Göz ağrısı
Bizim Azərbaycanda Su təsərrüfatı işçiləri necə ki, lazımdı qabağa getmir. Bir tərəfdən kəhrizlərin çoxusu təmir olunmur. O biri tərəfdən də sudartan maşınların habelə çoxusu yenə təmir olunmayıb, durur.
Mən hərdənbir öz-özümə deyirəm ki, görəsən, səbəb nədir ki, Azərbaycanda suvarma işləri həmişə axsıyır.
Ancaq dünən Allah atasına rəhmət etmiş bir Allah bəndəsi bu barədə VI Şura qurultayında bir qısaca söz söylədi. Dedi ki, ruslarda bir məsəl var, deyərlər:
Yeddi dayənin uşağı həmişə gözü kor olar.
Mən bu Allah bəndəsinə ərz edirəm ki, əvvəla, bizim su işlərimiz lap da kor deyil, ancaq gözü bir az ağrıyır və saniyən də görüm o sən dediyin yeddi dayə kimilərdir.
Allah bəndəsi bizim su təsərrüfat işlərinə dayəlik edən təşkilatı bu qərar ilə saymağa başladı:
Zaqafqaz Su təsərrüfatı idarəsi.
Azərbaycan Su təsərrüfatı idarəsi.
Köy birliyi.
Pambıq birliyi.
Kredit şirkətləri.
Meliorativ idarəsi (Suvarma işləri idarəsi).
Azərbaycan Kənd təsərrüfat bankı.
Dünyanın işlərini bilmək çətindir. O yerdə ki, ruslar keçmiş vaxtda öz aralarında söyləyirmişlər ki, yeddi dayənin uşağı kor olar, o vaxt onlar bəlkə də doğrudan bizim indiki suvarma işlərimizi nəzərə alırmışlar. Yoxsa əgər təsadüfi əmələ gəlibsə də, bu təsadüfə eyni zamanda möcüz də ad qoymaq olar.
Cırcırama
“Molla Nəsrəddin”, 11 aprel 1929, №15
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-goz-agrisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Povestkaları göndərdim, 55 manat puldur. Mümkün olsa, ev kirayəsini ver (45 manat), söz vermirəm ki, bu yavıqlarda sənə pul göndərəm. Mən Səmədovlara tel vurmuşdum ki, sənə 50 manat versin, bilmirəm niyə 25 manat verib. Vera Akimovnanın getməyi yaxşı oldu, hətta Manyaya da de ki, onunla əlaqəsini kəssin. Mən məhz o səbəbə Manyanın buraya gəlməyini istəmişdim ki, o dəli övrət onu bəhanə edib, buralara gəlməsin. Əgər Manya istəsə, həmişə gələ bilər.Səy elə jurnalı çıxart. Evdən çox nigaranam. Eşidirəm ki, evimizdə, bir növ, biqaydalıq və nizamsızlıq var. Sən bunu bil ki, orada sən mənim vəkilimsən və yaxşı işlərlədə, pis işlərlə də insafının yanında sən cavabdeh olacaqsan.
Mənim möhtərəm Kislovodsk tanışlarım – Vladimir Pavloviç və Valentina Pavlovna Aqapyevlər!Sizdən ayrılandan sonra mən yanvarın 2-də Bakıya gəldim və yanvarın 7-də buradakı Semaşko adına xəstəxanaya girdim. Yanvarın 19-da xəstəxanadan buraxdılar və fevralın 20-dək ambulatoriyada müalicə olundum.Bütün bu müddət ərzində mənim dərdim-sərim bu idi ki, qan təzyiqim xeyli qalxmışdı. Axırı bundan təngə gəlib, naxoşluğumu da, qan təzyiqini də yaddan çıxardım. İndi kefim necə istəyir, elə də yaşayıram. Bütün ümidimi, ancaq Allaha bağlamışam.
Əzizim Baba! (Bakı, 7 iyun)Sizin evdə uşaqlar hamısı salamatdırlar. Atan gedibdir Naxçıvana, mən sizin evə iki dəfə telefon edib uşaqların kefini xəbər almışam. Buralar salamatdır. Heç bir yanda narahatlıq yoxdur. Şəki tərəfdə qabaqlarda bir az narahatlıq var idi, amma indi hər yan sakitdir.Bəs sən nə vaxt gələcəksən? Gəlsən, arxayın və bolluca söhbət edərik.
Həmidə!Mən sənə işlərimiz barədə bir neçə məktub yazmışam: biri veksellər və Dövlət bankının reyestrləri ilə bərabər yazılan sifarişli məktub idi, o biri sifarişli məktubda yazmışdım ki, ağacları əkmək üçün çalalar hazırlansın, üçüncü məktubu isə srağa gün Maşonun qaynı Vasili Bedoşvili ilə göndərdim.Axırıncı məktubda sənə mən sənin veksellərinin müddəti barədə yazmışdım. Yazmışdım ki, veksellər məni gecikdirəcəkdir, yoxsa kəndə can atıram ki, sifariş verilən alma ağacı və s. şitilləri əkim. Yazmışdım ki, Dövlət bankı tələb eləyir ki, pul almaq üçün bir dəfə sən özün şəxsən banka gələsən.
Başqa şairlərin şeirləri · Satira
Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
XəstəlikLovğalara*Ey qələm dostum, inan, pis xəstəlikdir lovğalıq,
Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?Qoymuruq biz ki, ona zərrəcə qiymət, bızə nə?
Qabla dəxi marfaşını, Mir Haşım!Qabla dəxi marfaşını, Mir Haşım!1Durma, götür qaç başını, Mir Haşım!