Ləkə
Ləkə pis şeydir. Bunun pisliyi iki babətdəndir:
Biri budur ki, ləkə həmişə çirkindir və o yerdə ki, bir ləkə var, – o yer çirkin görsənir. İkinci pisliyi də budur ki, ləkə bir yerə düşəndə, çirkin ləkədən savayı, o yeri yavaş-yavaş deşib yırta da bilər. Onunçün ağıllı və səliqəli insanlar bir yerə ləkə düşən kimi, ciddi-cəhd eləyirlər ki, o ləkəni tezliklə rədd eləsinlər.
Ancaq burada bir neçə “istisna” əhvalatı da var ki, bizim dilə çöndərəndə onun mənası “qaydadan çıxmaq” gəlir. Məsələn, ləkəni bir neçə xüsusda rədd eləmək caiz deyil: biri keçəllik ləkəsidir; çünki müqəddəs adamların çoxundan hamımız bunu eşitmişik ki, keçəllik insana xoşbəxtlik gətirər. Onunçün də müsəlman aləminin üç yüz əlli milyon nüfuzunun üç yüz qırx doqquz milyonu keçəl-küçəldən ibarətdir (eyni zamanda Şeyx Qəninin müqəllidləri də).
Ləkəni bir xüsusda da rədd eləməyi məsləhət görmürüz; o da Naxçıvan ilə Lənkəranın qulluqçularının içinə çox vaxtdan bəri düşən şeytənət ləkəsidir; bu ləkəni də buralarda saxlamalıdır; səbəbi budur ki, şeytənət və nadinclik özü bir məşğuliyyətdir. Əgər bu məşğuliyyət aradan götürülsə, naxçıvanlılar ilə lənkəranlıların yəqin ki, bikarçılıqdan başı ağrıyar.
Bu uzun-uzadı və heç bir kəsə lazım olmayan təmhid müqəddəmədən sonra, ağama ərz olsun ki, Allah da buna şahiddir və insanlar da görür ki, indiki övzada bizim camaatımızın üstündə qədimül-əyyamdan bir para ləkə var. Bu ləkələr ibarətdir fəqir və füqəranın qanını soran bir para “zəli”lərdən.
Biri, məsələn, əyləşib Cəbrayıl ölkəsinin “Xanlıq” qəsəbəsində və adını qoyub Ağayi-Çələbi; biri əyləşib Şəkinin Qoxmuq kəndində və adını qoyub Abdulla əfəndi.
Qəribə burasıdır ki, bu saydığımız zəlilər və bunların əmsalı, o yerdə ki, biçarə əhalinin qanını sorandan sonra özləri görürlər ki, dəxi bədəndə qan qalmadı, – amma yenə əl çəkmirlər.
Qabaqlarda mən uzaqdan bu işlərə tamaşa edəndə mat və məəttəl qalardım; çünki bu dərdə bir çarə tapa bilməzdim və nə qədər fikir edərdim – bir yana çıxarda bilməzdim.
Bu günlərdə qəzetlərdə gözümə R. Axundov yoldaşın bir məqaləsi sataşdı. Orada bu qəbil zəlilərdən söhbət olunurdu. Məzə budur ki, R.Axundov yoldaş bir asanca çarə təklif edir: “zəliləri qopardıb uzaqlaşdırmaq”.
Doğrusu, dilim-ağzım qurusun, bu yer üzünün əmma-məli padşahlarından uşaqlıqdan gözüm elə qorxub ki, bu saat da qorxumdan titrəyirəm.
Amma bundan savayı bir özgə çarə fikrimə gəlmir.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 19 iyul 1928, №29
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-leke
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Eşitdiyimizə görə, bu tezlikdə çörəyin qiyməti xeyli ucuzlanacaq və bu ucuzluğa səbəb jandarmeriyanın maşın dəyirmanı olacaq ki, on yeddi il təmir olunmaqdadır. Bu dəyirman bir neçə gündən sonra işə düşəcək və hər gün yeddi min xərvar buğda üyüdəcək. Hələ də dəyirmandan səvayı elektrik matoru da otuz doqquz ildir təmir olunmaqdadır ki, bu günlərdə işə düşəcək və Təbrizin cəmi məhəlləeyrinə və hətta kasıbların da evlərinə işıq verəcək. Özü çox müftə, su qiymətinə. Hərçənd kasıb-küsüb jandarmaların haqqından kəsib həmin dəyirmana və matora çox pullar sərf elədilər, amma çörək ucuzlananda, bunun əvəzi çıxar inşallah, genə də inşallah və maşallah, genə də maşallah.Qızdırmalı*
Üç çərəkBiz aşağıda qol çəkən mülk sahibləri eşitmişdik bələdiyyə qərardadına binaən, yıxılan divarları təmir edən vaxt lazımdır üç çərək dalı çəkilmək.Biz bunu belə başa düşdük ki, divarı küçəyə tərəf lazımdır üç çərək dalı çəkmək. Amma indi başlayıblar müqəssir tutmağa ki, biz güçələri genəltmək əvəzinə daha da daraltdıq.
TüstüYer üzündə ikicə şəhərdə hamamların tulanbarında peyin yandırırlar: bir Naxçıvanda, bir də Təbrizdə.Yer üzündə cəmi hamamlar ya neft ilə qızır, ya odun ilə. Hətta dılğır Marağada, Xoyda və qeyri şəhərlərdə də hamam odun ilə qızır. Və yer üzündə bir şəhər yoxdur ki, onun tüstüsü qonşuya əziyyət eləsin.
Əfradi-salehHər kəsdən soruşuram ki, “axır, bizim ədliyyəmiz nə səbəbə münhəll oldu?”, mənə cavab verir ki, “təzə ədliyyə əfradi-salehdən təşkil tapacaq”. “Bəs, belə məlum olur ki, təzə əfraddan təşkil tapaçaq?”. Deyir: “Bəli”. Deyirəm: “Xub, belə məlum olur ki, köhnə əfrad əfradi-saleh cümləsindən deyilmişlər?” Deyir: “Bəli”. “Çox əcəb, indi başlayaq başdan: məsələn, götürək təzə vəzarəti-ədliyyə əzasını. Bunlar ki, təzə deyil, köhnədirlər, azından dörd vəziri-ədliyyə görüblər. Əgər məqsəd köhnələri götürüb, təzələri meydana gətirməkdir, elədə, bəs, bu nə işdir?”. Deyir: “Bilmirəm”.Deyirəm: “Xub, gələk Təbrizə: ağayani-flan ki, təzə deyillər, köhnədirlər?”. Deyir: “Bəli”. Deyirəm: “Xub, Təbriz ədliyyəsini ki, haman köhnə ağaların vasitəsilə təşkil etmək fikrindədirlər”. Deyir: “Bəli”. Deyirəm: “Xub, söz yox ki, ağayani-flan əfradi-salehdəndirlər”. Deyir: “Bəli, bəli, əlbəttə, xub”.
Başqa şairlərin şeirləri · Satira
Mühərrlrlərimiz**Şeyx Hüseynİn görse Mirxaniyan “Bəyanül-həqqi”ni,
Heçstan əhliBəsdir, “mən, mən” söyləyib atıldığın meydana,Neçə qoltuq altına girdiyini saysana!
Dəllalların hiyləsiDəllallar ilə hiylədə şeytan da bacarmaz!Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz!
BilirəmMillətə hər nə yazırsansa, rəvadır, bilirəm,Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.