İkinci sənayeləşdirmə istiqrazı
Bir para az bilən adamlar qəzet idarələrinə məktublar yazıb hey soruşmaqdadırlar ki, aya bu ikinci dəfə sənayeləşmə istiqrazı ki, elan olunur, aya, bu istiqraz vərəqələrindən hasil olan məbləğ nəyə sərf olunacaq?
Və qəzet idarələri də doğrudan da cavab verdilər ki, bu pullar sərf olunacaq əvvəla – Şuralar ölkələrində fabrik və zavod təsis eləməyə.
Saniyən, istiqraz vərəqələrindən cəm olan pullara təzə yollar açılacaq və təmir olunacaq.
Salisən, bu pullarla körpülər çəkiləcək, kənd təsərrüfatı yüksəldiləcək və belə-belə məmləkət abadlığına dair təzə binalar və müəssisələr qurulacaqdır.
Sözün doğrusu, mən burada bir qədər çətin yerə dirənmişəm və qəzetlər öz oxucularına belə bəyanatı verəndə, mən bilmirəm öz qarelərimə nə deyim? Çunki əgər mən də durub sənət-mənət sözünü danışsam, qorxuram oxucularımın yanında xəcalət çəkəm.
Sözün vazehi budur ki, necə ki, hamıya da məlumdur, “Molla Nəsrəddin” qareləri və tərəfdarları cəmi iman əhlidir ki, sövmü səlatdan bir an qafil deyillər. Əgər mən duram onlara fabrik və zavoddan rəvayət edəm, qorxuram sözüm boş keçə və mömin qardaşıma kar eləməyə; səbəb budur ki, necə ki, Allah da buna şahiddir, xah şuralar mədəniyyətinin və xah Qərb mədəniyyətinin fabrik və zavodundan hasil olan əmtəə Molla əminin dindar qarelərinə əlverişli deyil; Molla əminin oxucuları arzu etdikləri ancaq möhür və təsbeh karxanasıdır ki, məəttəəssüf nə birinci istiqraz vaxtında və nə indi ikinci istiqraz söhbətlərində bu müqəddəs karxanalardan bir işarə və əlamət nəzərə gəlmir.
Qaldı ki, yol söhbəti, əlbəttə, bunu danmaq olmaz ki, dünyada bir yandan bir yana hərəkət etmək üçün sərrast yolun heç eybi yoxdur; ələlxüsus ki, oturasan şamandaferə və biləsən ki, bu cin-şəyatin əməli qorxusuz, atsız və ulaqsız, bir dəqiqədə fırıldayıb səni rahatca bir ziyarətgahdan o biri ziyarətgaha aparacaq (ətabati-aliyat, qərib imam Rza, heç olmasa bizim dılğır Bibiheybət ziyarətgahı).
Ancaq körpü məsələsinə gələndə burada bir dayan görüm nə deyirsən və o körpü ki, sən nəzərində tutmusan, o nə körpüdür və hansı körpüdür?
Qardaşım, əzizim, canım, ciyərim, bunu bilməli ol ki, körpü-körpü deyilən tək bircə körpüdür ki, onun mübarək adı puli-səratdır ki, Quranda da xəbər verilibdir. Yer üzünün körpüləri səhldir: əgər Araz və Kür çayından keçmək istəyirsən, körpü olmasa da, taxta-tuxta ilə və tuluğ-muluğla bir tövr özünü o tərəfə yetirərsən; əgər keçə bilməsən də, qayıt o biri tərəfə, üz tut qoy get, nə hökmdür ki?!
Amma di gəl puli-siratə; hı, nə deyirsən? Yenə gözünü bərəldirsən? Di keçmə görüm! Canını hara qoyacaqsan?
Vallah, elə guldurum gurp kəllə mağallaq yumbalanıb düşərsən ki, tikə-parçanın hərəsi bir ilan və əqrəbin ağzında qaralar!
Fikrini hara vermisən?!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 30 avqust 1928, №35
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-ikinci-senayelesdirme-istiqrazi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Türkoloji qurultayından bir ay yarıma qədər keçibdir. Bununla bərabər həmin qurultayın çağırılması və qurultay tərəfindən təsdiq olunmuş yeni türk əlifbası məsələsi türklərin istiqbalı üçün o qədər əhəmiyyətli bir tarixdir ki, bu ay yarımın ərzində ruznamələr bizim həmin milli bayramımızı səmimi qəlbdən alqışlamaqdadırlar.Mən, yəni Molla Nəsrəddin əmi, aşağıda söylədiyim məsələlərə əbədən əl vurmaq istəməzdim və qabaqlarda da əl vurmamışam. Amma bu dəfə ürəyimdə bircə söz var ki, onu da burada söyləmək istəyirəm.
SiyasətSiyasət cürbəcürdür.Hər şeyin özünə görə siyasəti vardır. Bu siyasətlərin içində bir də ticarət siyasəti vardır.
XəstəxanayaDağıstan mətbuatında bu axır vaxtlarda bir qəribə əhvalat üz vermişdir ki, onu biz də məcmuəmizdə qeyd etmək istəyirik.Necəki oxucularımıza məlumdur. Dağıstanda bir neçə ay bundan qabaq ərəb dilində “Bəyan ül həqayiq” adında bir məcmuə çıxmağa başlamışdır. Məcmuəni çıxardan altı nəfər Dağıstan üləmasıdır. Şüar və məsləkləri dünyanın mömin bəndələrini pak olan İslam dininə hidayət etməkdir. Keçən nömrələrimizdə bu barədə yazılmışdı. Ona görə mətləbə keçirik.
Kifayət deyilO idarə qulluqçuları ki, eydi-mübarəki-rəməzanda qulluqdan azad olub, bütün gün gəzməklərinə getdilər, yainki səhərdən axşama kimi evlərində yatdılar, onlar güman etməsinlər ki, onların boynunda dəxi başqa bir təklif yoxdur.Eydi-şərifi-rəməzanda məktəblərdən, nəşriyyat idarələrindən, maarif müəssisələrindən azad olub tətilə qalmış və bayram şəraitini əmələ gətirməmiş müsəlman və müslimələr şəriət sahibinin yanında müşğüzümmə ola bilərlər.
Başqa şairlərin şeirləri · Satira
Tanrı kəsibdir bizim ərlərin insafını;Sən ki bilirsən, Baba, onların övsafını?!
Hüriyyəti-nisvanKeçməz işə bu əsrdə hürriyyəti-nisvan,Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!
Xuliqan olma, quzum, fikrini bir islah etXuliqan olma, quzum, fikrini bir isJah et,İstəmə bir bu qədor qəlbden İran şahm.
Nuşirəvanü Hatəmi Qanuni dəhrdəHəcv*Nuşirəvanü hatəmü Qanuni dəhrdə,