Əvvəlinci söz
Ermənilərin katalikosu bir neçə gün bundan qabaq Üçkilsədə qırx min erməni camaatının içinə çıxan kimi əvvəlinci sözü bu olub:
– Balalarım, məni buraya gətirən bircə şeydir, o da məktəbdir. Məktəbdən savayı dəxi dünyada özgə bir niyyətim yoxdur.
Bu ermənilərin ruhani atasının sözü
Təzə Qafqaz şeyxülislamı Pişnamazzadə həzrətləri Tiflisdə birinci dəfə camaatın içinə çıxan vaxt naxçıvanlı hacı Hüseynlinin oğlu Məhəmməd Həsənin əqdi-nikah məclisində əvvəlinci sözü bu oldu:
– Hər bir belə məclisdə əhali gərək ümumən məkatibi unutmasın. Bu da müsəlmanların ruhani atasının sözü.
Hərçənd orucağız adamın çox danışmağa hövsələsi gəlmir; amma bu da var ki, bir az yazı-pozuya məşğul olsaq, günü yubadarıq, bir də görərik ki, gün batıb.
Ax, Allah, sən yüz milyon müsəlmanın dadına yetiş ki, səhərdən axşamadək günün batmağının intizarını çəkir.
Xüdaya, cəlalına şükr!
Keçək mətləbə.
“Hünər hünər üçündür; hünər bir Allah üçündür”. Dünyada bir hünərli adam axtarıram ki, mənim bu aşağıdakı sualıma cavab versin: Ermənilərin katalikosu, yəni ən böyük keşişi, yəni cəmi keşişlərin böyüyü qırx min camaata üzünü tutub, bircə məktəbdən danışıb və dəxi məktəb söhbətindən savayı özgə söz söyləməyib. Təəccüb burasıdır ki, nə pəhrizdən danışıb, nə Allaha yavıq olmaqlıqdan vəz edib; məktəbdən savayı özgə söz deməyib. Bu nədir? Məgər keşişin təklifi budur? Məcər ermənilərdən ötrü heç bir ibadət yazılmayıb? Görəsən bəs katalikos niyə məktəbdən savayı özgə bir mətləblərə əl vurmayıb?
Həmçinin bizim şeyxülislamımız. Bu da başlayıb məktəbdən və qurtarıb məktəbdən. Məgər bu şeyxülislam vəzifəsidir? Şeyx də belə eləyəndə dəxi orucdan, namazdan kim danışacaq? Onda da bu günlər ki, qəzetlərin sütunları rəməzan məqalələri ilə doludur.
Məgər məktəbdən savayı, bizim özgə dərdimiz yoxdur? Bəs süfati-səlbiyyədən kim danışacaq? Bəs xüsuf və küsuf namazlarından kim moizə edəcək? Budur məgər şeyxülislamın təklifi?
“Hünər hünər üçündür; hünər bir Allah üçündür”. Hünər istər ki, meydana bir pəhlivan çıxıb, mənim cavabımı versin. Mən soruşaram ki, aya, niyə dünya belə xarab olub? Görəsən, hansı bədəməllərin oduna yanırıq? Görəsən niyə bu günlərə qaldıq?
Rəhm elə bizə, bari pərvərdigara, bircə sənədir ümidimiz.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 20 sentyabr 1909, №38
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-evvelinci-soz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən deyirəm ki, yer üzündə yaşayan cəmi müsəlmanların birinci həqiqi dostu İngiltərə hökumətidir. Mən sübutsuz və dəlilsiz heç bir söz danışmamışam və danışmaram da inşallah. Buna görə yuxarıda danışdığım sözə də sübut gətirmək istəyirəm və bu sübutlarım da iki qəbildir.Birinci qismi dünya sübutlarıdır.
