Əzizim Midhət! (4 iyul)
Sən və o biri uşaqlar necəsiniz? Anan necədir? Nə üçün mənə heç kağız yazmırsan?
Bu kağızla sənin diqqətini bir məsələyə cəlb eləmək istəyirəm: kənddən Şuşaya yola düşəndə və Ağdamda sən bütün yolu faytonun qozlasında üst-başı kirli sürücünün yanında oturmusan. Halbuki gərək öz ananın yanında oturaydın, çünki daha sən kiçik oğlan deyilsən axı. Ananın yanında təzə xanımı oturtduğunuza görə Müzəffər Ağdamda bazarda sizin yanınızda ola bilməyib və utandığından çalışıb aradan çıxsın. Bu səbəbdən o, sizi Şuşaya da yola salmaq istəməyib (bir də axı, heç onun üçün oturmağa yer də yox imiş). Amma bu onun işidir və ananın işidir, səndən – oğlumdan – xahişim budur ki, bundan sonra həmişə ananın yanında olasan, qozlada yox (əgər səni buna vadar eləyən səbəb olmasa).
Səni bağrıma basıb min-min dəfə öpürəm.
Anana və uşaqlara salam. Onlara ayrıca yazaram.
Cəlil
Bu gün Şuşaya ananın adına poçtla 50 manat pul göndərdim.
C.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-ezizim-midhet-4-iyul
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gün məhərrəmlik ayının yavıqlaşmağı münasibətilə əmələlər içində və qeyri yerlərin camaatı arasında yığıncaqlar qərar verilir və məhərrəmlik barəsində müəyyən natiqlər tərəfindən nitqlər söylənir.Bu yığıncaqlardan və bu danışıqlardan murad odur ki, camaat təziyənin nə olduğunu başa düşsün və məhərrəmlikdə təziyə saxlamalı olsa, məscidə və qeyri ibadətxanaya daxil olub imamı layiqincə və təmkinlə yad etsin və dəxi küçələrə düşüb nərə etməklə dünyanı öz vəhşiliyinə şahid çəkməsin.
TəziyədarlarKeçən il yox, altdakı 1292-ci il məhərrəmlik təziyəsində Bakıda yüz iyirmi dörd min nəfər müsəlman cavanları küçələrdə iyirmi yeddi gün “Ya Əli, ya Hüseyn” deyə-deyə nərə çəkib, şaxsey getdilər və Aşura günü başlarını yardılar.Həmən il tutulan statistik hesaba görə, həmin bu qədər cavanlar bu siniflərə təqsim olunurlar.
Keçən günlərBir vaxt var idi ki, türk cavanları öz doğma ataları adlarının quyruğuna ”ski” sözünü yapışdırmağı özləri üçün fəxr hesab edirdilər.Bir vaxt vardı ki, ”Naxçıvanski”lər, ”Yerevanski”lər, və ”Qadcinski”lərə desəydin gəl adını ”Naxçıvanlı” elə – onu hörmətsiz eləmiş kimi olardın.
Gəncə qiraətxanasıİnsanın bəxtindən çox şey asılıdır. Əgər bəxti var – xoşbəxt olacaq. Əgər bəxti yoxsa, bədbəxt olacaq. Şübhəsizdir.Bu da adamın özü ilə deyil. Hər nə ki, insanın alnına yazılıb, o da olacaq. Əgər yaxşı yazılıb – yaxşı olacaq. Yaxşı yazılmayıb – yaxşı olmayacaq.
Başqa şairlərin şeirləri
Feraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.
QırqovulQırqovul nə gözəl quşdu,Biri bir gün göldən uçdu,
Əcəb sevdadı bu, sevdayə düşdümƏcəb sevdadı bu, sevdayə düşdüm,Rəhi-eşqin tutub qovğayə düşdüm.
Yol kənarındaSəhər şikarında çıxdı qarşıma,Bir cüt gözəl gördüm yol kənarında.