Arx barədə iş dekabrın 11-nə təyin olunub. Malikanənin planını və o sahə ilə ki, İbiş arx çəkib, həmin sahəyə aid sənədləri təcili göndər. İş ondadır ki, onlar məhkəmədə tələb edəcəklər biz sübut eləyək ki, bu sahə bizimdir.

Uşaqlar səlamətdirlər. İşlər köhnə qaydadadır. Amma indi bu alçaq pristavla əlləşmək lazımdır: o inciyib ki, nə üçün şahidlər – Ələkbər, Camal və Qasım istintaqda ifadə veriblər ki, pristav Aslanı döyüb. İstintaqı qəza rəisinin köməkçisi aparırdı. Buna görə pristav bizdən narazı olan adamları başına yığıb, onları öyrədir ki, bizim əlimizdən şikayət eləsinlər. Onlara dil verir ki, dalınızda dayanmışam...

Pristavın ən yaxşı yoldaşları Kərbəlayı Cəfər və Həsən, Şahmallardan isə Səmədlə İsgəndərdir. Birinci ilə ikincinin nə üçün bu yola düşdüyü aydındır, o biriləri niyə belə eləyir, onu bilmirəm. Biz ki, bunların xətrinə dəyməmişik?!

Gərək biz pristav haqqında nə isə bir şey yazaq, yoxsa bu işi özbaşına qoymaq olmaz. Amma mənim əlimdə malikanəni idarə eləmək barədə vəkalətnamə yoxdur.

Əvvələn, gərək biz pristavdan samanı, taxıl dərzlərini, xırı tələf eləməsi barədə şikayət yazıb verək. Doğrudan da, bizim adamların hamısı deyir ki, pristavın stracnikləri bütün bu şeyləri elə tələf eləyiblər ki, heç yarısı da qalmayıb.

Bilmirəm, bəlkə də bütün bunlar xırda şeylərdir, ancaq adama axı, toxunur! Ona havayı rahat mənzil verərsən, o isə heç bunu saya da salmasın? Elə bil, biz hamımız bu ağanın rəiyyətiyik və gərək əlimizdən gələn qədər ona qulluq eləyək. Bu gün köməkçisi Usubu göndərmişdi ki, tutulub saxlanılmış üç buğanı qaytarsın. Mən də pristavın dalınca dişimin dibindən çıxanı dedim, onu hədələdim.

Sən narahat olma, çünki o mənə heç nə eləyə bilməz. Mənsə onu axıradək qovub nəfəsini kəsməyə çox həvəskaram. İşə bax ki, belə bir fırıldaqçı vücudu pristav qoyurlar. Bu, Kovalyovun böyük qüsurudur.

Hələlik.

Cəlil

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qoçu xəbərləri

Axır vaxtlarda bir neçə yerdə qoçular böyük hünər göstərməyə başlayıblar: insan bu işləri görəndə təəccüb edir ki, aya bu qudurğanlar məgər Şura hökumətinin qoçular üçün həməvəqt hazırda olan çomağını görmürlər?Bir para həyasız qoçulardan axır vaxtlarda elə igidlik xəbərləri gəlir ki, guya indi heç şura əsri deyil, çinovnik əsridir ki, gedib vurub birini gün günorta çağı döyəsən, sonra qaçasan pristava rüşvət verib çıxasan aralığa və papağını yanqılıcı qoyub bığını bura-bura gəzəsən.

2 dəq
İsgəndəri-kəbirlər

Qədim əsrlər çox da fəxr eləməsinlər ki, onların İsgəndəri-kəbiri var imiş.İndiki əsrin İsgəndəri-kəbirləri qədimki isgəndərlərə bir təpik də hələ vurublar.

2 dəq
Teatr söhbətləri

İstəyirdim bu barədə danışmayım; çünki bizdən savayı qeyri millətlər də var. İstəmirdim ki, eybimiz dünya və aləmə faş olsun. Onunçün oxucularımızdan iltimasım budur ki, qonşularımızdan rus, erməni, gürcü və yəhudi – hansı birisi rast gəlsə və soruşsa da, Molla Əmi baş məqaləsində nə yazır, ancaq bunu desinlər ki, burada, qəzalarımızın dairə Şura sədrləri büdcə pullarını artıq bir səliqə ilə xərcləməyi barəsində yazılır və israf-məsrəf, Əlinin və Vəlinin papaqlarının komediyabazlığından dairə Şura sədrləri çox uzaqdırlar–inşallah...Komediya dedim, oktyabrın beşində işçi teatrımızda qurulan teatr müsahibəsi yadıma düşdü. Burada dəxi bilmirəm mən nə danışım; o qədər ki, orada uzun-uzun nitqlər, bəhslər, deyişmələr (az qala hələ vuruşma) oldu, – dəxi artıq müzakirəyə lüzum qalmadı.

2 dəq
Məktəbdə çarşab, yaxud çarşabda məktəb

Səkkizinci şura məktəbinin qızları (başqa məktəblər hələ qalsın) nə qədər ki, birinci, ikinci və üçüncü sinifdədirlər, evlərindən məktəbə və məktəbdən evlərinə başıaçıq və dizətək ayaqları açıq gedib gəlirlər (necə ki, sair millətlərin qızları).Amma elə ki, dördüncü sinfə ayaq basdılar, ta yeddinci sinfi qurtarana kimi məktəbə çarşablı gəlib gedirlər.

1 dəq

Başqa şairlərin şeirləri