LotuluqDünən küçədə bir lotu gördüm: səkidə oturub xalqı güldürüb deyirdi:– Hə, qurban bayramı da yavıqlaşdı. Siz öləsiniz, bir yaxşı toğlu almışam, bir neçə butulka Kaxet çaxırı hazırlamışam, qurban bayramının günü üç-dörd nəfər dostlarımdan qonaq çağırmışam. Bayram günü kababı düzəcəyəm şişlərə, çaxırı qoyacağam buza və qabaqca İbrahim Xəlil peyğəmbərin atası Azərə rəhmət oxuyacağam, sonra İbrahim Xəlilin özünə rəhmət oxuyacağam və kababı yeyib, üstündən şərabı içib, çıxacağam küçəyə və dişlərimi qurtdalaya-qurtdalaya rast gəldiyim müsəlman qardaşlara bildirəcəyəm ki, baxın, bu gün mən qurban bayramı saxlamışam.
“Kəndli evi” birinci qonaqlarını necə qəbul etdi?Aprelin 28-də Bakıda təntənəli bir surətdə mərkəzi kəndli evi açıldı. Bu evin açılması üçün Torpaq komissarlığı iki ildən çoxdur ki, çalışır. Ev üç mərtəbədən ibarətdir. İki il çalışıb-vuruşduqdan sonra, ancaq bir mərtəbəsi hazır ola bilmişdir. Sözümüz burasında deyil.Evin açılışı qəzetələrdə kəndlilərə xəbər verildi. Həmçinin kəndli evi nə olduğu, kəndlilərə nə kimi yardım edəcəyi barədə qəzetələrdə kəndlilərə dəfələrlə yazılmışdı. Ona görə bu evə kəndli qonaqlarının gəlməsini gözləmək lazım idi. Yəqin ki, Torpaq komissarlığı özü də bu evi açanda bilirdi ki, bu xəbər qəzalara çatanda kəndlilər gəlib buraya düşəcələr. Buna görə onları qəbul etmək və rahatlandırmaq üçün lazımi tədbirlər və binagüzarlıqlar olunmuşdu.
XəbərdarlıqBiz, aşağıda qol qoyan Qarabağ müslümələri eşidirik ki, bir neçə laməzhəbi-müsəlman qardaş başlayıblar mömin müsəlman camaatını inandırmağa ki, nəüzbillah, bu məhərrəmlik təziyəsində ağ köynək olub baş yarmaq və küçələrdə dəstə tutub “Şaxsey” getmək lüzumsuz bir işdir. Hələ bir neçə güya oxumuş cavanlar tarixə də əl uzadırlar və deyirlər ki, min üç yüz il bundan əqdəm ərəblərin qəbilə sərkərdələri biri-biri ilə “Portfel” üstə savaşıb, dalaşırmışlar. Axırda biri ölüb, biri öldürübdür. O əhvalatdan min üç yüz il keçəndən sonra biz axmaq türk tayfası bambılı kimi özümüzü ortalığa atıb, öz əlimizlə öz başımızı yaralayırıq. Öz yumruğumuzla öz sinəmizi tapdalayırıq ki, nə var, nə var, nə bilim filan faxtda filan və filan ölübdür.Bu cür yoldan azanlara biz bir neçə Qarabağ müslüməsi indidən xəbər veririk ki, əvvəla, heç bir kəs bundan sonra namərbud sözləri danışmasın. Çünki hər bir Əli şiyəsi gərək öz təklifini anlasın və bunu bilsin ki, o məzlumi-Kərbəla bilə-bilə özünü şəhid etdi ki, onun ümməti onun yolunda bir qətrə gözyaşı tökməklə axirətdə özləri üçün nicati-cavidaniyə nail olsunlar.
Başqa şairlərin şeirləri · Satira
Gəldi çün-mahi-məhərrəm, bu müsəlman ayıdır,Müftəxor mollaların hər gecə ehsan ayıdır.
ÇalmaQoy bir azacıq rahət ola canım, a Şeypur!Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
Misyonerlər çalışır cəbr ilə Abxaz qövmiMisyonerlər çalışır cebr ilə Abxaz qövmiEyləsinlər hamısı dini-məsihanİ qəbul.
Yaxşı ki...Vəzifə başında oturmuşam mən,Yaman hərlənirsən ətrafımda sən.