Həmidə! (30 avqust 1923)
Sənə Şuşaya və Ağdama kağız yazmışam. Amma çoxdandır ki, səndən kağız almıram.
“Yeni yol” Komitəsində işləyən cavan yoldaşımız Bəhramov indi Qarabağa yola düşür. Bir neçə gündən sonra qayıdıb gələcəkdir. Əgər onunla Bakıya gəlməli olsanız, sənə can-başla kömək edər.
İndi o tələsir, mənim də daha elə bir sözüm yoxdur ki, yazım.
Səni və uşaqları sentyabrın 10-u üçün gözləyəcəyəm.
Cəlil
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-hemide-30-avqust-1923
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vətəndən bəzi səbəblərə görə uzaq düşən qarabağlılar bəlaya giriftar olan vətəndaşlarının əhvalını hər bir vasitə ilə yoluxub izhariməhəbbət və təəssüf etməkdədirlər.Peterburq darülfünununun tələbələrindən bir Qarabağ ermənisi “Novoye vremya” qəzetində üzünü Şuşa şəhərinə tutub deyir: “Ax, mənim qardaşlarım, yox olaydı o gün və o saat ki, mən vətəndən uzaqlaşdım, niyə mən bilmədim ki, siz bir belə dərdə düçar olacaqsınız? Niyə mən orada olmayaydım ki, sevgili qardaşlarıma əlimdən gələn qədər köməklik göstərib məzlumlara təsliyyət verəydim! Ax! Bu sözləri yaza-yaza uşaq kimi ağlayıram, dəxi səbr edə bilməyib əvvəlinci dəmir yol qatarı ilə gəlirəm vətənə!”.
Müsəlman içində gördüklərimLemsə tayfasından Reynqart adlı bir şəxs miladi tarixinin 1892-ci ilində yer üzünü başladı piyada dolanmağa və dörd ilin müddətində belə məşəqqətli səyahətini tamam edib, səfərdə gördüklərini yazıb, bir kitab cəm etdi. Həmin kitabın bir cildini cənab Reynqart idarəmizə göndərib, təvəqqə edir ki, kitabın intişarı naminə onu oxucularımıza tərif edək. Müsənnifin kağızından belə məlum olur ki, kitabdan bir cild “İrşad” və “Həyat” idarələrinə dəxi göndəribdir.Kitabın 895-ci səhifəsindən “Müsəlman içində gördüklərim” sərlövhəsi ilə Qafqaz və İran səyahətnaməsi başlanır. 912-ci səhifə Salahlı qəryəsindən danışır. Səyyah yazır: “Günorta vaxtı iki min əziyyətlə çatdım Salahlı kəndinə və küçədə bir uşaq görüb soruşdum:
İfratın mənfəəti(“Həyat”ın 176-cı nömrəsini oxuyanlarla bir balaca söhbət)Cənab H.K.“Həyatın” söylədiyimiz nömrəsində “İfratın məzərrəti” adında yazdığı məqalədə deyir:
Bir gürcüyə cavabGürcü mühərrirlərindən bir rəfiqim dünən gəlmişdi bizə söhbətə. Danışıq millətlərin qabağa gəlməyindən düşdü. Rəfiqim başladı ki, hər bir millət üçün nicat yolu tapmaq balaca uşaqları məktəbə göndərib tərbiyə verməklə əmələ gəlir. Əgər belə olmasa, heç bir şey fayda bağışlamaz: nə hürriyyət, nə məşrutiyyət, nə cümhuriyyət, nə zənburiyyət, nə çənçuriyyət…Qərəz rəfiqim bunlardan bir neçəsini də saydı və bu sözləri deyəndən sonra mənim rəyimi soruşdu. Mən cavab verdim ki, hələ sözünü de qurtar, mən axırda birdən cavab verərəm.