dərəcədə bənd olmalarına səbəb nədir?
Bu suallara bu axır vaxtlarda bir növ sakitedici, bir növ məntiqli və sübutlu cavabı Hindistanın Kəlküttə şəhərində yaşayan, sabiq “Həblülmətin” qəzetəsi mühərrirlərindən məşhur ədib və filosof Feyzulla Əl- Ələvi Bombeydə təzə çap etdiyi risaləsində verir. Məzkur mühərrir belə yazır.
Yazır ki, be dürüsti ki, dünya durduqca İslam ümməti Siyamdan, yəni oruc tutmaqdan əl çəkməyəcək. Buna da səbəb Qurani-Şərifdən “Bəqərə” surəsindəki yüz on yeddinci möcüznüma ayəyi-şərifəsidir. Belə ki, həmin ayənin misdarınca: Tərcüməsi:
Yəni o günü ki, oruc tutdunuz, gecələr sizə halal olur.
Heç güman yoxdur ki, müsəlmanlar orucluqdan əl çəkələr. Səbəb budur ki, oruc tutmağın müsəlman qardaşa heç cəfası yoxdur. Əhyana, gündüzlər cəfası olsa da, gecələr səfası var və hədsiz səfası var...
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 2 mart 1928, №9
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-ecazi-quran
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gün, yəni martın səkkizinci günü beynəlxalq işçi qadınları günüdür. Digər tərəfdən də bu gün bütün islam aləmində rəmazan gecələri əhya ibadətləri əsnasında mömin müsəlman qadınlarının “Bikə, ya Allah” çağıran günüdür.Lakin bu heç bir-birini tutmadı: işçi qadın hara, əhya qadını hara?! Bu hal həmişəlik davam edə bilməyəcək; bu ola bilməyəcək ki, iki bacının biri dünya işinin dalınca getsin, o biri bacı gecələr şirin yuxunu özünə haram edib, axirətdə qılman axtarmaqla məşğul olsun.
Qız götürüb qaçmaqƏlacım budur ki, götürüb qaçmaq.Həmişə iyirmi səkkiz yaşlı bir boynuyoğunun bir balaca qıza gözü düşəndə öz-özünə belə qərara gəlibdir: əlacım budur ki, götürüb qaçmaq.
Dinc ol, səbrini dərAyağı bir-bir qoyarlar pilləkana.Tədriclə. Yaxşı, yaxşı. Ustubnan.
Heç vecinə deyilDoğrudan da, bu müsəlmançılıq qulaq dincliyidir. Dünya-aləm birbirinə dəysin–müsəlman bəndəyə təfavüt eləməz. İstər zəlzələ olsun, yenə müsəlman bəndəyə təfavüt yoxdur.Məlum şeydir ki, bu ibadət özü böyük bir məşğələdir, özü də çətin və zəhmətli bir işdir.
Başqa şairlərin şeirləri · Satira
Kəlniyət! Gəl yığalım Qafqazın ər-övrətini,Sayalım sevgili millətçilərin himmətini,
“Novator” rəssamaBir paltar geymisən başa düşmürəm,Astarı hansıdır, üzü hansıdır.
Səni aləmdə, ey arami-can, hər kim zəlil istərİsmayıl bəy Qutqaşınlıya*Səni aləmdə, ey arami-can, hər kim zəlil istər
Oğlunun vasiteyi-xilqəti olmaqla fəqətOğlunun vasiteyi-xilqəti olmaqla fəqət,Atalıq borcunu ifa edəməz insanlar;